28 May 2024 08:40
505
SİYASƏT
A- A+
Hacıbəyli qardaşları cümhuriyyət dövründə

Hacıbəyli qardaşları cümhuriyyət dövründə

 

1918-ci ilin mart qırğınından sonra Azərbaycan milli demokratiyası istiqlaliyyət uğrunda açıq mübarizənin və öz milli hökumətini yaratmağın qurtuluş üçün yeganə yol olduğunu dərk etdi. Azərbaycan nümayəndəliyinin təkidilə Zaqafqaziya Seymi aprel ayının 9-da Zaqafqaziyanın suverenliyini elan etdi. 
Lakin daxili ziddiyyətlər nəticəsində Zaqafqaziya Demokratik Federativ Respublikası tezliklə dağıdıldı və 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın istiqlaliyyəti elan edildi. İstiqlal bəyannaməsində Azərbaycan Demokratik Respublikasında ali icraedici hakimiyyətin Müvəqqəti Hökumətə məxsus olduğu bildirildi. Müvəqqəti Hökumət isə Azərbaycan Milli Şurasına tabe edildi. Səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. 
Milli Şuranın 1918-ci il mayın 28-də Tiflisdə qəbul etdiyi "İstiqlal" bəyannaməsi ilə XIX əsrin əvvəllərində itirilmiş dövlətçiliyimiz Azərbaycan Xalq Cümhuriyyəti formasında bərpa olundu. 
Cümhuriyyət hökuməti öz qısa varlığı dövrundə mədəniyyətin inkişafına qayğı ilə yanaşdı, mədəni quruculuğa xüsusi diqqət yetirdi. Xalq Maarif Nazirliyi təsis edildi, məktəblər milliləşdirildi, təhsil ana dilində aparıldı, Bakı Universiteti, Milli muzey (İstiqlal muzeyi) və s. təsis edildi.
Bu illərdə bir sıra mütərəqqi ziyalılarımız Azərbaycan Demokratik Respublikasının ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etmişdilər. Onların arasında Üzeyir və Ceyhun Hacıbəyli qardaşları da var idi.
Üzeyir bəy 1919-cu ilin yanvarından 1920-ci ilin aprelinədək ADR-in 1918-ci ilin sentyabrından nəşr olunan rəsmi mətbu orqanı olan "Azərbaycan" qəzetinin redaktoru olmuşdu. M.Ə.Rəsulzadə ilə Ü.Hacıbəyli mehriban dostluq münasibətləri saxlamış, mətbuatda sıx yaradıcılıq əməkdaşlığı etmişlər. M.Ə.Rəsulzadə hələ 1907-ci ildə Ü.Hacıbəylinin tərtib etdiyi və maarifçilik sahəsində böyük rol oynamış "Siyasi, hüquq, hərbi və bir çox başqa terminlərin rusca-tatarca və tatarca-rusca lüğətləri" kitabının redaktoru olmuş, 1908-ci ildə isə Üzeyir bəyin "Hesab məsələləri" kitabı haqqında "İrşad" qəzetində məqalə yazmışdı. Üzeyir bəy qəzetə rəhbərlik edərək onun ideya istiqamətini müəyyənləşdirmiş, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə kömək etmişdir. Qəzetdə Üzeyir bəyin "Partiyalarımıza", "Tarixi günümüz", "Andronikin məsələsi", "Vəzifəmiz nədir?", "Lənkəran faciəsi", "Kim nəyin fikrində imiş", "Qarabağ", "İçimizdəki denikinlər", "Ermənistan və Azərbaycan münasibəti", "Təəssürat" və s. kimi yazılar dərc edilmişdi. Üzeyir bəyin yazıları "Azərbaycan" qəzetində ya hər gün, ya da ki, günaşırı çap olunmuşdu. Bəzən isə hətta bir nömrədə iki yazısı da müxtəlif imzalarla çıxmışdı. Məqalələrlə tanışlıqdan görmək olar ki, həmin yazılar bugünkü günümüzlə də həm-ahəng səsləşir. Bu isə Üzeyir bəyin uzaqgörən bir siyasətçi, publisist olduğundan xəbər verir. 
