27 May 2023 10:15
1128
SİYASƏT
A- A+
Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir

Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir

 

Sovet İttifaqı dövründə Heydər Əliyevlə görüşməmişdim, amma, əlbəttə, onun haqqında  eşitmişdim. Mən xüsusilə Ağ evdə çalışarkən sovet sistemi ilə maraqlanırdım və sovet liderləri ilə əlaqələrim var idi. Bilirdim ki, Heydər Əliyev aparıcı rəhbərlərdən biridir və onun adı hansısa məqamda hətta partiyanın baş katibi vəzifəsi üçün hallandırılırdı. Mən bilirdim ki, onun geniş siyasi təcrübəsi var.
Prezident Heydər Əliyevlə ilk dəfə bölgəyə səfər edərkən - 1990-cı illərin əvvəllərində tanış oldum. Mən Prezident Klintonun Prezident Əliyevin yanına göndərdiyi xüsusi emissar idim. O zaman Prezident Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etməmək və tamamilə Bakıdan Novorossiyskə gedən kəmərə ümid etmək barədə Rusiyanın böyük təzyiqi altında idi. 
Mən Bakıya həyat yoldaşımla getmişdim. Prezident Heydər Əliyevlə görüşümüz günün ikinci yarısında oldu. Mən səbirsiz idim, çünki Azərbaycan Prezidentinə Birləşmiş Ştatların Prezidentindən xüsusi mesaj və xüsusi məktub çatdırmalı idim. Görüş bitdikdən sonra biz ayrıldıq. Axşam isə Prezident Heydər Əliyevlə  uzun və mən deyərdim ki, tarixi əhəmiyyətə malik müzakirəmiz oldu. Biz yalnız boru kəməri haqqında deyil, habelə Prezidentin Birləşmiş Ştatların Qafqazda və Xəzər dənizi hövzəsində strateji öhdəliklərinə bağlılığı  haqqında  danışdıq. Bu çox səmərəli  bir müzakirə idi, çünki hər iki ölkə üçün təkcə iqtisadi deyil, həm də strateji əhəmiyyəti olan kəmərlə bağlı uzunmüddətli öhdəlikləri aydınlaşdırmağa imkan verdi. 
Heydər Əliyevin şəxsi cəhətlərinə gəldikdə isə, deyim ki, mənim həyat yoldaşımın ondan xoşu gəlir. Bu mənim üçün çox əhəmiyyətli barometrdir. Deyəsən, onun da mənim həyat yoldaşıma münasibəti yaxşıdır. Buna etirazım yoxdur, çünki bunu sağlam bir əlamət hesab edirəm. Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir. 
ABŞ və Azərbaycan ilkin mərhələdə münasibətlərində bir sıra çətinlikləri aşmalı idilər. Heç birimiz bu çətinlikləri tamamilə aradan qaldıra bilməmişik. Biz hələ Azərbaycanla tam, dolğun strateji münasibətlər inkişaf etdirə bilməmişik. Bunun bir səbəbi Konqresdə, xüsusilə Dağlıq Qarabağ məsələsinə müxalifətin, Amerikada erməni seçicilərinin mövcudluğu, başqa səbəbi isə Rusiya ilə yaxşı münasibətlər qurmağa olan marağımızdır. Azərbaycan da çətinliklə qarşılaşır - cəmiyyətdə hərtərəfli demokratiyanın qurulması üçün çox işlər görməlidir. Bu istiqamətdə artıq irəliləyişlər etmisiniz. Amma tarazlasaq, məncə, ABŞ-Azərbaycan münasibətlərindəki  çətinlikləri aradan götürmək üçün əhəmiyyətli irəliləyiş etmişik. 
Heydər Əliyev Azərbaycanın beynəlxalq miqyasda mövqeyinin möhkəmləndirilməsi üçün, şübhəsiz, çox müsbət işlər görmüşdür. Siyasi sabitliyin yaradılması sahəsində gördüyü işin nə qədər səmərəli olduğunu isə hazırda heç kim qiymətləndirə bilməz. Azərbaycanın siyasi sistemi ilkin inkişaf mərhələsində olduğundan, bu məsələyə qəti cavab vermək mümkün deyildir, bunu gələcək göstərəcəkdir. 
Ümid edirəm ki, bu yaxınlarda ad gününü qeyd edəcək Prezident Heydər Əliyev uzun və uğurlu həyat sürəcəkdir. Şübhə etmirəm ki, təcrübəli siyasətçi olan və Sovet İttifaqının keçid dövrü problemlərini müşahidə edən Prezident Heydər Əliyev bu keçidin sabit və səmərəli təmin olunması yollarını bilir.

Zbiqnev Bjezinski
6 may 2006-cı il

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

DLƏR “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:36
13 Mart

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında

00:33
13 Mart

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:32
13 Mart

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!