10 Mart 2023 01:06
662
SİYASƏT
A- A+
Güc də lazımdır, danışıqlar da...

Güc də lazımdır, danışıqlar da...

 

Erməni millətçilərinin tarix boyu xalqımızın başına gətirdikləri bəlalar, törətdikləri faciələr, soyqırımları hər bir soydaşımıza yaxşı məlumdur və xalqımız bu ağrı-acıları hələ uzun illər yaşayacaqdır. Ancaq bu bəlaların törədilməsində bütöv bir xalqı günahkar, qatil hesab etmək düzgün deyil. Ermənilər içərisində də xalqının, övladlarının gələcəyini, xoşbəxtliyini düşünən, millətçilikdən, düşmənçilikdən uzaq, haqqa-ədalətə önəm verən, müharibələrə, qarşıdurmalara nifrət edən insanların olması şübhəsizdir.
Ermənistanın hakim dairələrinin, keçmiş rəhbərlərinin əməlləri nə qədər nifrət doğursa da, nə qədər dəhşətli olsa da, biz ermənilərlə qonşu dövlət olduğumuzu, ölkəmizdə erməni əsilli Azərbaycan vətəndaşı olan insanların yaşadıqlarını nəzərə almalıyıq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Praqa sammitindən sonra Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsində əvvəllər olduğu kimi yenə də bu məsələyə aydınlıq gətirərək bildirmişdir ki, "Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu bizim daxili işimizdir".
Azərbaycan dövləti ölkə ərazisində yaşayan hər bir vətəndaşının hüquqlarını qorumağa, təhlükəsizliyini təmin etməyə, ona normal həyat şəraiti yaratmağa borcludur və buna qadirdir. Ölkəmizdə yaşayan bir çox azsaylı xalqlar kimi ermənilər də tarixən bu imtiyazlardan istifadə etmişlər. Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına əməl etməklə sərbəst yaşamaq haqqını özlərində saxlayırlar.
Azərbaycan həmişə Qarabağda yaşayan ermənilərin ölkəmizin bərabərhüquqlu sakinləri olduqlarını, onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, problemlərin aradan qaldırılmasına, arzu və istəklərinin həssaslıqla yerinə yetirdiyini bəyan etməklə bundan sonra da bu prinsiplərin həyata keçiriləcəyini dəfələrlə bildirmişdir.    
Qarabağda doğulub boya-başa çatan hər bir erməni bu gün Azərbaycana münasibətdə öz fikrini söyləməkdə azaddır və sözsüz ki, müəyyən problemləri də onlarla müzakirə etmək, etimad mühiti yaratmaq çox faydalıdır.
Cənab İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bu əlaqələrə əhəmiyyət verərək qeyd etmişdir ki, "Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq".
Bu ən doğru yoldur. Çünki ən ağır, uzunmüddətli müharibələrin, qarşıdurmaların, münaqişələrin açarı, həll yolu danışıqlardır, masa arxasında oturub orta məxrəc tapmaq, sülhə gəlməkdir. Hərçənd ki, Ermənistan rəhbərləri bundan qaçır, imzaladıqları bəyanatların, sənədlərin tələblərini pozur, xarici havadarlarının yağlı dilinə, şirin vədlərinə aldanıb sülh sazişini imzalamağı yubadırlar və saxta, yalan bəyanatlarla beynəlxalq aləmi çaşdırmaqla davam edirlər. Ancaq bunun sonu yoxdur. Ermənistan sülh müqaviləsini imzalamağa məcburdur.
Qarabağ erməniləri bunu bilməli və onlar kölə vəziyyətindən çıxış yolu tapmalıdırlar. Sadə ermənilər onları zülm və işgəncələr altında saxlayan separatçılardan, silahlı qruplaşmalardan xilas olmalıdırlar, özlərinin gələcək taleyi haqqında ciddi düşünməlidilər.
Bu yol Azərbaycan qanunlarına riayət etməkdən, silahı yerə qoymaqdan, təmaslara önəm verməkdən keçir.
Milli Məclisin deputatı Ramin Məmmədovun Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində Qarabağın erməni sakinləri ilə görüşü də göstərir ki, artıq ermənilər reallıqları anlamaqdadırlar. Bu görüş çox əhəmiyyətlidir və davam etdirilməsi, mütəmadi xarakter alması çox vacibdir. Bu təmaslar yaradılmadan, etimad mühiti bərpa edilmədən, həqiqətlər, reallıqlar geniş izah edilmədən, qarşılıqlı inam aşılanmadan ciddi problemləri aradan qaldırmaq mümkün deyildir.
Əlbəttə ki, münasibətləri daha da gərginləşdirən, problemləri yaradan, təxribatçılıq əməllərindən əl çəkməyən, təcavüzkarlıq yolunu davam etdirən Ermənistan rəhbərləridir, onların Qarabağdakı əlaltılarıdır. Sülhə, danışıqlara imkan yarandığı hər anda onlar yeni təxribatlara əl atır, qətllər törədir, danışıqlardan yayınırlar. Ermənistanın baş naziri Nikol Paşinyanın biz sülh danışıqlarına hazırıq mesajını verdiyi bir vaxtda - martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində gizli şəkildə Xankəndi-Turşsu-Xəlfəli yolundan Qarabağ bölgəsinə silah-sursat və canlı qüvvə daşıyan erməni zabitləri tərəfindən iki hərbi qulluqçumuz şəhid olmuşdur. Onların qisası alınmış, erməni zabitlər də məhv edilmişlər.
Bu fakt bir daha onu göstərir ki, Ermənistan "sülh, sülh" desə də, ancaq yenə də silahlanmaq, müharibəyə başlamaq niyyətindədir. Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən gizli yolla silah-sursat daşınması, ərazilərimizə minaların basdırılması, Qarabağa xarici terrorçuların, təlimatçıların gətirilməsi bunu deməyə əsas verir.
Qarabağ ərazisində separatçıların silahlı birləşmələrinin, kazarmalarının, müdafiə nöqtələrinin və sistemlərinin, silah-sursat anbarlarının, dayaq məntəqələrinin mövcud olması yeni müharibəni reallaşdırır və bunun qarşısı qətiyyətlə alınmalıdır.
İlk növbədə Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaradılmalı, Laçın yolu tam nəzarətə götürülməlidir. Qanunsuz erməni silahlı birləşmələri Qarabağı tərk etməsələr, antiterror əməliyyatı həyata keçirilməli və silahlılar zərərsizləşdirilməlidir.
Qarabağın erməni icması ilə də danışıqlar davam etdirilməli, onlara düşdükləri vəziyyət və çıxış yolları izah olunmalıdır. Belə həssas məqamda bütün siyasi gedişlər düzgün hesablanmalıdır. Bizə güc də lazımdır, danışıqlar da... Hər birinin öz yeri var.

Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!