Azərbaycanın istiqlaliyyətini böyük ruh yüksəkliyi ilə qarşılayan bəstəkar, müstəqilliyin birinci ildönümü münasibətilə "Azərbaycan" qəzetinin 28 may 1919-cu il 190 saylı nömrəsində "Bir yaş" məqaləsində bildirirdi: "Bu əziz bayram günü sidq dil ilə "Yaşasın müstəqil Azərbaycan" - deyənlər əmin olmalı, onu müstəqil yaşatmağa qadir olarlar". 
Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli fərmanı ilə Azərbaycan (türk) dili dövlət dili elan olunmuşdu, üzərində ağ aypara və ağ səkkizguşəli ulduz əks edilmiş qırmızı parçadan hazırlanan Azərbaycanın dövlət bayrağı elan edilmişdi. Noyabrın 9-da həmin bayraq göy, qırmızı, yaşıl rəngdən ibarət, üzərində ağ aypara və ağ səkkizguşəli ulduz əksi olan üçrəngli bayraqla əvəz olunmuşdu.
ADR-in dövlət bayrağı qəbul olunarkən, Üzeyir bəy "Azərbaycan" qəzetinin 2 may 1919-cu il, 175-ci sayında "Bayrağımız sarsılmaz" məqaləsində yazırdı: "...Bayrağımız haqq bayrağıdır. O, bir millətin bəşəri hüquqlarının parçasıdır. Bir millətin ki, onun insan kimi yaşamağa haqqı vardır. Bir millətin ki, daha əsir olmaq istəmir..." 
Müstəqillik dövründə Üzeyir bəy həm publisistika, həm də musiqi sahəsində var qüvvəsi ilə çalışmışdı. Belə ki, o, 1919-cu ildə Əhməd Cavadın sözlərinə "Azərbaycan" adlı marş bəstələmişdi. O zamanlar bu marş hər səhər hərbi məktəblərdə dərs başlanmazdan əvvəl oxunardı. Bu marş ADR-in (1918-1920) rəsmi dövlət himni olmuşdur. 1919-cu ildə isə o, Azərbaycan adlı xoreoqrafiq bir əsər də yaratmışdı. Quruluşca məhz səhnə üçün nəzərdə tutulmuş bu əsəri professional milli baletimizin ilk nümunəsi kimi qəbul etmək olar. "Azərbaycan" qəzetinin 1919-cu il 27 fevral tarixli 124-cü sayında göstərilirdi: "...Üzeyir Hacıbəyov tərəfindən "Azərbaycan" adlı bir balet rəqsi yazılmışdır ki, bu balet səhnə üçün hazırlanmaqdadır..."
ADR hökuməti tərəfindən 1919-cu ilin yanvarında Paris Sülh Konfransında iştirak etmək üçün nümayəndə heyətinin tərkibində xaricə yola düşənədək Ceyhun bəy "Azərbaycan" qəzetinin redaktoru olmuşdur. Ceyhun bəy xatirələrində bu səfərin nəticələrini belə şərh edirdi: "...Əvvəllər idarə etdiyim milli "Azərbaycan" qəzetimizi istəkli qardaşım Üzeyirə həvalə edərək, yeni bir vəzifə ilə Avropaya gəldik. Yeni təşkil etdiyimiz Azərbaycan Dövlətinin başqa mədəni millətlər və sülh konqresinə toplanmış dövlətlərin ali məclisi tərəfindən rəsmən tanınmasına nail olduq..." 
"Azərbaycan" 1918-ci ildə kiçik formatda gündəlik 4 səhifədən ibarət çıxırdısa, 1919-cu ildən qəzetin formatı iki dəfə böyüdü və bayramla əlaqədar günlərdə isə altı səhifə buraxılırdı.
 Sülh konfransının səmərəsi barədə Üzeyir bəy "Azərbaycan" qəzetinin 1918-ci il sayındakı "İstiqlal və istiqbal ümidi" adlı məqaləsində yazırdı: "...Sülh konfransı cahan müharibəsinin intac etdiyi əzim bir məclis olacaqdır ki, böyük-böyük inqilabların hasil və məhsulunu üzə çıxaracaqdır... Biz Azərbaycanı və Azərbaycan türklərini Yevropaya və müttəfiq dövlətlərə tanıtmalıyıq, özümüzə məxsus tarixə, gözəl və xüsusi bir ədəbiyyata malik olduğumuzu, musiqimizin ümumqafqaz millətlərinə zövq və ləzzəti-ruhani verən bir musiqi olduğunu bildirməliyik..."
