14 İyun 2025 09:05
1451
Səhiyyə
A- A+
Həyat bəxş edənlər

Həyat bəxş edənlər


Bu ilin 5 ayı əzində 50 mindən çox şəxs qan donoru olub


Hər il müxtəlif şüarlar altında qeyd olunan Ümumdünya Qan Donoru Günü könüllü qan verən insanlara minnətdarlıq və donorluğun əhəmiyyətini cəmiyyətə çatdırmaq məqsədi daşıyır. Könüllülük prinsipi ilə həyata keçirilən prosesdə hər bir şəxs humanizm addımları ilə digər şəxslərə həyat bəxş edir. Başqalarına həyat verən belə xoşməramlı missiyanı qiymətləndirmək üçün 14 iyun bir fürsətdir.

Azərbaycanda qan donorluğunun koordinasiyası, ümumilikdə qan və qan komponentlərinə olan tələbatın ödənilməsi, tədarükü, yoxlanılması, saxlanması  məqsədilə ötən ilin iyulun 16-da Prezident İlham Əliyevin Fərmanı ilə "Respublika Qan Bankı" publik hüquqi şəxs yaradılıb.

Biz də ölkəmizdəki qan ehtiyatı, qan donorluğu, bu günün əhəmiyyəti, ümumilikdə Qan Bankının hazırkı fəaliyyəti barədə suallarımızı onun direktoru Elxan Nağıyevə ünvanladıq.

- Qan donoru olacaq şəxsdə hansı meyarlara diqqət edilir? 

- Qan vermək istəyən şəxs 18-65 yaş aralığında, çəkisi 50 kiloqramdan yuxarı olmalıdır. Eyni zamanda şəxsin ümumi sağlamlıq vəziyyəti qan verməyə uyğun gəlməlidir. Əgər qan vermək istəyən şəxs 60-65 yaş aralığındadırsa, o, 5 il müddətində ən azı bir dəfə qan verməlidir. Qanvermə zamanı nəbz, təzyiq yoxlanılır və qanda hemoqlobinin səviyyəsi müəyyənləşdirilir. Hemoqlobin səviyyəsi 130 q/dl-dən yuxarı olan kişilərdən, 125 q/dl-dən yuxarı olan qadınlardan qan götürülə bilər. 

- 18 yaşdan aşağı şəxslər qan donoru ola bilərmi?

- Bəzi Avropa ölkələri var ki, 17 yaşda olan şəxslərin qan donoru olmasına icazə verilir. Amma bu zaman coğrafi xüsusiyyətlər nəzərə alınır, Azərbaycanda protokola uyğun olaraq 18-65 yaş aralığındakı şəxslərdən qan götürülməsinə icazə verilir. 

- Kimlər qan donoru ola bilməz?

- Kəskin xroniki yoluxucu xəstəliklər keçirən, ürək-damar, qaraciyər və böyrək xəstəlikləri olan şəxslər qan donoru ola bilməzlər. Eləcə də, yaxın zamanda cərrahi əməliyyat keçirmiş, xaricə səfər etmiş şəxslərin də qan verməsi müvəqqəti olaraq məhdudlaşdırılır. Bundan başqa, bir sıra xroniki infeksiyalar - HIV, Hepatit B, Hepatit C, sifilis infeksiyası olan şəxslər qan donorluğundan tam kənarlaşdırılır. Onkoloji, lupus, leykemiya, limfoma xəstələri, hemofiliyalı, talessemiyalı şəxslər,  transplantasiya əməliyyatı keçirənlər, narkotik və alkoqol asılılığı olanlar da donor ola bilməzlər. 

- İnfeksion xəstəlik keçirmiş və sağalmış şəxslər bir neçə il sonra qan donoru ola bilərlərmi?

