26 İyun 2025 08:10
596
SİYASƏT
A- A+
Hərbi güc simvolu, milli birliyin təcəssümü 

Hərbi güc simvolu, milli birliyin təcəssümü 


1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası üçün qarşıda duran ən mühüm vəzifələrdən biri Milli Ordunun yenidən qurulması oldu. 1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış ilk nizami hərbi birləşmələrin varisi kimi, Azərbaycan Silahlı Qüvvələri rəsmi şəkildə təsis edildi. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirildi və bu tarix dövlətin hərbi qüdrətinin rəmzinə çevrildi.

Ulu Öndər Heydər Əliyev Silahlı Qüvvələrin formalaşdırılmasına və inkişafına sistemli yanaşaraq, ordunun strukturlaşdırılması, peşəkar kadr potensialının gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirdi ki, bu yanaşma da müstəqil Azərbaycanın milli təhlükəsizlik strategiyasının əsas sütunlarından birinə çevrildi. Ulu Öndərin müəyyən etdiyi strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı dövründə Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi. Dövlət başçısının rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, müasir texnologiyaların tətbiqi və hərbi sənayenin formalaşdırılması Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdı. Prezident İlham Əliyev bu barədə deyirdi: "Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir".

Ordu quruculuğu sahəsində həyata keçirilən son dərəcə uğurlu siyasət 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində əldə edilən qələbə ilə bir daha təsdiqini tapdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüşlərdə bir addım belə geri çəkilmədən düşmənə sarsıdıcı zərbə vurdu. 44 gün ərzində 5 şəhər, 300-dən çox qəsəbə və kənd işğaldan azad olundu. Bu nəticə Azərbaycanın hərbi gücünün və diplomatik iradəsinin təntənəsi idi. Müharibədə qazanılmış Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və əsgərlərimizin misilsiz rəşadəti sayəsində mümkün oldu. Bu qələbələr nəticəsində erməni silahlı birləşmələri diz çökdü və Azərbaycanın suverenliyi tam bərpa olundu, konstitusiya quruluşu bütün ərazilərdə təmin edildi. Prezident İlham Əliyevin bu fikirləri həmin tarixi Zəfərin əhəmiyyətini açıq şəkildə ifadə edir: "Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar".

Bu gün gənc nəsil Silahlı Qüvvələrə böyük rəğbətlə yanaşır. Ordu sıralarında xidmət etmək Azərbaycan gəncliyi üçün şərəfli vəzifə sayılır. Dövlətin apardığı vətənpərvərlik siyasəti, gənclərin hərbi təhsilə cəlbi və orduya marağın artması gələcəyin də etibarlı əllərdə olduğunu göstərir. Gənclərimiz Vətən uğrunda canından keçən şəhidlərin qəhrəmanlığından örnək götürür, dövlətçiliyin qorunmasında öz məsuliyyətlərini dərk edirlər.

Azərbaycan Respublikası bu gün təkcə iqtisadi deyil, hərbi baxımdan da regionun aparıcı dövlətlərindən biridir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, xalqın orduya inamı və əsgərlərimizin rəşadəti sayəsində Azərbaycan güclü dövlət-güclü ordu nümunəsini dünyaya nümayiş etdirdi.

Azərbaycan Respublikasının yerləşdiyi mürəkkəb geosiyasi mühit, coğrafiya və regional təhlükəsizlik çağırışları səmərəli beynəlxalq hərbi əməkdaşlığın zəruriliyini önə çəkir. Bu baxımdan,  Azərbaycan ilə qardaş Türkiyə arasındakı hərbi əməkdaşlıq xüsusi yer tutur və hazırda hərbi təlimlər, təcrübə mübadiləsi, birgə əməliyyatların planlaşdırılması və personal hazırlığı sahəsində geniş əməkdaşlıq formatı mövcuddur. 2021-ci ildə iki qardaş ölkə arasında Şuşa Bəyannaməsinin imzalanması ilə strateji müttəfiqlik səviyyəsinə yüksələn bu münasibətlər yeni mərhələyə qədəm qoyaraq hüquqi baxımdan daha da möhkəmlənmişdir.

Yeni dünya düzəninin formalaşdığı bir dönəmdə, silahlı münaqişələr, qlobal və regional geosiyasi qarşıdurmalar və çağırışlar fonunda, xüsusilə Yaxın Şərq və Şərqi Avropada davam edən müharibələr fonunda Azərbaycanın müstəqilliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq, eyni zamanda regionda sülh və sabitliyi təmin etmək istiqamətində atdığı addımlar həqiqətən qürur doğurur.

Bu baxımdan, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, ardıcıl və balanslaşdırılmış xarici siyasət ölkəmizin beynəlxalq aləmdə mövqelərini gücləndirmiş, həm regional, həm də qlobal təhlükəsizlik arxitekturasında rolunu artırmışdır. Prezidentin rəhbərliyi ilə yürüdülən uğurlu diplomatik və hərbi-siyasi fəaliyyət nəticəsində Azərbaycan nəinki öz hərbi gücü ilə torpaqlarını azad etmiş, həm də ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün təşəbbüskar ölkə kimi çıxış etmişdir.

Azərbaycanın sülh təşəbbüsləri, xüsusilə postmüharibə dövründə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar və beynəlxalq hüquqa əsaslanan 5 baza prinsipi əsasında irəli sürülən sülh təşəbbüsü regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan qalib ölkə olaraq regionda davamlı sülhün tərəfdarıdır və revanşizmin qarşısını almaq üçün qətiyyətli siyasət yürüdür.

Bütün bu uğurların təməlində güclü ordu ilə yanaşı, güclü dövlət idarəçiliyi, siyasi iradə və xalq-iqtidar birliyi dayanır. Azərbaycanın Silahlı Qüvvələri yalnız ölkə daxilində deyil, eyni zamanda beynəlxalq sülhməramlı missiyalarda da uğurla iştirak etmişdir. Bu fakt Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin göstəricisidir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri təkcə hərbi güc simvolu deyil, eyni zamanda müstəqil dövlətçiliyin, suverenliyin və milli birliyin təcəssümüdür. Ordunun inkişafı və qüdrətlənməsi prosesində aparılan hərtərəfli islahatlar, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, şəhid və qazilərimizin ailələrinə göstərilən yüksək diqqət də Azərbaycan dövlətinin sosial ədalətə və insani dəyərlərə verdiyi önəmin göstəricisidir.


Zaur ŞÜKÜROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!