07 Aprel 2017 12:04
544
Səhiyyə
A- A+
Həyatın mənası və gözəlliyi sağlamlıqdır

Həyatın mənası və gözəlliyi sağlamlıqdır

 

Sağlamlıq həyatın mənası, gözəlliyin əsasıdır. Bunu mütəxəssislər heç də təsadüfi yerə aksiom kimi qəbul etməyiblər. O, zaman-zaman insan həyatını mənalandıran, fəaliyyətini və uzunömürlüyünü şərtləndirən əsas amil sayılıb. Çünki cəmiyyətin inkişafında sağlam həyat tərzi mühüm məsələdir. Ona görə də əhalinin sağlamlığının etibarlı təminatı üçün dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti ayrılır. Bununla da səhiyyə sisteminin günün tələbləri baxımından yenidən qurulmasına şərait yaradılır. Ardıcıl və sistemli aparılan tədbirlərin əsas məqsədi də insanların sağlamlığına yüksək səviyyədə nail olmaqdır.

Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlıqla bağlı problemlərin həllini vacib sayan BMT-nin ixtisaslaşmış qurumlarından biri də Ümumdünya Səhiyyə Təşkilatıdır (ÜST). Sağlamlığı insan həyatının mühüm amili hesab edən ÜST çalışır ki, dünyanın əşrəfi sayılan varlıqlarda xəstəlik və fiziki qüsur olmasın. Hər bir ölkənin vətəndaşı əlverişli mənəvi və ictimai şəraitdə yaşasın.
Ümumdünya Səhiyyə Assambleyası 1948-ci ildə ÜST-ün yaradılması münasibətilə keçirilən geniş yığıncaqda Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib. 1950-ci ildən başlayaraq dünya ictimaiyyəti hər il aprelin 7-də bu tarixi günü yüksək səviyyədə qeyd edir. 200-ə yaxın dövləti özündə birləşdirən ÜST-ün ali məramı dünyanı yüksək saglamlıq həddinə çatdırmaqdan ibarətdır.
Artıq neçə illərdir ki, dəyişkən iqlimin sağlamlığa təsiri müşahidə edilməkdədir. Sirr deyil ki, fırtınalar, daşqınlar, şaxtalar, yaxud havaların kəskin istiləşməsi, quraqlıqlar - iqlim dəyişiklikləri hər il on minlərlə insanın həyatına son qoyur. Bundan başqa, mövsümi xarakter daşıyan malyariya, zülal-enerji çatışmazlığı və başqa xəstəliklərdən milyonlarla insan həyatını itirir.
XXI əsrdə sağlamlıq geniş sosial təmayüllər baxımından müəyyən edilir. 2050-ci ilədək 80 və ya daha yaşlı insanların sayı təxminən dörd dəfə artaraq 395 milyona çatacağı proqnozlaşdırılır. Qarşıdakı beş il ərzində bəşər tarixində ilk dəfə olaraq 65 və ondan yuxarı yaşlı insanların sayı 5 yaşa qədər uşaqlardan çox olacaq.
ÜST-ün Avropa üzrə Regional Ofisinin direktorunun fikrincə, Avropada ömür uzunluğunun artması böyük nailiyyətdir. Lakin uzunömürlülüyün artırılmasına həyat səviyyəsinin yüksəldilməsi ilə nail olunmalıdır.
Respublikamıza gəlincə, burada həyata keçirilən sosialyönümlü inkişaf strategiyası ÜST-ün ötən illər ərzində qarşıya qoyduğu problemlərin həllinə yönəldilib. İnsan amilinin yüksəlişinə xidmət edən islahatlar sayəsində hər bir fərdə maraq və mənafeyini yüksək səviyyədə reallaşdırmaq imkanı verilib. Ölkə vətəndaşlarının etibarlı sosial müdafiəsinin, fiziki-mənəvi sağlamlığının, elmi-intellektual yüksəlişinin təmini dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.
Ölkə rəhbəri İlham Əliyev bazar iqtisadiyyatı şəraitində “sosial dövlət” konsepsiyasına daim üstünlük verərək, bu istiqamətdə atılan bütün addımlarda məhz əhalinin rifahı, sağlamlığı və firavanlığı məsələlərinin ön planda saxlanmasını dəfələrlə vurğulayıb. Azərbaycanın ötən illər ərzində insan inkişafı sahəsində mühüm uğurlar qazandığını bu gün əksər beynəlxalq təşkilatlar da təsdiqləyir. BMT-nin İnkişaf Proqramının hesabatında Azərbaycan insan inkişafının yüksək səviyyədə olduğu ölkələr qrupuna daxil edilib. Respublikada aparılan məqsədyönlü siyasət sayəsində ölkə əhalisinin sosial təminatı, sağlam ətraf mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və səhiyyə hüquqlarının etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminat mexanizmləri formalaşdırılıb.
