12 Dekabr 2025 08:15
167
SİYASƏT
A- A+
Güclü dövlətçiliyin və yüksəlişin əsaslarını yaradan lider

Güclü dövlətçiliyin və yüksəlişin əsaslarını yaradan lider


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin cismani yoxluğundan 22 il ötür. Yaşadıqları zaman və məkandan asılı olmayaraq, Heydər Əliyev kimi böyük şəxsiyyətləri bir-birinə bənzədən çox cəhətlər var. Onlardan biri bu şəxsiyyətlərin əzəmətinin vaxtın uzaqlığından daha aydın görünməsidir. Zaman keçdikcə Ulu Öndərin böyüklüyünü də öz əzəmətli miqyası ilə dəqiq təsəvvür etməyə başlayırsan. 

İndiyə qədər Ümummilli Liderin həyat və fəaliyyəti haqqında çox kitablar, məqalələr yazılıb, bu tarixi şəxsiyyətin ömür yolunun ayrı-ayrı məqamları, Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri elmi araşdırmalara cəlb olunub. Bu materialların çoxunda Heydər Əliyevin fəaliyyəti əsasən klassik dövlət xadimi kimi qiymətləndirilir. Amma aradan zaman keçdikcə tam əmin olursan ki, Heydər Əliyev şəxsiyyəti dövlət xadimi obrazının çox-çox fövqündə, ondan ucalarda qərar tutan tarixi fenomendir. Ümummilli Lider dövlət xadimindən daha çox həm sovet dönəmində, həm də müstəqillikdən sonra Azərbaycanı böyük strateji dəyişikliklərə aparan, ölkəni mühüm hədəflərinə çatdıran dəyişiklik lideri kimi çıxış etmişdir.


Unikal model


XX əsrin ikinci yarısı bir çox ölkədə olduğu kimi, Azərbaycanda da dərin siyasi, sosial və iqtisadi transformasiyalar dövrü idi. Xalqların və dövlətlərin gələcək taleyi, inkişaf yolu bu keçidin mərkəzində proseslərə yön verən əsas simalardan çox asılı görünürdü. Dəyişikliklərə liderlik etmək təkcə islahatlar haqqında danışmaq deyil, həm də tənəzzül, yaxud xaos dövrlərində gələcəklə bağlı aydın viziyon yaratmaq, insanları belə bir gələcəyə inandıraraq səfərbər etmək, sistemi yenidən qurmaq, institusional sabitlik formalaşdırmaq və uzunmüddətli inkişaf yolunu müəyyənləşdirmək deməkdir. Bu kontekstdə Ümummilli Lider Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərliyi dövründən dəyişiklik liderliyinin unikal modelini formalaşdırmışdır.

1969-cu ildə Ulu Öndər Azərbaycana rəhbər təyin olunarkən ölkəmiz sovet məkanında iqtisadi cəhətdən geri qalmış aqrar respublikalardan idi. Heydər Əliyev belə bir zamanda Azərbaycana təkcə idarəçi rəhbərliyi deyil, modernləşdirici lider rolunu öz üzərinə götürdü. Qısa zaman ərzində ölkənin sənaye strukturlarını yenilədi, kənd təsərrüfatını modernləşdirdi, respublikada milli kadrlara əlverişli mühit yaratdı, ölkə üçün lazımi peşəkarlıq səviyyəsinə malik kadrları yetişdirmək, cəmiyyətdə yeni mütərəqqi dəyərlər formalaşdırmaq üçün təhsili və mədəniyyəti inkişaf etdirdi, bu iki mühüm faktoru Azərbaycan insanının gündəlik həyatının mərkəzinə gətirdi. Paytaxtın və regionların urbanizasiya siyasətini gücləndirdi. Bütün bu addımlar sayəsində qısa müddət ərzində Azərbaycan tənəzzül dövrü keçirən aqrar respublikadan inkişaf edən sənaye respublikasına çevrildi. 