Azərbaycan nümayəndə heyətinin konfrans ərəfəsində Fransanın paytaxtında çap etdirdiyi kitablar, bülletenlər və digər materiallar o dövrdə böyük əhəmiyyətə malik idi. Fransız və ingilis dillərində çap olunmuş "Qafqaz Azərbaycan Respublikası", "Qafqaz Azərbaycan Respublikasının sülh konfransına memorandumu" da çox maraqlıdır. Burada həmçinin Azərbaycan nümayəndəliyinin aylıq bülleteni də çap olunurdu.
Ceyhun bəyin Azərbaycan həyatının müxtəlif sahələrinə dair ayrı-ayrı mətbu orqanlarında dərc olunmuş yüzlərlə yazısı xalqın maarifləndirmə tərəqqisinə yardım etmişdir. Azərbaycan mətbuat tarixinə dair ilk mükəmməl sistemli, əhatəli tədqiqat işi də məhz Ceyhun Hacıbəyliyə məxsusdur. 
Bundan başqa, konfrans dövrundə Ceyhun bəy Parisdə nəşr olunmuş "Rövyü dü Monde müzülman" jurnalında "Birinci müsəlman respublikası - Azərbaycan" adlı məqalələr toplumunu dərc etdirmişdi. Sonra isə o, bu məqalələri kitab halında çap etdirmişdi. Avropa oxucularını mədəniyyətimizlə tanış edən Ceyhun bəy, Üzeyir bəyin "Arşın mal alan" operettasını fransız dilinə tərcümə etmiş və səhnəyə qoymuşdu. 
O, tez-tez qəzet səhifələrində çıxış edərək, rus və ermənilərin Azərbaycandakı qeyri-normal hərəkətlərindən də yazmışdı. Bunlardan başqa, mühacirət illərində Ceyhun bəy digər qəzet və jurnallarla, radio ilə də əməkdaşlıq etmiş, Azərbaycanla bağlı çoxsaylı məqalələr yazmış, tədqiqatlar aparmışdır. O, bir çox fransız qəzetləri ilə əməkdaşlıq etmiş, orada fransız dilində çıxan "Qafqaz", Münxendə Azərbaycan dilində nəşr olunan "Azərbaycan" jurnalına redaktorluq etmiş, Azadlıq radiosunun yaradıcılarından olmuşdur.
Ceyhun Hacıbəyli 1920-ci il 28 aprel bolşevik çevrilişindən sonra vətənə qayıda bilməmiş, Fransada yaşayaraq 1962-ci il oktyabrın 22-də 71 yaşında Parisdə vəfat etmiş və orada da dəfn olunmuşdur.
1920-ci il aprelin 27-də ADR-in süquta uğraması Azərbaycanın siyasi və mədəni həyatına çox böyük zərbə vurmuşdur. Belə ki, cümhuriyyət dövründə əldə etdiyimiz bir çox uğurlar ləğv olunmuşdur. O cümlədən Üzeyir və Ceyhun Hacıbəyli qardaşları tərəfindən hələ 1914-cü ildə "Nicat" cəmiyyəti nəzdində yaradılan müstəqil opera-operetta artistləri truppası da 1920-ci il aprelin 28-də (ADR süqut edən gün) çağrılan iclas zamanı "mövqeyi etibarını itirdiyi" üçün ləğv edilmişdir.
ADR-in fəaliyyət dövrü 2 ilə yaxın bir zamanı əhatə etsə də, üstündən 71 il keçəndən sonra Azərbaycan dövləti mayın 28-ni Müstəqillik günü elan etdi. Beləliklə, xalqımız ikinci dəfə öz siyasi, etnoqrafik sərhədləri daxilində azad və müstəqil yaşamaq hüququ əldə etdi...            

Təranə HƏSƏNOVA,
Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!