18 Sentyabr 2026 14:21
148
DÜNYA
A- A+
İfrat sağçı Erik Zemmur prezident seçkilərində namizəd olacağını deyib  

İfrat sağçı Erik Zemmur prezident seçkilərində namizəd olacağını deyib  


Fransanın BFMTV kanalında qonaq qismində çıxış edən Erik Zemmur "peşəkar siyasətçi" olmadığını bəyan edib. Gələn il keçirilməsi planlaşdırılan seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı suala Zemmur belə cavab verib: "Mən prezident seçkilərində namizədəm".

İnsanabənzər robotlar haqqında danışan Zemmur deyib: "Biz ABŞ, Çin və Yaponiyada artıq müşahidə etdiyimiz texnoloji inqilabın şahidi olmaq üzrəyik".

Fransada yaşlılara və xəstələrə qulluq sahəsində miqrantlar əvəzinə robotlardan istifadəni dəstəkləyən Zemmur, insanabənzər robot texnologiyasına təcili investisiya qoyulmasına çağırıb.

İslama və miqrasiyaya qarşı çıxan, milli dövlət konsepsiyasını müdafiə edən milliyətçi Zemmur ilk dəfə 2022-ci il seçkilərində prezidentliyə namizədliyini irəli sürmüşdü.

Həmin vaxt sorğularda reytinqinin sürətlə artdığı müşahidə edilən Zemmur, 2022-ci il seçkilərinin birinci turunda səslərin təxminən 7 faizini toplayaraq yarışı dördüncü yerdə başa vurmuşdu.

Fransada prezident seçkilərinin birinci turunun 18 aprel, ikinci turunun isə 2 may 2027-ci ildə keçirilməsi nəzərdə tutulub.

“Azərbaycan”





Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

32 ilin həsrətlisi qayğı ilə əhatə olunub

14:55
18 Sentyabr

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilib YENİLƏNİB  

14:49
18 Sentyabr

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb 

14:47
18 Sentyabr

Bakı İctimai Xoru ölkəmizi beynəlxalq festivalda təmsil edib

14:45
18 Sentyabr

İfrat sağçı Erik Zemmur prezident seçkilərində namizəd olacağını deyib  

14:21
18 Sentyabr

Türkiyədə “Forex dələduzluğu”na qarşı əməliyyat keçirilib, 174 şübhəli saxlanılıb

14:14
18 Sentyabr

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanun layihəsi müzakirəyə çıxarılıb  

14:13
18 Sentyabr

Ekologiya və təbii sərvətlər naziri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib  

14:12
18 Sentyabr

Bilal Şəntürk: Əsas hədəfimiz insan resursları sahəsində əməkdaşlığımızı nəticəyönümlü sistemə çevirməkdir  

14:11
18 Sentyabr

Milli Məclisdə “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi müzakirə olunub  

14:08
18 Sentyabr

Sabah hava əsasən yağmursuz keçəcək

14:07
18 Sentyabr

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib  

13:08
18 Sentyabr

Ekspert: Yeni lokomotivlər Azərbaycanın tranzit potensialının artırılmasına mühüm töhfə verəcək  

13:03
18 Sentyabr

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib  

12:22
18 Sentyabr

Hörmüz boğazında gəmi vurulub

12:21
18 Sentyabr

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflərini bildiriblər  

12:20
18 Sentyabr

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri rəqəmsallaşdırılıb  

12:12
18 Sentyabr

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib 

12:05
18 Sentyabr

Azərbaycan dövlətçiliyinin zəfər salnaməsində yeni mərhələ

12:02
18 Sentyabr

Quba Soyqırımı Memorial Kompleksini indiyədək milyondan çox insan ziyarət edib  

12:02
18 Sentyabr

Adil Kərimli: Üzeyir Hacıbəylinin yaradıcılığı milli musiqimizin inkişafında mühüm rol oynayıb  

11:52
18 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!