05 Noyabr 2020 01:13
1368
SİYASƏT
A- A+
Haqq savaşında Azərbaycanın tam qələbəsi uzaqda deyil!

Haqq savaşında Azərbaycanın tam qələbəsi uzaqda deyil!


Bu gün Azərbaycan özünün yeni, real tarixini və zəfərlər tarixini yazır. Mən bir vətəndaş kimi özümü xoşbəxt hesab edirəm ki, bu günlərin sevincini yaşayıram.

Təəssüf hissi ilə qeyd edirəm ki, 1990-cı illərin əvvəllərində xalqımızın düçar olduğu nisgilli günləri, o kədərli günlərin acısını çəkən insanların ölkəmizdə hökm sürən özbaşınalığın, hərcmərcliyin, səriştəsizliyin, tayfa davasının qurbanı olduğunu gözlərimlə görmüşəm. Bugünkü uğurlarımızı da, bu uğurlarımıza görə canından keçən cəsur və qəhrəman əsgərlərimizi də görürəm, böyük inam və qətiyyətlə onları qələbəyə aparan Ali Baş Komandanımızı da! İnanıram ki, gələcək nəsillər onları böyük fəxrlə həmişə yad edəcək və bu fədakar insanların nəvə-nəticələri olmaları ilə öyünəcəklər.

Bu gün isə Azərbaycandakı birliyi, həmrəyliyi, vətənpərvərliyi, eləcə də bütün xalqın cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşdiyini görəndə qəlbim fərəhlə dolur, sevincim yerə-göyə sığmır. Doğma Azərbaycan heç vaxt bu qədər yekdil, bu qədər həmrəy və bu qədər güclü olmamışdır. Zənnimcə, bu gücün mənbəyi də xalqla rəhbərin, ordunun birliyindədir. İkinci Qarabağ savaşının, Vətən müharibəsinin davam etdiyi bir aydan artıq olan qısa müddət ərzində Azərbaycan Ordusu çox böyük uğurlar qazanmışdır, cəsur və qorxmaz əsgərlərimiz düşmən tapdağındakı torpaqlarımızı kəndbəkənd azad edərək inamla hamımızın fəxri, Qarabağın tacı olan Şuşaya doğru irəliləyir. Bu müharibə xalqımızın haqq savaşıdır, zəfər tarixidir. Məhz buna görə də Ulu Tanrı bizimlədir, Haqqın yanındadır!

Bu gün dünyanın bir sıra vicdanlı hərbi ekspertlərini də heyrətə gətirən şanlı zəfərlərimizin gücü, mənbəyi bizim haqq-ədalət uğrunda vuruşmağımızda, heç zaman olmadığı kimi, xalqla dövlətin, Prezidentimizin, Ali Baş Komandanla, Azərbaycan Ordusu ilə, qəhrəman əsgərlərimizlə xalqımızın birliyindədir, həmrəy olmasındadır, hamımızın qələbə naminə yumruq kimi birləşməyimizdədir. Əks halda Azərbaycan Ordusu cənab Ali Baş Komandanın rəhbərliyi altında qısa bir müddət ərzində ATƏT-in, onun Minsk qrupunun və dünyanın üç güclü dövlətinin təmsil olunduğu həmsədrlər institutunun 28 il ərzində edə bilmədiklərini (bəlkə də etmək istəmədiklərini) edə bilməzdi.

İkinci Qarabağ müharibəsi mənfur Ermənistanın iç üzünü də açdı və onun bəzi havadarlarının məkrli planlarını da darmadağın etdi, əsl həqiqəti ortaya qoydu, kimin hansı məzhəbə qulluq etməsini də meydana çıxartdı, hamının iç üzü açıldı. Üzdə sülh effekti yaratmağa çalışan ölkələrin arxada erməni işğalçılarını silahlandırdığı və əslində, Ermənistanın işğalçılıq planlarına rəvac verdikləri məlum oldu. Hörmətli Prezident, Ali Baş Komandan xalqa müraciəti zamanı "Kimdir Ermənistanı silahlandıran, kim verir onlara bu qədər silah-sursatları?” deyərkən, dəqiq ünvanları nəzərdə tuturdu və bu sirr deyil ki, həmin ünvanları hamı tanıyır.

Çox təəssüf ki, bu gün bir sıra ölkələr "kar” və "kor” olduqlarını, sanki heç nəyi görmədiklərini və heç nəyi eşitmədiklərini nümayiş etdirirlər, əslində isə, onlar hər şeyi görürlər də, eşidirlər də. Lakin yenə də "ikili standartlar” amili ortaya çıxır və onlar sanki nə Gəncə qətliamlarını, nə Bərdə vəhşiliklərini nə görürlər, nə də eşidirlər, amma, əslində, hər şeyi görürlər və onlara sərf etmədiyinə görə özlərini görməməzliyə vururlar. Şuşada bir kilsənin günbəzinə dəyən qəlpənin açdığı kiçik oyuğu çəkib bütün dünyaya vandalizm aktı kimi "sırıyan” erməni havadarları Dağlıq Qarabağda bizim yüzlərlə məscidlərimizin və digər dini inanc yerlərimizin dağıdılmasını və təhqir olunmasını, 976 kitabxanamızın 3,6 milyon nüsxə qiymətli kitab fondlarının vəhşicəsinə yandırıldığını, 22 muzeyimizin nadir əşyalarının talanaraq dünya hərraclarında satıldığını, yüzlərlə tarixi abidələrimizin dağıdılaraq yerləyeksan olunduğunu görmürdülərmi? Niyə susurdular? Budurmu ədalət? Bu insanlığa, bəşəriyyətə qarşı cinayət deyildirmi?!

Ancaq Azərbaycan, Azərbaycan Ordusu, əsgəri Ali Baş Komandanın rəhbərliyi altında bu gün dünya düzəninin yeni tarixini yazır, işğal altında olan Vətən torpaqlarımızın azad olunmasını təkbaşına təmin edir, xalqımızın, ordumuzun zəfər salnaməsini yazır, yeni reallıq yaradır! Və inanıram ki, işğalçı Ermənistanı dəstəkləyən dünya gücləri Azərbaycanın qardaş Türkiyə Cümhuriyyətinin mənəvi dəstəyi ilə yaratdığı bu reallıqla gec-tez barışmalı olacaqlar!

Qarabağ Azərbaycandır!

Zəfərləriniz mübarək, Azərbaycan əsgəri, Azərbaycan Prezidenti!

Kərim TAHİROV,

Azərbaycan Milli Kitabxanasının direktoru,

Əməkdar Mədəniyyət işçisi,

professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!