29 Noyabr 2018 00:22
528
CƏMİYYƏT
A- A+
Həmkarlar ittifaqı işçilərinin maarifləndirilməsi işinə xüsusi önəm verilir

Həmkarlar ittifaqı işçilərinin maarifləndirilməsi işinə xüsusi önəm verilir


Noyabrın 28-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi ilə "Şərqi Avropada və Mərkəzi Asiyada həmkarlar ittifaqlarının maarifləndirilməsi: çıxarılan nəticələr və inkişaf yolları” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə AHİK sədrinin müavini Aqil Dadaşov açıb.

Konfransda çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev həmkarlar ittifaqlarının son dövrlər ənənəvi olmayan problemlərlə daha tez-tez qarşılaşdığını deyib. O bildirib ki, bu, həmkarlar ittifaqı işçisindən təşkilati-idarəçilik qabiliyyətini daha da təkmilləşdirməyi, sosial psixologiyanın, konfliktologiyanın, hüququn, politologiyanın, iqtisadiyyatın, maliyyə siyasətinin əsaslarını dərindən mənimsəməyi tələb edir. Digər tərəfdən, beynəlxalq institutlar dünya ictimaiyyəti qarşısında mühüm vəzifələr qoyur. Gələcəkdə gözlənilən proseslərdən qorunmaq üçün atılacaq addımların bu gün müəyyənləşdirilməsi ən vacib məsələlərdəndir. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində, Layiqli Əməyin təmin edilməsi üzrə Dövlət proqramlarının yerinə yetirilməsində, BƏT-in 205-ci Tövsiyəsinin tətbiqində həmkarlar ittifaqlarına geniş önəm verilir. Sözsüz ki, bu vəzifələri həyata keçirmək üçün kadr hazırlığı məsələlərinə daha diqqətlə yanaşılmalıdır.

Səttar Möhbalıyev qeyd edib ki, həmkarlar ittifaqı liderləri və fəalları insanlarla ünsiyyət qurmaq üçün daim bacarıqlarını təkmilləşdirməli, ümumtəhsil və mədəni səviyyələrini yüksəltməlidirlər. Bu isə sosial texnologiyalara yiyələnmədən və müasir menecmentin üsul və metodlarını mənimsəmədən mümkün deyil. Müasir tədris və informasiya texnologiyalarından, aktiv tədris metodlarından istifadə, həmkarlar ittifaqı kadr və fəallarında daim yenilənmə motivasiyasının olması, fasiləsiz təhsil üçün şəraitin yaradılması, qabaqcıl dünya təcrübəsinin öyrənilib yayılması maarifləndirmə prosesində vacib olan elementlərdir. Ölkəmizdə bütün sahələrdə islahatların həyata keçirilməsi həmkarlar ittifaqlarında da vaxtaşırı islahatların aparılmasını gündəmə gətirib. Layiqli kadr ehtiyatları fondunun yaradılması və möhkəmləndirilməsi, seçkili həmkarlar ittifaqları orqanlarının tərkibinin gəncləşdirilməsi, orada qadınların sayının artırılması islahatların tərkib hissəsidir. Bu gün həmkarlar ittifaqı təşkilatlarının rəhbərlərinin qarşısına yeni tələblər qoyulur. Bu tələblərə isə peşəkar və məsuliyyətli həmkarlar ittifaqı liderləri və onların komandasının nüfuzu vasitəsilə cavab vermək mümkündür. Peşəkar kadrların hazırlanması, təcrübi biliklərə yiyələnmələri və onların bazar iqtisadiyyatına xas olan idarəetmə qabiliyyətlərinə malik olmaları üçün müvafiq işlərin həyata keçirilməsi lazımdır. Bu səbəbdən həmkarlar ittifaqı işçilərinin maarifləndirilməsi işinə xüsusi önəm verilir. Həmkarlar ittifaqlarında maarifləndirmə prosesi əsasən AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyası vasitəsilə həyata keçirilir. Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil edilən kurslar həmkarlar ittifaqının yeni seçilən seçkili orqanlarının rəhbərləri və üzvləri, fəalları, sahə həmkarlar ittifaqı aparatında çalışanlar və digər kateqoriyalara aid işçilər üçün nəzərdə tutulub. Hər il akademiyanın təşkil etdiyi kurslarda orta hesabla 800 nəfərə yaxın həmkarlar ittifaqı kadr və fəalları iştirak edirlər. Eyni zamanda, akademiyada hazırda 5 ixtisas üzrə 572 gənc təhsil alır. Ali təhsil müəssisəsini bitirən bu gənclər isə həmkarlar ittifaqı üçün potensial kadrlardır.

