15 May 2014 05:05
412
İQTİSADİYYAT
A- A+
Gürcüstanın regional inkişaf və infrastruktur naziri “Akkord”un icra etdiyi layihələrlə tanış olmuşdur

Gürcüstanın regional inkişaf və infrastruktur naziri “Akkord”un icra etdiyi layihələrlə tanış olmuşdur

Gürcüstanın regional inkişaf və infrastruktur naziri Elquja Xokrişvili “Akkord Georgia” şirkətinin bu ölkədə icra etdiyi müxtəlif layihələr üzrə işlərin gedişi ilə tanış olmuşdur.

“Akkord” korporasiyasının mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Gürcüstanda həyata keçirilən vacib infrastruktur layihələrdən biri olan Kutaisi dairəvi yolunun tikinti sahəsində Naxşirgele yaşayış məntəqəsi ilə Kopitanari məntəqəsini birləşdirən 800 metrlik körpünün inşaat işləri ilə tanış olan nazir işlərin gedişindən razı qaldığını bildirmişdir.
Layihənin əhəmiyyətindən söz açan nazir bu körpünün tikintisinin bu ilin iyul –avqust aylarında tamamlanacağı qənaətində olduğunu söyləmişdir.
Uzunluğu 17,3 kilometr olan “Kutaisi” dairəvi yolu layihəsi “Akkord”un hazırda Gürcüstanda icra etdiyi ən iri infrastruktur layihəsidir.
Tikintisinə 2012-ci ilin fevral ayında başlanılmış “Kutaisi” dairəvi yolu beton örtüklü olmaqla qonşu ölkələrlə tranzit yükdaşımalarda istifadə olunan iritonnajlı avtomobillərin Kutaisi şəhərinə daxil olmadan sərbəst hərəkətinin təmin edilməsi məqsədilə inşa edilir.
Layihənin sifarişçisi Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yol Departamentidir.
Layihənin başlanğıcından Türkiyə Respublikasına gediş istiqaməti üzrə 11,5 metr eni olan yol üzərində 6 körpü və 4 yol keçidinin inşası nəzərdə tutulmuşdur.
“Kutaisi” dairəvi yolu layihəsinin icrası üçün “Akkord Georgia” tərəfindən ərazidə 4 karxana yeri müəyyənləşdirilmiş, 2 daşdoğrayan qurğu, 3 beton zavodu, 1 asfalt zavodu quraşdırılmış, 1 dəmir-beton konstruksiyalar zavodu qurulmuşdur. Bununla yanaşı, tikinti ərazisində qırmadaş, qum, beton və asfalt məhsullarının analizi üçün müasir təchizatlı laboratoriya yaradılmışdır.
Elquja Xokrişvili “Akkord Georgia” şirkətinin həyata keçirdiyi digər layihələr – “Samtredia”, “Zestafoni”, “Sveneti-Ruisi” yol tikinti layihələri, Marneulidəki soyuducu kameraların inşası layihəsi və su təchizatı sistemlərinin inşası ilə bağlı olan Tbilisi layihələrində də işlərin gedişi ilə tanış olmuşdur.
“Samtredia” layihəsi üzrə “Akkord Georgia” 22 kilometrlik beton yolun 5 kilometrlik hissəsində yolun beton örtük işlərini tamamlamış, qalan 17 kilometrlik hissədə müvafiq işlərin görülməsi üçün hazırlıq işləri aparılır. “Samtredia” və “Zestafoni” layihələri üzrə “Akkord”un regional dəmir-beton konstruksiyalar zavodunda 654 ədəd 33 metrlik körpü tirlərinin istehsalı, 20 min metr svay qazıntısı işləri də nəzərdə tutulmuşdur.
“Sveneti-Ruisi” layihəsi üzrə görülən işlər tamamlandığı üçün bu layihə artıq təhvil verilmə mərhələsindədir. Marneuli layihəsi üzrə işlərin isə təxminən 60-65 faizi tamamlanmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!