11 Sentyabr 2026 12:30
164
İQTİSADİYYAT
A- A+
Hacıqabulda yeni aqrar dövlət proqramının icrası müzakirə olunub

Hacıqabulda yeni aqrar dövlət proqramının icrası müzakirə olunub


“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının gedişini öyrənmək üçün Prezident Administrasiyasının sektor müdiri Məmmədiyə Məmmədov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və rayonun müvafiq qurumlarının nümayəndələri bir sıra istehsal və emal müəssisələrində olublar.

“Hajigabul Greenhouse” MMC, “Azerbrood” MMC, “Pirsaat Quşçuluq” MMC, “Hacıqabul Quşçuluq Şirkəti” MMC, “Angus Heyvandarlıq və Agro” MMC, “İlk Agro və Heyvandarlıq” MMC, “Red Valley” MMC (“Mina Şirin”), “Agro Dairy” MMC və “Azərsun Holdinqin Şamaxı Aqroparkı”nda adıçəkilən dövlət proqramından irəli gələn vəzifələrin icrası, yeni istehsal güclərinin yaradılması, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və ixrac imkanlarının genişləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib, qarşıda duran hədəflərin reallaşdırılması üçün tövsiyələr verilib. Bildirilib ki, dövlət proqramının regionlarda icrasına nəzarətin gücləndirilməsi mövcud problemlərin operativ həlli və kənd təsərrüfatı sahəsində dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonra geniş tərkibli iclas olub. İclasda Sevindik Hətəmov və Məmmədiyə Məmmədov çıxış edərək dövlət proqramının icrası istiqamətində görülən işlər, qarşıda duran vəzifələr və mövcud problemlərin həlli yolları barədə ətraflı məlumat veriblər. İclasda həmçinin müəssisələrdə aparılan işlərin nəticələri müzakirə olunub, qarşıdakı illərdə dövlət proqramının icrası üçün konkret tapşırıqlar verilib. 


Seyran CAVADOV,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hikmət Hacıyev: "2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib"

13:03
11 Sentyabr

Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

13:00
11 Sentyabr

Hikmət Hacıyev: Mədəni irsin bərpası, tikintisi və qorunması üçün əlavə səylər göstərməyə davam edilir

12:47
11 Sentyabr

Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işə başlayıb

12:45
11 Sentyabr

Kanada Ukraynaya HHM sistemi üçün raket almağa 350 milyon dollar ayıracaq

12:37
11 Sentyabr

Alimlər ürək sağlamlığı üçün gündə neçə addım yeriməyin lazım olduğunu müəyyən ediblər

12:33
11 Sentyabr

Hacıqabulda yeni aqrar dövlət proqramının icrası müzakirə olunub

12:30
11 Sentyabr

Diplomatik korpusun nümayəndələri Xankəndi Zəfər parkında

12:23
11 Sentyabr

Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub

12:17
11 Sentyabr

Hörmüz boğazında gəmi trafiki təkrəqəmli göstəriciyə enib

12:13
11 Sentyabr

Prezidentinin xüsusi nümayəndəsi: Xankəndidə 28 min insan yaşayır, işləyir və təhsil alır

12:10
11 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq müddəti 4 aya endirilib

12:07
11 Sentyabr

Diplomatik korpusun nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzinə gəliblər

12:03
11 Sentyabr

ADY-də sərnişin bumu: 8 ayda 7,3 milyon nəfər yollara çıxıb 

12:00
11 Sentyabr

Metronun “Koroğlu” stansiyasının qarşısında ekspres avtobuslar üçün “cib” tipli dayanacaq ayrılıb

11:50
11 Sentyabr

Mingəçevirin işıqlı məzunları

11:47
11 Sentyabr

“Böyük Qayıdış” çərçivəsində fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 52-yə çatdırılacaq

11:12
11 Sentyabr

Ağdərədə mina partlayıb, 1 nəfər xəsarət alıb

11:11
11 Sentyabr

Diplomatik korpusun nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksi ilə tanış olublar

11:09
11 Sentyabr

Muxtar Babayev: Dünyada iqlimlə bağlı proseslər yaxşı istiqamətdə getmir

11:07
11 Sentyabr

Azərbaycan ilə Kamboca ikiqat vergitutmanın aradan qaldırılması üzrə Saziş layihəsinin müddəalarını razılaşdırıb

11:06
11 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!