- Qan donorluğundan iki cür kənarlaşdırma var: daimi və müvəqqəti. Daimi kənarlaşdırmada məsələn, HIV, Hepatit B, Hepatit C, sifilis - bu infeksiyalardan sağalmış şəxslər qan donoru ola bilmirlər. Amma müvəqqəti kənarlaşdırılmaya hamiləlik, yeni cərrahi əməliyyat keçirmə, diş çəkdirmə kimi hallar daxildir. Həmin şəxslər bir müddət sonra qan verə bilərlər. Eyni zamanda bəzi xarici ölkələrdə olanlar da ən azı bu səfərdən 6-12 ay sonra donor ola bilərlər. 

- Bəs, kimlər mütəmadi qan verməlidirlər?

- Azərbaycan qanunvericiliyinə görə, qanvermə prosesi könüllü şəkildə həyata keçirilir. Kimlərinsə qan donoru olmasında məcburiyyət yoxdur. Qan süni surətdə istehsal oluna bilmir, təbii məhsuldur, toxuma statusu daşıyır. Qan bir insandan alınır, tədarük olunur, komponentlərə ayrılır, təhlükəsizlik təmin olunandan sonra digər insana köçürülür. 

Müalicə proseduru kimi bəzi şəxslərdən qan alına bilər, amma həmin qan donor qanı hesab olunmur, yəni bu, ümumi istifadəyə yararsızdır. Məsələn, eritremiya xəstələrində qanda eritrositlərin və hemoqlobinin miqdarı artdığı üçün onlardan müalicə məqsədilə qan götürülür. 

- Qan verməyin orqanizmə hansı təsirləri var?  

- Ümumiyyətlə, qan vermək orqanizm üçün hədsiz dərəcədə faydalıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, davamlı şəkildə qan donoru olan kişilər arasında infarkt, insult riskləri qan verməyənlərlə müqayisədə daha azdır. Kişilər ildə 4, qadınlar 3 dəfə qan donoru ola bilərlər. Qan verən zaman orqanizmdə hemotoloji sabitlik yaranır, bədəndə yeni qan hüceyrələri formalaşmağa başlayır. Bu da sümük iliyinin fəaliyyətini stimullaşdırır, dəmir səviyyəsi tənzimlənir. Qan verməyin profilaktik faydaları da var. Hər dəfə qan verəndə həmin donorun qanı infeksiyalara görə mütəmadi şəkildə yoxlanılır. 

- Qan verilməsində cinsiyyətin önəmi varmı? Bəzi hallarda qadından kişiyə qan köçürülməsi həkimlər tərəfindən qəbul olunmur. Bunun səbəbi nədir?

- Qan köçürülməsində əsas göstəricilər qan qruplarının uyğunluğudur. Lakin bəzi hallarda qadın donorların plazmasında immunoloji risklər olur. Həmin risklər olduğuna görə, bu plazma məhsulları xüsusi hallarda istifadə edilə bilir. 

Ümumiyyətlə, dünya təcrübəsində qadın plazmasından ancaq müəyyən hallarda istifadə olunur. Bu yalnız qanın bir komponentinə aiddir, eritrositlərdə ciddi problem yoxdur. Bu da qadın orqanizmindəki fizioloji proseslərlə bağlıdır. Bu qərar ancaq mütəxəssis rəyi əsasında verilir, yəni bu məsələdə də əsas donorluq kişilərin üzərinə düşür. 

- Bu il ərzində neçə nəfər qan donoru olub və əsasən hansı yaş aralığındadırlar? 

- Bu ilin 5 ayı əzində 50 mindən çox şəxs qan donoru olub. Qan köçürülən şəxslər də buna müvafiqdir. 

- Əsasən qadınlar, yoxsa kişilər qan donoru olur?

 - Əvvəllər belə bir təfəkkür var idi ki, ancaq xəstənin yaxınları qan verə bilərlər. Dövlətimiz tərəfindən aparılan uğurlu səhiyyə siyasəti, həmçinin Heydər Əliyev Fondunun böyük dəstəyi sayəsində aparılan təbliğat-təşviqat işləri nəticəsində könüllü donorların sayı artıb. Bu, böyük işdir. Eyni zamanda bizim təbliğat-təşviqat qrupumuz var. Səhiyyə Nazirliyində qan donorluğuna çox ciddi diqqət yetirilir. Eyni zamanda qan və qan komponentlərinin təhlükəsizliyi istiqamətində xeyli işlər görülüb. 