Dövlət başçısı yeni tələblərə cavab verən səhiyyə müəssisələrinin tikilməsi, mövcud tibb ocaqlarının təmiri və yenidən qurulması məqsədilə mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalayıb. Onu da deyək ki, ÜST-ün 132-ci sessiyasında Azərbaycan tərəfinin səhiyyə sistemlərinin inkişafında maliyyə vəsaitlərinin bölüşdürülməsi, minilliyin inkişaf məqsədləri, 2015-ci ildən sonrakı layihə və proqramlarla bağlı çıxışı olduqca maraqla qarşılanıb.
Sağlamlıqla bağlı Heydər Əliyev Fondunun reallaşdırdığı səhiyyə layihələrinin əhəmiyyəti də xüsusi qeyd edilməlidir. Əsasən humanitar sahədə dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak edən, bir sıra beynəlxalq tədbirlərin müəllifi və icraçısı kimi tanınan Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə”, “Diabetli uşaqlara yardım” və s. kimi olduqca mühüm əhəmiyyət daşıyan layihələri böyük rəğbətlə qarşılanıb. Fondun təşəbbüsü ilə inşa olunmuş diaqnostika mərkəzləri, xəstəxanalar, uşaq evləri ölkə səhiyyəsinə böyük töhfədir. Fond nəinki Azərbaycanda, dünyanın müxtəlif regionlarında yaşayan soydaşlarımızın müalicəsi ilə bağlı problemlərinin həllinə fəal şəkildə yardım edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milləti yoxdur!”, “Sağlam olmağını yəqin et, xəstəliyə “yox de!” kimi devizlər altında həyata keçirilən aksiyalar da bura əlavə edilməlidir. Həmin tədbirlər insanların pulsuz müayinəsinə, eləcə də gənc həkimlər arasında təcrübə mübadiləsinin aparılmasına böyük köməkdir.
Əhalinin sağlamlığının təmin olunması xüsusi həssaslıq ilə seçilən elə bir sosial amildir ki, bu sahədə mövcud problemlərin tam aradan qaldırılması üçün bəzən dövlət tərəfindən görülən tədbirlər yetərli olmur. Cəmiyyətin ən müxtəlif təbəqələrinə mənsub insanların şəfa tapması üçün ciddi köməyə ehtiyac yaranır. Bununla bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi səhiyyə layihələri səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkə səhiyyəsindəki problemlərin həllinə, tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqət və həssaslıqla yanaşır.
Yeri gəlmişkən, ÜST-ün reallaşdırmağa başladığı “Sağlamlıq-2020” Fəaliyyət Proqramının əsas məqsədi hər bir kəsin sağlamlığının təminolunma imkanının yaradılmasıdır. Bu siyasət dünyada sağlamlığa və firavan yaşayışa yeni baxışı nəzərdə tutur. Ümumdünya Səhiyyə Təşkilatı daim müxtəlif təkliflər, tövsiyələrlə çıxış edir, həyata keçirilən mütərəqqi islahatları diqqət mərkəzində saxlayır.
Qloballaşan dünyada səhiyyə və tibb elmi də inteqrasiya proseslərinə cəlb olunmaqdadır. Dövlət başçısının məqsədyönlü siyasəti sayəsində ölkənin ictimai həyatının bütün sahələri kimi, inkişaf etmiş ölkələrin müsbət təcrübəsindən Azərbaycanda istifadə edilməsi, təbabətin müxtəlif istiqamətləri üzrə konsepsiya və strategiyaların yaradılması, yeni müalicə və diaqnostika metodlarının, eləcə də müasir tibb texnologiyalarının tətbiqi, regional epidemioloji təhlükəsizlik, təbii fəlakətlərin aradan qaldırılması və bir çox digər sahələrin inkişafı üçün beynəlxalq əlaqələrin qurulması mühüm əhəmiyyət kəsb edir.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!