"Həmin saniyələr ömrümdən bəlkə uzun illəri aldı"
"Cüdoçu kimi Olimpiya çempionluğundan başqa bütün medalları qazanmışam". Bu barədə mediaya açıqlamasında Azərbaycan millisinin sabiq cüdoçusu Elxan Məmmədov deyib. O, tələbəsi olduğu Zelim Kotsoyevin (100 kq) "Paris-2024"də çempion olması ilə bağlı fikirlər səsləndirib.
Elxan Məmmədovun sözlərinə görə, yetirməsinin bu adı qazanmasında gərgin məşqlərin rolu böyükdür: "Bu uğura çox sevindik. Həqiqətən böyük bir iş gördü. Mən Olimpiya çempionu olmasam da, Allah mənə bunu tələbəm vasitəsi ilə qismət etdi. Hər birimiz böyük şərəf hissi keçirdik. Həmin andakı hissləri sözlə ifadə etmək çətindir, sadəcə yaşamaq lazımdır".
Təcrübəli mütəxəssis deyib ki, Zelimin final görüşü çox dramatik alınıb: "Yarışın sonuna 25 saniyə qalmış rəqib vaz-ari ilə öndə idi. Lakin axırıncı 8 saniyədə İlya Sulamanidzeyə şidonun verilməsi böyük bir möcüzə oldu. Rəqibin səhvi - yerə atılması inanılmaz bir şey idi. Zelimin onun üzərinə "şığıması" gürcü idmançını həyəcanlandırmışdı. Həmin saniyələr ömrümdən bəlkə uzun illəri aldı. Əsas odur ki, sonda hər şey yaxşı bitdi. Məndən fərqli, Zelim çempion olacağına inanmırdı. Qızıl medalı da qazanandan sonra gəlib məni qucaqlayaraq dedi ki, siz mənə inanırdız. Daim bu inamı ona mən bildirirdim. Şükürlər olsun ki, istəyimizə çatdıq".
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Seçki Komissiyasının 2024-cü il 9 sentyabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə...
11 Sentyabr
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki...
11 Sentyabr
Rusiya Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb
10 Sentyabr
ABŞ prezidenti Harris-Tramp debatını Nyu-Yorkdan izləyəcək
10 Sentyabr
Böyük Britaniya, Fransa və Almaniya Rusiyanın İrandan ballistik raketlər alması ilə bağlı birgə bəya...
10 Sentyabr
Haynz Syeqren: Dünya ölkələrinə COP29-da Azərbaycanda yaşıl enerji istehsalının tam sürətlə getdiyin...
10 Sentyabr
Tərtərdə Aqrar Biznes Festivalı keçirilib
10 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümumavropa qaz təchizatçısı08 Sentyabr 2024
İstək və arzu başqadır, həqiqət və reallıq isə bambaşqa!05 Sentyabr 2024
Riyakarlıq xəstəliyi04 Sentyabr 2024
Xankəndidə seçki izdiham02 Sentyabr 2024
Azad və demokratik ənənənin təntənəsi31 Avqust 2024
İlham Əliyev "Azəri"ni Azərbaycanın sərvəti etdi30 Avqust 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!