Ümummilli Lider insanlarda vətəndaşlıq məsuliyyətini gücləndirdi, cəmiyyətdə milli şüurun oyanışına, milli özünüdərk hissinin güclənməsinə təkan verdi. Sovet ideoloji sistemində milli kimliyin dərin şəkildə ifadəsi məhdud idi. Lakin Heydər Əliyev həm dövlətçilik ənənələrinin, həm mədəni irsin qorunaraq inkişaf etdirilməsi üçün o dövrün imkanları çərçivəsində böyük cəsarətlə maksimum addımlar atırdı. Bu addımlar onun dəyişiklik lideri kimi yalnız iqtisadi və siyasi deyil, həm də milli-mənəvi transformasiyanı hədəflədiyini, Azərbaycanı addım-addım irəliyə apardığını göstərirdi. Bu böyük dövlət adamının mükəmməl idarəçilik üslubu, müdrikliyi, gələcəyə strateji baxışı, ölkənin, xalqın taleyi qarşısındakı məsuliyyət hissi, malik olduğu dəyərlər hər kəs üçün böyük bir örnəyə çevrilmişdi.  Heydər Əliyev XX əsrdə SSRİ boyda nəhəng dövlətin rəhbərlərindən biri kimi Azərbaycan xalqının yetirdiyi ən böyük lider idi. 


Tarixi missiya


Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində, müstəqilliyimizin ilk illərində tale Ulu Öndərin üzərinə daha bir tarixi missiya qoydu. Azərbaycanın ağır müharibə, daxili siyasi qarşıdurmalar, iqtisadi tənəzzül, xarici güclərin təhlükəli oyunları, separatizm meyilləri səbəbindən vətəndaş müharibəsinin bir addımlığına gəldiyi, parçalanaraq dünyanın siyasi xəritəsindən silinmək təhdidi ilə üz-üzə qaldığı ağır günlərdə bu böyük şəxsiyyət xalqın çağırışına səs verərək ali hakimiyyətə qayıtdı. Azərbaycanın gələcəyinə görə məsuliyyəti üzərinə götürdü, xaosdan dövlətçiliyə aparan dəyişiklik lideri missiyasını özünəməxsus mükəmməlliklə yerinə yetirdi. Azərbaycanda idarəçilik sisteminin, demək olar ki, dağıldığı bir vaxtda siyasi sabitliyin bərpasına nail oldu, dövlət hakimiyyətini vahid mərkəzdə cəmləşdirə bildi. Daxili qarşıdurmaları aradan qaldırdı, institusional iflasın qarşısının aldı, dövləti və vətəndaşları təhdid altında saxlayan silahlı qruplaşmaları aradan qaldırdı. Dövlətçiliyin hüquqi əsaslarını bərpa etdi, Azərbaycanın demokratik inkişafı üçün qısa zamanda sivil institutlar formalaşdırdı. 

Dəyişiklik liderliyinin əsas prinsiplərindən biri böhran dövründə qətiyyət və strateji qərarvermə qabiliyyətidir. Ümummilli Liderin bu prosesdə nümayiş etdirdiyi siyasi təcrübə, güclü idarəçilik fəhmi, qətiyyət, keçdiyi ustad dərsləri o illəri xatırladıqca adamı bir daha heyran edir. 

Ümummilli Lider 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmaqla Azərbaycan iqtisadiyyatına böyük kapital axınına yol açdı. Başlanğıcda neft gəlirlərinə əsaslanan, lakin eyni zamanda qeyri-neft sektorunun da inkişafını dəstəkləyən milli inkişaf modelini formalaşdırdı. Xarici investorlar üçün sabitlik və hüquqi təminat mühiti yaratdı. Dövlət əmlakının özəlləşdirilməsi proqramını, torpaq islahatlarını uğurla həyata keçirdi. Ölkəmizdə bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Bu istiqamətdə ardıcıl addımlar atılması, qətiyyətli qərarlar verilməsi Azərbaycanın iqtisadi transformasiyasının təməlini qoydu və gələcək inkişaf üçün dayanıqlı baza yaratdı.

Ulu Öndər 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbuluna nail olmaqla Azərbaycanın müasir dövlət quruculuğunda yeni mərhələ açdı. Bununla hakimiyyət bölgüsünü aydın müəyyənləşdirdi, siyasi institutların fəaliyyət prinsiplərini formalaşdırdı, müstəqilliyin hüquqi təminatını yaratdı.

