26 Fevral 2023 02:44
764
SİYASƏT
A- A+
Həyatın ən çətin anı

Həyatın ən çətin anı

 

Ağdam Cümə məscidi...
Üst-üstə yığılan meyitlər, doğmasını axtaran adamlar, başının dərisi soyulmuş, gözləri çıxarılmış, işgəncələr nəticəsində üz-gözü tanınmaz hala salınmış cəsədlər, didilmiş sifətlər, qolu-qıçı kəsilmiş, sinəsi güllələrdən dəlmə-deşik edilmiş qadın, qoca və uşaqlar...
Soyuq fevral gününün ən şaxtalı küləyi orda əsirdi...
İlahi, məsciddə yuyata götürülən meyitlər nə hala salınmışdı? Gözü oyulan, bəbəyində siqaret söndürülən də var idi, başı-beyni dağılanı da...
Bəlkə də ən çətin iş bu mənzərənin seyrçisi olmaq idi...
Hələ onları lentə almaq, fotoobyektivin yaddaşına köçürmək, tarixə çevirmək ondan da ağır idi!
Öz isti yuvasından çıxarılan, dağlara-daşlara salınan əliyalın, dinc sakinlərin, məsum körpələrin, günahsız anaların sifətinə necə baxasan? Onların üzünə baxa-baxa fotoobyektivin düyməsini necə basasan?
Çətin idi, çox çətin!
Amma etməli idi, eləməli idi...
Bəs onda dünən axşam Qarabağ bölgəsinə ezamiyyətdən sonra Bakıya çatıb həmin gecə qatarla bura niyə gəlmişdi?
"Fevralın 24-də AZƏRTAC-da ilk dəfə olaraq ezamiyyətə göndərildim. Əvvəlcə Füzuliyə gedib çəkilişlər apardım, elə həmin gün də oradan Şuşaya getdim. Şuşada da erməni atəşi nəticəndə dağılmış evləri, xəstəxanada müalicə alan yaralı əsgərləri, zirzəmilərdə atəşdən gizlənən şəhər sakinlərini çəkdim, başqa çəkilişlər də apardım. Şəhərdə olarkən batalyon komandiri Ramiz Qəmbərovla rastlaşdım, onun ilk və son dəfə şəklini çəkdim, hərbçiləri, şəhərdə olan vəziyyəti lentə aldım, sonra Laçına üz tutdum. Fevralın 26-da üçgünlük ezamiyyətim başa çatdığı üçün Bakıya qayıtdım... Bakıya çatanda həmin gecə Xocalıda baş verən hadisələr haqqında eşitdim və dərhal Bakı-Ağdam qatarı ilə geri qayıtdım...", - deyə fotomüxbir, Əməkdar jurnalist İlqar Cəfərov xatırlayır.
Ağdam Cümə məscidi nəhəng bir meyitxananı xatırladırdı. Məlumata görə, məsciddə Xocalıda şəhid olan 335 sakin yuyata götürülmüşdü. O, özünü toplayıb içəri daxil olaraq bir neçə kadrı lentə alıb: "Sonra özümü pis hiss etdiyimə görə bayıra çıxdım. Bu proses bir neçə dəfə təkrar olundu, çünki bir neçə dəqiqə orada qalıb baş verənləri görmək, onları fotoobyektivin yaddaşına köçürmək ağır və əzablı bir iş idi. Əslində, məscidin ətrafında da fərqli mənzərə yox idi. Əzizlərinin, doğmalarının sorağını gözləyən adamlar, tabuta qoyulub dəfnə aparılanlar, sinə döyən, şaxsey vuran qadınlar, bir gecədə dünyası dağılan, hər şeyi yerləyeksan olan, üzlərində kədər oxunan, gözü yaşlı sakinlər...".
AZƏRTAC-ın təcrübəli fotomüxbiri Ağdamda olarkən həmin günlərdə SSRİ mərkəzi televiziyasının Azərbaycan üzrə müxbiri Mayis Məmmədov və operator Nadir Zeynalov, hərbi operator Seyidağa Mövsümlü ilə də rastlaşıb. Üstündən xeyli vaxt keçsə də, o, 1992-ci ilin soyuq fevralını ən boz-bulanıq rənglərlə xatırlayır: "O ağır günlərdə insanların üz-gözündə kədərin ən acı çalarları dolaşırdı. Elə bil nəhəng bir rəssam fırçası hər şeyin üzərini qara rəngə boyamışdı. Hətta mənə elə gəlirdi ki, adamların çoxunun hissi, duyğusu da yoxdur. Baxırsan ki, ayaq üstədir, gedir-gəlir, baxır, görür, amma heç nə hiss eləmir. Bax, mənim yaddaşımda elə bir təəssürat qalıb. Görünür ki, o da baş verən hadisələrin təsiri nəticəsində idi".
İlqar səyyar cərrahi əməliyyat vaqonunu da xatırlayır, hətta həmin vaqonda da çəkiliş apardığını deyir: "Heç yadımdan çıxmır, vaqonda Məleykə adlı tibb bacısı var idi, onun qardaşı da şəhid olmuşdu, ancaq yaralıları həyata qaytarmaq, onlara yardım göstərmək üçün həkimlərlə birlikdə çox ciddi səy göstərirdi. Sonralar onun daha bir qardaşının da şəhid olduğunu eşitdim. Əldə etdiyim məlumata görə, artıq onun özü də həyatda yoxdur...".
Müxtəlif beynəlxalq fotomüsabiqələrin qalibi olan İlqar Cəfərovun Xocalı soyqırımını əks etdirən bir neçə şəkli Rusiyada çıxan "İzvestiya" qəzetində dərc olunub. Onun müəllifi olduğu həmin fotolardan kitab, jurnal və qəzetlərin nəşrində indiyədək geniş istifadə olunur.
İlqar Cəfərovun obyektivin yaddaşına köçürdüyü həmin kadrlar indi Xocalı soyqırımını canlandıran ən dəyərli fotolardır. Üstündən illər keçib, yenə də çox illər keçəcək, amma həmin şəkillər həmişə öz dəyərini saxlayacaq...
Həmin məşum və dəhşətli günlərin xatirəsi kimi...
Əbədiyyət üçün...
Tarix üçün...

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!