13 İyun 2025 14:30
965
Elm və texnika
A- A+
Günay Əfəndiyeva: Hər bir sahədə olduğu kimi, təhsil sahəsində də ortaq dil, ortaq dəyərlər və ortaq gələcək vizyonu ilə hərəkət etməliyik

Günay Əfəndiyeva: Hər bir sahədə olduğu kimi, təhsil sahəsində də ortaq dil, ortaq dəyərlər və ortaq gələcək vizyonu ilə hərəkət etməliyik

İyunun 12-də Qazaxıstanın Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini, TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyası sədrinin müavini Günay Əfəndiyeva komissiyanın “TÜRKPA üzv dövlətlərində təhsil sahəsində yaxınlaşma prosesləri: problemlər və inkişaf perspektivləri” mövzusundakı hesabat məruzəsi üzrə çıxış edib.

Günay Əfəndiyeva komissiyanın hesabatının TÜRKPA-ya üzv ölkələrin parlamentləri tərəfindən təqdim olunmuş məlumatlara, həmçinin dövlət və beynəlxalq səviyyədə açıq rəsmi mənbələrə istinadən hazırlandığını bildirərək deyib: “Hesabata əsasən, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında bir çox ikitərəfli təhsil sazişlərinin imzalanması, diplomların qarşılıqlı tanınması və ortaq universitetlərin yaradılması bu sahədə atılan mühüm addımlardır. Bu kimi təşəbbüslər həm də ümumtürk inteqrasiyasının sürətləndirilməsinə və nəsillərimizin ümumi dəyərlər əsasında yetişdirilməsinə də xidmət edir.

Mövcud təhsil əməkdaşlığı çərçivəsində Elm və Təhsil nazirlikləri arasında imzalanan müqavilələr əsasında kurikulumların uyğunlaşdırılması, dərsliklərin tərcüməsi, müəllim və tələbə mübadiləsi, eləcə də ixtisasartırma təlimlərinin təşkili istiqamətində işlər davam etdirilir. Bu tədbirlər praktiki əməkdaşlığı genişləndirməklə yanaşı, təhsil sistemlərimizin bir-birinə yaxınlaşdırılmasına da zəmin yaradır. Digər tərəfdən isə ölkələrimizdə ibtidai və orta təhsilin əhatə dairəsi 95-100 faiz səviyyəsindədir. Bu göstərici dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə ola bilər”.

Komitə sədrinin müavini əldə edilmiş nailiyyətlərlə yanaşı, üzv ölkələrdə mövcud olan problemlərdən də bəhs edib: “Kəndlərdə və ucqar bölgələrdə təhsilə çıxış imkanlarının azlığı, infrastrukturun yetərsizliyi, rəqəmsal avadanlıqla təminatın aşağı səviyyədə olması və ali təhsilə əlçatanlıqda müşahidə edilən fərqliliklər geniş türk coğrafiyasında insan kapitalının bərabər inkişafına maneə yaradır.

Təhsil resurslarının və müasir tədris texnologiyalarının tətbiqinin bölgələr arasında tarazlı şəkildə paylanması, gənclərimizin əmək bazarına bərabər imkanlarla daxil olmaları üçün də vacib əhəmiyyət daşımaqdadır.

Düşünürəm ki, bu çatışmazlıqların və maneələrin aradan qaldırılması təhsil sisteminin daha səmərəli və ədalətli işləməsi üçün prioritet məsələyə çevrilməli, bütün bölgələrin eyni şərtlərlə təmin olunması üçün ciddi tədbirlər görülməlidir. Bu, təhsil sistemlərinin yaxınlaşdırılmasına dair yeni strategiyanın əsas istiqamətlərindən birini təşkil edə bilər”.

Günay Əfəndiyeva sonda bir daha vurğulayıb ki, hər bir sahədə olduğu kimi, təhsil sahəsində də ortaq dil, ortaq dəyərlər və ortaq gələcək vizyonu ilə hərəkət etməliyik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya səyyahları Cəbrayılda mina zərərsizləşdirilməsi prosesini izləyiblər YENİLƏNİB

13:25
12 İyul

Sabah havanın temperaturu 41 dərəcəyədək artacaq

12:51
12 İyul

Hindistanda körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

11:48
12 İyul

Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətinə PUA və raket hücumu edib  

11:12
12 İyul

Paytaxt küçələri yenidən yuyulub

11:11
12 İyul

DİN: ⁠Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:32
12 İyul

İsmayıllıda zəlzələ olub

10:05
12 İyul

Avropada anomal istilər onlarla insanın həyatına son qoyub

10:04
12 İyul

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

10:03
12 İyul

Günəşdən necə yararlanmalı

08:50
12 İyul

NATO Ukrayna üçün ABŞ-dən silah alacaq

08:45
12 İyul

Özünə və sözünə sadiq

08:40
12 İyul

Azərbaycan və Çin logistik əlaqələri inkişaf etdirmək üçün BTQ-nin imkanlarını genişləndirirlər

08:35
12 İyul

Əcnəbi səyahətçilərin Qarabağ səfəri

08:30
12 İyul

Azərbaycan xalqının qəlbində daim yaşayacaq qəhrəman

08:25
12 İyul

Zəfərin qığılcımı

08:20
12 İyul

Əbu-Dabi görüşü davamlı sülhün əldə olunmasına təkan verdi

08:15
12 İyul

Konseptual müzakirələrdən praktik mərhələyə keçid baş verir

08:10
12 İyul

İkitərəfli görüşlər daha nəticəyönümlüdür

08:05
12 İyul

Azərbaycanın liderliyi ilə formalaşan sülh gündəliyi

08:00
12 İyul

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
12 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!