- Hazırda Qan Bankında nə qədər qan ehtiyatı var?

- Qan Bankı mərkəzdən və 8 regional bölmədən ibarətdir. Bunlar - Sumqayıt, Quba, Şirvan, Şəki, Bərdə, Minəgeçevir, Gəncə bölmələridir. Hər bir bölmə bir neçə rayonu əhatə edir. Hazırda Qan Bankında və 8 regional bölmədə kifayət qədər qan ehtiyatı var. 

- Qan ehtiyatlarının saxlanma şəraiti necə olmalıdır və qan komponentləri hansı temperaturda neçə gün saxlanıla bilir?

- Donordan qan götürüldükdən sonra komponentlərə ayrılır və hər bir komponentin saxlanma şəraiti nəzərə alınır. Məsələn, eritrosit kütləsi 2-6C temperaturda 35-42 gün müddətində, plazma 24 ay müddətində  - 30C temperaturda, trombosit kütləsi 20-24C temperaturda 5-7 gün saxlanıla bilər. Qan komponentləri ayrı saxlanılır. Qan Bankının əsas funksiyalarından biri qanın tələbə uyğun  tənzimlənməsidir. Yəni qan komponentləri elə saxlanılır ki, vaxtı keçməsin, zamanında ehtiyacı olan şəxslərə köçürülsün. Bəzən qan torbasının tamlığı pozulur və ya müəyyən səbəblərə görə laxtalanma olur və ya defekt əmələ gəlir ki, o zaman qan xüsusi üsullarla utilizasiya olunur. 

- Hansı qan qrupuna tələbat daha çoxdur? 

- Azərbaycan populyasiyasında ən az - əhalinin 1,2 faizində rast gəlinən  B (III) RH- qan qrupudur. Ən çox rast gəlinən isə 0 (I) RH + və A (II) RH + qruplarıdır. 

Ümumilikdə bütün qan qruplarına tələbat var. Həyata keçirilən əməliyyatların sayına görə tələb hər gün dəyişə bilir. Talassemiyalı, hemofiliyalı şəxslər daim qanla təmin olunurlar. Eyni zamanda gündəlik cərrahi əməliyyatlar fonunda qana ehtiyacı olan şəxslər qan və qan komponentləri ilə təmənnasız olaraq təmin edilirlər. 

- Qan qruplarının tərkibinin dəyişdirilməsi mümkündürmü?

- I qan qrupu universal hesab olunur, bütün qruplara qan verə bildiyi halda, yalnız özündən qan ala bilir. Elə qan qrupları da var ki, digərlərinə qan verə bilir. Bəzən isə xəstəyə ancaq öz qan qrupundan olan donor qanının köçürülməsi məsləhət görülür. 

- Bölgələrdə qan təminatı necə həyata keçirilir?

- Paytaxtda aparılan işin kiçik prototipi bölgələrdə tətbiq olunur. Bu yaxınlarda Gəncədə, Sumqayıtda donorluqla bağlı təbliğat-təşviqat işləri həyata keçirilib. Qarabağ Universitetində də maarifləndirmə tədbirləri görülür. Orta məktəblərdə də belə təbliğat işləri aparılır. Ümumdünya Qan Donorluğu Günü üçün də hazırlıq işləri görülüb. Aşura günü ilə bağlı da Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə məscidlərdə qanvermə aksiyaları keçiriləcək. Bütün aksiyalar könüllülük prinsipi əsasında həyata keçirilir. İstər regionlarda, istərsə də mərkəzdə günün 24 saatı ehtiyacı olan vətəndaşlarımızın qan və qan komponentləri ilə təminatı həyata keçirilir. Qan Bankı bölmələri ilə mərkəz arasında koordinasiya var. Hansı bölmədə hansı qan qrupuna ehtiyac olarsa, həmin qan qrupu göndərilir. Yəni həm mərkəzdən regional bölmələrə, həm də bölgələrdən Bakıya qan göndərilə bilir. Bu, xüsusi proqramla tənzimlənir. 

