10 İyul 2026 11:55
367
SİYASƏT
A- A+
Halit Hamzaoğlu: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlara imza atıb 

Halit Hamzaoğlu: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlara imza atıb 


Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə mühüm uğurlar əldə edib. Bu nailiyyətlər Prezident İlham Əliyevin Azərbaycan xalqı arasında yüksək ictimai dəstəyə malik olmasını şərtləndirən əsas amillərdən biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Halit Hamzaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün diplomatiya sahəsində etibarlı və nüfuzlu dövlət kimi tanınır. Xüsusilə Qarabağ Zəfərindən sonra ölkənin həm regional, həm də qlobal miqyasda siyasi çəkisi və nüfuzu daha da artıb ki, bu da Azərbaycan cəmiyyəti tərəfindən böyük məmnunluqla qarşılanır.

“Azərbaycan hazırda Cənubi Qafqazın aparıcı dövləti kimi regional proseslərdə öncül rol oynayır və regional və qlobal bağlantı layihələrinin əsas iştirakçılarından biridir. Eyni zamanda, zəngin enerji ehtiyatlarına malik olması Azərbaycanın beynəlxalq münasibətlər sistemində mühüm tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

Azərbaycan Şərqlə Qərb arasında strateji körpüdür. Burada həlledici amil yalnız ölkənin coğrafi mövqeyi deyil, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursudur. Məhz bu siyasət Azərbaycanın beynəlxalq tərəfdaşlar üçün etibarlı dövlət kimi qəbul olunmasına imkan yaradır. Azərbaycan, eyni zamanda, Türk dünyasına açılan əsas qapıdır. Türk dünyasının inkişafı və gələcək inteqrasiyası baxımından Azərbaycanda baş verən müsbət proseslər xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın inkişafı və sabitliyi Türkiyənin, eləcə də bütövlükdə Türk dünyasının sabitliyi və inkişafı deməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda və beynəlxalq münasibətlər sistemində artan gücü Türkiyədə böyük məmnunluq və sevinc hissi ilə qarşılanır. Çünki Azərbaycanın uğuru eyni zamanda Türkiyənin də uğurudur”.

H.Hamzaoğlunun sözlərinə görə, hazırda beynəlxalq münasibətlər sistemində ciddi geosiyasi qeyri-müəyyənliklər müşahidə olunur: “Belə mürəkkəb beynəlxalq şəraitdə etibarlı müttəfiqlik və hərtərəfli əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Türkiyə və Azərbaycan bu mürəkkəb geosiyasi mühitdə vahid strateji baxışa malik iki qardaş dövlətdir. Bu strateji baxış mövcud təhdid və çağırışlara qarşı güclü və koordinasiyalı cavab verməyə imkan yaradır”.

Ekspert sonda bildirib ki, iki qardaş ölkə arasında formalaşmış münasibətlərin mahiyyəti qarşıya çıxan risk və çağırışlara operativ və səmərəli şəkildə cavab verilməsini asanlaşdırır. Türkiyə və Azərbaycanın sabitliyə əsaslanan siyasəti Cənubi Qafqazda sülhün təmin olunmasında həlledici rol oynayır. 2020-ci ildən sonra regionda yaranmış yeni geosiyasi reallıq Azərbaycan və Türkiyəni Cənubi Qafqazın əsas siyasi oyunqurucu dövlətlərinə çevirib. Həm Türkiyə, həm də Azərbaycan Cənubi Qafqazın sabit, proqnozlaşdırılan və sülh şəraitində inkişaf etməsində maraqlıdır. Bu baxımdan, Türkiyə–Azərbaycan qardaşlığı regionda sülhün, rifahın, sabitliyin və təhlükəsizliyin əsas təminatlarından biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

15:35
18 Avqust

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

15:33
18 Avqust

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

15:30
18 Avqust

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

15:26
18 Avqust

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

15:24
18 Avqust

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub

14:52
18 Avqust

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

14:49
18 Avqust

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

14:47
18 Avqust

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

14:45
18 Avqust

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər

14:42
18 Avqust

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur 

14:39
18 Avqust

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

14:37
18 Avqust

Myanma 300 min müsəlmanın qayıdışına şərt qoyub

14:35
18 Avqust

Kolumbiyada zəlzələdən dəymiş ziyanın məbləği 9,5 milyard dollardır

14:33
18 Avqust

Tramp Administrasiyasında zəngin məmurların sayı rekord həddə çatıb

14:30
18 Avqust

Fransanın qərbində yanğın nəzarət altına alınıb

14:27
18 Avqust

C vitamini soyuqdəyməni müalicə edirmi?

14:25
18 Avqust

Avropada təbii qaz bahalaşmağa başlayıb

14:21
18 Avqust

Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib

13:46
18 Avqust

Bu il dövlət büdcəsinin xərclərinin 40,8 milyard manat olacağı gözlənilir

13:44
18 Avqust

Türk dünyasının arxeoloqları Macarıstanda ortaq rəqəmsal irs bazası yaradacaqlar

13:42
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!