30 İyun 2025 15:47
532
CƏMİYYƏT
A- A+
İdarə Heyətinin sədri: Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib  

İdarə Heyətinin sədri: Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) fəaliyyətə başlamasının 5 illiyi ilə əlaqədar mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov bildirib ki, tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişinə əsasən, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib. Postmüharibə dövründə bu kateqoriyalardan olan vətəndaşlara 6 min 800, ümumilikdə isə ötən dövrdə 16 minədək mənzil verilib. Həmçinin Vətən müharibəsindən sonra agentlik tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567, ümumilikdə isə ötən dövrdə 7 min 800 avtomobil təqdim edilib.

Vüqar Behbudov deyib ki, paralel olaraq gözdən əlilliyi olan şəxslərin də sosial təminatı mütəmadi gücləndirilir, onların mənzillə təminatı həyata keçirilir. Gözdən əlilliyi olan şəxslərə Bakı şəhəri və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 539 mənzil verilib və proses davam etdirilir.

Bundan başqa, bildirilib ki, SXA-nın regional filialları tərəfindən 5 il ərzində 14 min 360-ı qadın, 4 min 537-si kişi olmaqla, ümumilikdə 18 min 897 vətəndaşa evdə (səyyar) sosial xidmət göstərilib. Onların 14 min 613-ü ahıl, 4 min 284-ü yaşı 70-dən aşağı olanlardır. 5 il ərzində 2 min 820 nəfər əlilliyi olan şəxs evdə (səyyar) sosial xidmətlə təmin edilib. 2020-ci ildə yaşı 65-dən yuxarı olan, tənha yaşayan və ya sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşayan, lakin eyni yaşayış sahəsində yaşamayan şəxslərə də pandemiya ilə əlaqədar müvəqqəti sosial xidmət göstərilib. 2025-ci il ərzində isə 2 min 740-ı qadın, 840-ı kişi olmaqla, ümumilikdə 3 min 580 vətəndaş evdə (səyyar) sosial xidmətlə təmin edilib. Xidmət göstərilən vətəndaşların 3 min 286-sı ahıl, 294-ü yaşı 70-dən aşağı olan şəxslərdir. Qeyd edilən dövr ərzində 521 nəfər əlilliyi olan şəxsə evdə (səyyar) sosial xidmət göstərilib.

Eyni zamanda, 2020-2025-ci illər ərzində şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, əlilliyi olan digər şəxslər də daxil olmaqla, 13 min 600 imtiyazlı şəxs yollayışla təmin edilərək sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib. Onlardan 1200 nəfərə qədəri şəhid ailələrinin üzvləridir.

Eləcə də, İraq, Suriya və digər ölkələrdən repatriasiya edilmiş şəxslərin sosial-psixoloji adaptasiyası, sosial reinteqrasiyası və sosial-reabilitasiyası məqsədilə ümumilikdə 556 nəfərlə iş aparılıb. Onlardan 489-u uşaq, 65-i qadın, 2-si isə kişidir.

İdarə Heyətinin sədri qeyd edib ki, 2019-cu ilin noyabrın 1-dən etibarən övladlığagötürmə sahəsində idarəetmə ƏƏSMN-ə həvalə olunub:“Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə 2019-cu ildən bugünədək övladlığagötürmə ilə bağlı 1692 müraciət daxil olub, 737 uşaq övladlığa verilib. Onlardan 371-i oğlan, 366-sı qızdır. Bu dövrdə əcnəbilər tərəfindən övladlığa götürülənlərin sayı 3 nəfərdir. Uşaqlardan 398-i qohumu, 143-ü isə ögey ata(ana) tərəfindən övladlığa götürülüb. Övladlığa götürülən uşaqlarla bağlı 7 mindən çox monitorinq aparılıb. Habelə son illərdə ölkəmizdə “Himayədar ailə” qayğı modelinin tətbiqinə başlanılıb və artıq 49 uşaq himayədar ailələrə verilib. Onlardan 30-u qız, 19-u oğlanlardır. Hazırda agentliyin müəssisələrində 2 min 242 şəxs dövlət qayğısı ilə əhatə olunur və sosial xidmətlərdən yararlanır. Onlardan 444 nəfəri uşaq evlərində yaşayanlardır”.