- Vətən müharibəsi dövründə qan təminatı necə həyata keçirildi? Yəni ekstremal hallarda Qan Bankında ehtiyat kifayət qədərdir deyə bilərikmi? Təminatda hansı çətinliklər var?

- 2020-ci ildə Vətən müharibəsi dönəmində vətəndaş həmrəyliyi rekord səviyyədə idi. Bu müddətdə insanlarımız qan verməyə ürəklə gəlirdilər. Ümumiyyətlə, hansı qrup üçün kifayət qədər qan ehtiyatı varsa, onu götürməyə lüzum yoxdur. Təki, müharibə, fövqəladə hallar olmasın, amma Qan Bankında istənilən fors-major hallar üçün  kifayət qədər qan və qan komponentləri ehtiyatı var. Bankda bütün qan qruplarından və hər bir komponentdən ehtiyatın olması prioritet məsələmizdir. Təcili durumlarda hər kəsin qan təminatını qarşılamalıyıq. 

- Ümumdünya Qan Donoru Günü ilə bağlı hansı tədbirlər görüləcək?

- Ümumdünya Qan Donoru Günü ilə bağlı Respublika Qan Bankında, eyni zamanda regional bölmələrdə qanvermə aksiyaları həyata keçiriləcək. Tədbir zamanı könüllü qanvermə hərəkatında iştirak edən donorlara fəxri fərman və təşəkkürnamələr də təqdim olunacaq. Əsas məqsəd isə ictimaiyyətə bu günün mahiyyətini çatdırmaqdır. 


Müsahibəni apardı:

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər  

22:39
07 İyul

“Həmrəyliyin təşviqi: humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım” mövzusunda müzakirələr aparılıb  

22:38
07 İyul

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusu müzakirə edilib  

22:37
07 İyul

“Xarici siyasətin kommunikasiyası və parlament diplomatiyası” mövzusunda panel müzakirəsi olub  

22:36
07 İyul

Ukrayna Rusiyanın hərbi təmayüllü zavoduna hava zərbələri endirib  

22:35
07 İyul

Ermənistan parlamenti Seyran Ohanyanın deputat toxunulmazlığını ləğv edib  

22:34
07 İyul

Dövlət Komitəsinin sədri Bahar Muradova Balakən rayonunda vətəndaşlarla görüşəcək  

22:33
07 İyul

Azərbaycanı kişi voleybolçular arasında avrokuboklarda təmsil edəcək komandalar bəlli olub  

22:32
07 İyul

Azərbaycanın qaz ixracında 16 illik rekord nailiyyəti 

20:00
07 İyul

Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırıb

19:59
07 İyul

Azərbaycan və Türkiyə Ali məhkəmələri arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb  

19:56
07 İyul

Heydər Əliyev Beynəlxalq Aeroportuna enerji idarəetməsi üzrə beynəlxalq sertifikat verilib  

19:54
07 İyul

Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib  

19:51
07 İyul

Azərbaycan və Çin arasında Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkili prioritetdir  

19:48
07 İyul

Konstitusiya Məhkəməsində yeni hakimlərin kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirilib  

19:46
07 İyul

Bakıda “Biznes hüququ” mövzusunda 9-cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılışı olub  

19:44
07 İyul

Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar  

19:42
07 İyul

Azərbaycan ilə Pakistan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə edilib  

19:38
07 İyul

Leysan olacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ  

19:37
07 İyul

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub  

19:36
07 İyul

Fransanın “Rafale” qırıcılarının növbəti uğursuzluğu: Belçika və Peru ondan imtina etdi  

16:37
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!