07 May 2023 09:50
482
SİYASƏT
A- A+
Heydər Əliyevin dövlətçilik siyasətində Azərbaycan gənclərinin yeri

Heydər Əliyevin dövlətçilik siyasətində Azərbaycan gənclərinin yeri

 

Hər bir tarixi şəxsiyyət xalq qarşısında xidmətləri ilə tanınır və sevilir. Bu baxımdan Ulu Öndər Heydər Əiiyevin siyasi irsi tükənməz bir xəzinədir. Böyük rəhbər ötən əsrin 70-ci illərindən başlayaraq ölkədə gənclər siyasətinin düzgün aparılmasının ən vacib məsələlərdən olduğunu çıxışlarında, nitqlərində dəfələrlə qeyd etmişdir.
Həmin illərdə  gənclərə xüsusi diqqət və qayğı göstərilirdi. Kadr korpusunun istedadlı gənclər hesabına təzələnməsi əvvəlki illərlə müqayisədə görünməmiş sürətlə gedirdi. Bunun üçün möhkəm baza yaradılırdı. Gənclər Sovetlər İttifaqının qabaqcıl ali məktəblərinə göndərilir, respublikanın elmi-texniki və mədəni potensialının yüksəldilməsi üçün son dərəcə gərəkli ixtisaslara yiyələnirdilər. Bununla da Azərbaycanın elmi və kadr potensialı möhkəmlənir, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği imkanları genişlənirdi. Faktiki olaraq qısa müddətdə Azərbaycanın yeni tipli milli kadr bazası yaradıldı, bir çox elmi məktəbin əsası qoyuldu.
Ulu Öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır. Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidirlər. Hər bir gənc vətənpərvər olmalıdır. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Bu sözlər gəncliyə olan xüsusi diqqət və qayğının bariz nümunəsi idi. 
Məhz yeni dövrün inkişafının gənclər siyasəti ilə bağlı olması böyüməkdə olan nəslin necə inkişaf etməsinin, həmçinin gənclərimizin nəinki ölkə daxilində, eyni zamanda bütün dünya miqyasında tanınmasının əyani göstəricisidir. "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir", - deyən Ulu Öndər 1994-cü ildə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Bununla da Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemin həllində, eyni zamanda ölkənin gələcək inkişafında iştirakı və məsuliyyətini artırdı. 
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə rəhbərinin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, onların qısa müddətdə reallaşdırılması dövlətimiz tərəfindən gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Həmçinin gənclərimizin mənəvi inkişafı, vətənpərvərlik ruhunda yetişməsi, müxtəlif xarici ölkələrdə təhsil alması bu sosial təbəqəyə göstərilən qayğı və diqqətin təqdirəlayiq nəticəsidir.
Ümummilli Lider həmişə gənclərimizə böyük ümidlər bəsləmişdir. Onların hərtərəfli inkişafı, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilməsi, bacarıqlarının stimullaşdırılması üçün münbit şərait yaratmışdır. Gənclər isə dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışmışlar. 
Məhz həyata keçirilən uzaqgörən siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, milli düşüncəyə malik gənclər formalaşır. Bu, faktdır ki, Azərbaycan gəncliyi ictimai-siyasi həyatın bütün sahələrində hər zaman fəal iştirakı ilə seçilir.
Azərbaycanda reallaşdırılan gənclər siyasəti onları vətənpərvər ruhda  formalaşdırıb yetişdirmişdir. 44 günlük Vətən müharibəsi bir daha Azərbaycan gəncliyinin möhkəm, sarsılmaz, qətiyyətli, dözümlü olduğunu bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsinə yollanan hər bir gənc qəhrəmancasına döyüşlərdə iştirak etdi. Hər biri öz şücaəti ilə tarixin vətənpərvərlik salnaməsini yazdı, bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu bir daha göstərdi.  
Bu gün Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim əsas tutur. Hər birimiz şahidik ki, hazırda böyüməkdə olan nəsil özünə inamlı, mübariz, vətənpərvərdir. 

Günel ƏZİMOVA, 
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!