Heydər Əliyevin liderliyinin ən mühüm tərəflərindən biri də Azərbaycanın geosiyasi mövqeyini balanslaşdırması idi. Ulu Öndər özünəməxsus strateq məharəti, apardığı məqsədyönlü siyasəti, irəli sürdüyü tarixi təşəbbüsləri ilə Azərbaycanı geoiqtisadi inkişaf mərkəzinə, regional təhlükəsizlik infrastrukturunun son dərəcə əhəmiyyətli aktoruna çevirdi. 


Möhkəm təməllər üzərində tarixin ən qüdrətli Azərbaycanı 


Ulu Öndərin liderlik modeli üç strateji təmələ əsaslanır. Bunlardan birincisi sabitlik - inkişafın fundamentidir. Ulu Öndər hesab edirdi ki, dövlətçiliyi gücləndirmədən iqtisadi və sosial islahatlar mümkün deyil. Digəri uzunmüddətli viziyondur. Heydər Əliyevin zamanında verdiyi qərarları təhlil etdikcə bir daha əmin olursan ki, onların heç birində qısamüddətli populizm elementləri yoxdur, həmin qərarların hər biri gələcək 20-30 ilin inkişaf məntiqini ehtiva edir. Daha bir fundamental təməl isə kadr siyasəti və idarəçilik mədəniyyətidir. Ümummilli Lider hər zaman sistem daxilində peşəkarlıq prinsipini önə çəkir, dövlət qulluqçularının məsuliyyətinin artırılmasını və idarəetmədə şəffaf standartların yüksəldilməsini təlqin edirdi. 

Ümummilli Liderin yaratdığı siyasi və institusional model, müəyyən etdiyi strateji inkişaf kursu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən böyük uğurlarına yetişmiş qüdrətli Azərbaycanın nailiyyətlərində öz ifadəsini tapır. Ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunması, Azərbaycanın əsrlərin problemini yoluna qoyaraq regionun lider dövləti kimi Cənubi Qafqazın gələcəyini qurması bu nailiyyətlərin ən möhtəşəmidir. 


Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün 50 cinayətin açılması təmin edilib  

11:21
12 Dekabr

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

11:20
12 Dekabr

Azərbaycanla Böyük Britaniya arasında süni intellekt və kibertəhlükəsizliyə dair fikir mübadiləsi aparılıb  

11:19
12 Dekabr

Ulu Öndərin arzuladığı Azərbaycan  

11:11
12 Dekabr

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər YENİLƏNƏCƏK  

10:40
12 Dekabr

Faktiki hava açıqlanıb

10:38
12 Dekabr

Azərbaycanın taleyini dəyişən lider: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi  

10:35
12 Dekabr

Heydər Əliyev fenomeni: dövlətçilik məfkurəsinin tarixi missiyası və müasir davamlılıq siyasəti

10:31
12 Dekabr

Ulu Öndər - Müasir və müstəqil Azərbaycanın memarı VİDEO 

10:18
12 Dekabr

David Sumbadze: Yardımla bağlı məhdudiyyətlərin aradan qaldırılması bütün regionda əməkdaşlığın artmasına təkan verəcək

10:01
12 Dekabr

Gürcüstanla Azərbaycan arasında din sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib  

09:25
12 Dekabr

Əriyən buzlaqlar - dağların "göz yaşı"

09:25
12 Dekabr

Qreq Laflin: Mən Heydər Əliyevi Orta Asiyanın Corc Vaşinqtonu adlandırıram  

09:23
12 Dekabr

COVID-19 vaksinlərinin yeni müsbət təsirləri aşkarlanıb

09:20
12 Dekabr

Dünya azərbaycanlılarının əbədi lideri

09:15
12 Dekabr

Heydər Əliyev və azərbaycançılıq ideologiyası

09:10
12 Dekabr

Azərbaycanı dünyaya tanıdan böyük şəxsiyyət

09:05
12 Dekabr

Nadir şəxsiyyət, qüdrətli siyasi xadim

09:00
12 Dekabr

Müasir Azərbaycan dövlətçiliyinin banisi

08:55
12 Dekabr

Ulu Öndər amallarından qüdrətli Azərbaycana

08:50
12 Dekabr

Dövlətçilik məfkurəsinin memarı

08:45
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!