Sədr bildirib ki, AHİK 2009-cu ildən kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması üzrə pilot layihə həyata keçirib. Pilot layihəyə uyğun olaraq respublikanın bütün regionlarında mövzu ilə bağlı seminarlar keçirməklə həmkarlar ittifaqı liderləri maarifləndirilib və onlara bu sahədəki vəzifələr izah olunub. Bu işin müsbət nəticəsi kimi özəl müəssisələrdə həmkarlar ittifaqlarının yaradılmasını və üzvlərinin sayının artmasını qeyd etmək olar. AHİK uzun müddət idi ki, cəmiyyətimizin inkişafının müasir mərhələsinin xüsusiyyətlərini nəzərə alaraq Üçtərəfli Komissiyanın yaradılması üçün təşəbbüs qaldırır, təkliflər irəli sürürdü. Nəhayət, BƏT-in bilavasitə dəstəyi ilə həyata keçirilən maarifləndirmə tədbirlərini və sosial tərəfdaşlarla görülən işləri əlaqələndirmək məqsədilə 2016-cı ilin sentyabrında Azərbaycanda Sosial-İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradıldı və bu gün uğurla fəaliyyət göstərir. Təbii ki, AHİK tərəfindən həmkarlar ittifaqında aparılan maarifləndirmə işləri yekunda qarşımıza qoyduğumuz əsas məqsədlərin - işçilərin sosial əmək hüquqlarının qorunmasının, onların sağlamlığının və əməyinin mühafizəsinin həyata keçirilməsinə öz müsbət təsirini göstərməkdədir. Son beş ildə (2013-2018) 507 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb, həmkarlar ittifaqı üzvlərinin sırasına 56 min 497 nəfər cəlb edilib. Bu gün həmkarlar ittifaqı təşkilatları olan müəssisələrdə işləyənlərin 95,5 faizi həmkarlar ittifaqı üzvləridir. AHİK və üzv təşkilatlar tərəfindən görülən işlər nəticəsində daxil olan ərizə və şikayətlərin 95,2 faizi müsbət həll edilib. Əmək hüquqlarının pozulması ilə əlaqədar son 5 ildə üzvlərin müraciətləri əsasında 97 dəfə məhkəməyə müraciət olunub. Bu müddətdə 983 nəfər öz işinə bərpa edilib. Maarifləndirilmə işləri həmkarlar ittifaqı təşkilatlarının sədrlərinin, onların ehtiyat qüvvələrinin, həmkarlar ittifaqı komitəsinin üzvlərinin, daimi komissiyalarının, fəallarının bilik və bacarıqlarının formalaşdırılmasına yönəldilməlidir. Yeni informasiya texnologiyalarının, sosial şəbəkələrin də imkanlarından lazımınca istifadə edilməlidir.

Konfransda daha sonra Beynəlxalq Əmək Təşkilatının nümayəndəsi Evelin Toc, Pan Avropa Regional Şurasının nümayəndəsi Anton Leppik və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Şərqi Avropada və Mərkəzi Asiyada həmkarlar ittifaqı fəallarının maarifləndirilməsi və inkişaf yolları genişləndirilməli, burada maraqlı tərəflərin fəaliyyətləri dəstəklənməlidir.

Konfrans öz işini üç gün davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!