Vüqar Behbudov xatırladıb ki, artıq bir müddətdir Uşaq evləri və iki Ailə tipli kiçik qrup evi sosial xidmət müəssisələri SXA-nın hüquqi idarəetməsinə verilib: “Nazirliyin tabeliyinə verildikdən sonra Uşaq evləri və Ailə tipli kiçik qrup evi sosial xidmət müəssisələrində 1077 şəxsə xidmət göstərilib. Uşaq evi sosial xidmət müəssisələrində yaşayan bir qrup uşaq üçün də bu tədris ilində son zəng çalınıb və ümumilikdə 13 nəfər 11-ci sinfi bitirib. Onlardan 8-i qız, 5-i oğlandır”.

Eyni zamanda vurğulanıb ki, 2020-2025-ci illər ərzində agentliyə müxtəlif məsələlərlə bağlı 200 mindən çox vətəndaş müraciəti daxil olub.

Ümumilikdə bu illər ərzində agentliyin rəhbər şəxsləri, struktur bölmələri və regional filialları tərəfindən 250 minə yaxın şəxs qəbul edilib, müraciətləri dinlənilib, Agentliyin səlahiyyətləri daxilində həll olunub və müvafiq dəstək göstərilib.

İdarə Heyətinin sədri penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və probasiya nəzarəti tətbiq edilmiş çətin həyat şəraitinə düşmə riski olan şəxslərin sosial mühitə adaptasiyası ilə bağlı həyata keçirilən tədbirləri də diqqətə çatdırıb. Bildirib ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial mühitə adaptasiyası məqsədilə cəzasının bitməsinə 3 ay qalmış və cəza çəkməkdən azad edilmiş şəxslərlə sosial reabilitasiyayönümlü tədbirlər həyata keçirilir: “2023-2025-ci illər ərzində Penitensiar xidmətin 23 cəzaçəkmə müəssisəsində keçirilmiş tədbirlərdə cəzasının bitməsinə 3 ay qalmış 844 məhkum üçün sosial-psixoloji adaptasiya işi mövzusunda maarifləndirici təlim keçirilib, 783 nəfər anket sorğusu ilə qiymətləndirilib. Penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilən 232 məhkumla ilkin, 156-sı ilə təfsilatlı qiymətləndirmə aparılıb,132 nəfərə sosial-məsləhət yardımı göstərilərək müvafiq qurumlara yönləndirilib”.

Diqqətə çatdırılıb ki, 2023-cü ildən Avropa Sosial Şəbəkəsinin üzvü olan SXA Asiya-Sakit Okean regionu üzrə nüfuzlu “Asiya Mükafatı” müsabiqəsində “Asiyanın Seçilən Sosial Xidmət Agentliyi Mükafatı” və “Asiya Uşaq İnkişafı Mükəmməlliyi Mükafatı”na, üç istiqamət üzrə beynəlxalq ISO sertifikatlarına, qurumun bir sıra mobil tətbiqləri milli mükafatlara layiq görülüb.

Vüqar Behbudov agentliyin gələcək fəaliyyət istiqamətlərindən də söz açıb. Bildirib ki, bu günlərdə respublikanın 5 şəhər və rayonunda ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyətə başlayıb: “Bu mərkəzlər Bakı, Gəncə, Sumqayıt, Qazax və Xaçmazda ahıllarımıza müvafiq xidmətlər göstərir. Layihə çərçivəsində 150 ahıla sosial xidmət göstərilməsi nəzərdə tutulub. Növbəti aydan əlilliyi müəyyən edilmiş uşaqlar üçün sosial reabilitasiya mərkəzləri fəaliyyətə başlayacaq. Respublikanın müxtəlif şəhər və rayonları üzrə əlilliyi müəyyən olunmuş uşaqlara sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün 20-yə yaxın belə mərkəzimiz fəaliyyətə başlayacaq. Sözsüz ki, uşaqların ailə qayğısı ilə əhatə olunması məqsədilə fəaliyyətimizi davam etdirəcəyik. 2025-ci ildə valideyn himayəsindən məhrum olmuş 220, 2026-cı ildə isə 240 uşağın müəssisələrdən ailələrin himayəsinə qaytarılması nəzərdə tutulub. Eyni zamanda, bu il 200, növbəti ildə isə 220 uşağın müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində iş aparırıq. Hazırda valideyn himayəsindən məhrum olmuş 40, 2026-cı ildə isə daha 50 uşağın himayədar ailələrdə yerləşdirilməsini həyata keçirməyi düşünürük. Həmçinin bu il 165, növbəti il isə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır",- deyə agentlik sədri diqqətə çatdırıb.

Mətbuat konfransında media nümayəndələrinin sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!