10 Dekabr 2021 00:19
2636
Mədəniyyət
A- A+
Görkəmli iqtisadçı alim və xeyirxah insan

Görkəmli iqtisadçı alim və xeyirxah insan

 

Böyük təbib və filosof Əbu Əli İbn Sina demişdir: “Çox istərdim ki, biləm mən kiməm və bu dünyada nə axtarıram?” Bu sualı bütün zəka sahibləri həmişə özlərinə verirlər. Cavab isə şəxsiyyətlərin daxili aləmlərində, mənəviyyatında, yaradıcılığında öz təcəssümünü tapır. AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev belə zəka sahiblərindən idi. 95 illik yubileyi ərəfəsində aramızda olmadığı bir zamanda onun haqqında yazmaq, sözsüz ki, çətindir. Bu, onun cismani yoxluğu ilə əlaqədar olsa da, yaratdıqları, iqtisad elmi sahəsində zəngin fikirləri ilə bağlı mülahizə və ideyaları bu gün də dəyərli və əhəmiyyətlidir. Professor Aqil Əlirza oğlu Əliyev, sözün əsl mənasında, ziyalı idi.

...1926-cı il dekabrın 10-da vətənimizin ən qədim diyarlarından biri olan Naxçıvanda anadan olmuşdur. Atası Əlirza Cəfər oğlu Əliyev 1943-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra ailənin ağırlığı yeniyetmə Aqil Əliyevin üzərinə düşmüşdür. Müharibə illərində arxa cəbhədə çalışaraq çətinliklə ailə üzvlərinə kömək edərdi. Anası İzzət xanım sadə bir evdar qadın kimi övladlarının təhsilli olmalarına çox üstünlük verərdi. Odur ki, Aqil Əliyev 1946-cı ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1951-ci ildə oranı bitirmişdir. 1953-cü ilə qədər Azərbaycan EA-nın Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. Həmin ilin may ayında Azərbaycan Tibb Universitetinin siyasi iqtisad kafedrasında əmək fəaliyyətinə başlamışdır. Ömrünün sonuna qədər, yəni 53 il müddətində universitetin siyasi iqtisad kafedrasında müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışmışdır.

Aqil Əliyev 1970-ci ildə “Şəhər və kənd əhalisinin həyat səviyyəsinin bir-birinə yaxınlaşması problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır, 1973-cü ildə dosent,  1979-cu ildə isə professor vəzifəsinə seçilmişdir. O, 1982-ci ildə “Şəxsi istehlakın iqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsinə yüksəlmişdir.

A.Əliyevin elmi-pedaqoji fəaliyyəti, xidmətləri ayrı-ayrı dövrlərdə dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. 1982-ci ildə əməkdar elm xadimi fəxri adına, “Şöhrət” və “Qırmızı Əmək Bayrağı” ordenlərinə, çoxlu sayda medal, fəxri fərman və təşəkkürnamələrə layiq görülmüşdür.

Aqil Əliyev 190-dan artıq elmi əsərin, o cümlədən 32 monoqrafiya və kitabın müəllifi olmuşdur. Çoxsaylı elmlər namizədi və elmlər doktorunun yetişməsində əvəzsiz xidmətlər göstərmişdir.

Azərbaycanda ilk dəfə olaraq “Şəxsi istehlakın iqtisadiyyatı və problemləri”, “Aqrar iqtisadiyyatın aktual problemləri”, “Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi problemləri” və digər sanballı monoqrafiyaların müəllifidir.

Aqil müəllim zəngin elmi-pedaqoji təcrübəsi, natiqliyi, əməldə fəzilətliliyi və xeyirxahlığı, fəaliyyətdə mübarizliyi və tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth etmişdir. O, çoxlarının dərdinə çarə tapan, işinə yarayan insan idi.

Aqil müəllim sözünün qədir-qiymətini bilən idi. Görkəmli alimin şəxsiyyəti haqqında o qədər maraqlı faktlar var ki, bəzən bilmirsən hansını deyəsən, hansını yazasan. Aqil Əliyev xeyirxahlığı, prinsipiallığı və mərhəmətliliyi özündə təcəssüm etdirən nurlu bir sima idi. O, sözün əsl mənasında, çox insanlar üçün ümid yeri idi.

Aqil Əliyevin tələbəsi olmuş AMEA-nın müxbir üzvü, professor N.Bayramovun müəllimi haqqında fikirləri çox maraqlıdır: “Nitqində həm amiranəlik və mülayimlik, hərəkətində çeviklik və kübarlıq elementlərini hələ də unutmamışam. İqtisadiyyata dair bilgilər adətən tibb tələbələrinə yad və çətin qavranılan məsələlər idi. Lakin Aqil müəllim iqtisadi məsələləri bizə elə sadə dillə izah edirdi ki, biz bunu asanlıqla anlaya bilirdik. Aqil müəllimin digər bir cəhəti dərs vaxtı tələbələrin fəal olmasına şərait yaratması idi. Hər dərsdə bir neçə tələbəni qaldıraraq mövzunu necə başa düşdüklərini öz sözləri ilə ifadə etməyini tələb edirdi. Dərsdə tələbələrin ona sərbəst sual verməsini çox sevərdi və sualların da ətraflı, sadə dildə izahını verərdi. Bu sual-cavablar siyasi və iqtisadi biliklərimizi artırmaqda bizə çox kömək edərdi.

Aqil müəllim yaddaşımıza tələbələrini sevən, tələbələri tərəfindən də sevilən bir müəllim kimi həkk olunmuşdur”.

O, həddən artıq tələbkar idi. Biganəliyi xoşlamırdı. El-obasının qədrini bilən idi, xalqa xidməti həyatının məna və məqsədi hesab edirdi. Aqil müəllim saf əqidəsi və məsləki olan ziyalı idi. Onun əqidəsi humanizmə, həqiqətə, ədalətə söykənirdi.

Onun əmək fəaliyyətində çox gərgin illər də olmuşdur. 1988-ci ildə professor Aqil Əliyev heç bir əsas olmadan işdən uzaqlaşdırılaraq təqaüdə göndərilmişdir. Lakin çox keçmədən bu səhv dərk edilmiş və o, 1992-ci ildə yenidən elmi-pedaqoji fəaliyyətə qaytarılmışdır. 1998-ci ildən ATU-da İqtisadiyyat və hüququn əsasları kafedrasının müdiri vəzifəsində ömrünün sonuna qədər çalışmışdır.

1996-cı ildə A.Əliyev Beynəlxalq Enerji İnformasiya Elmlər Akademiyasının Azərbaycan bölməsinin həqiqi üzvü - akademik seçilmişdir.

O, 2001-ci ildən AMEA-nın müxbir üzvü idi. 2003-cü ildə A.Əliyev Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü seçilmişdir. 2006-cı ilin yanvar ayından Beynəlxalq İqtisadçılar İttifaqının üzvü idi.

Görkəmli alim 1986-2005-ci illərdə Azərbaycanın elmi-texniki inkişafının kompleks proqramının işlənilməsində yaxından iştirak etmişdir. Əhalinin sağlamlığının qorunması üzrə komissiyanın sədri olmuşdur. Əhalinin sağlamlığının qorunması bölməsinin proqramı onun tərəfindən tərtib edilmişdir. O, həmçinin Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsinin inkişaf sxeminin işlənib tərtib olunmasının müəlliflərindən biri idi.

Professor elmi-pedaqoji institutlar və universitetlər üçün “İqtisadi nəzəriyyə” kursu üzrə yazılmış 2 cildlik dərsliyin müəlliflərindən biri olmuşdur.

Aqil Əliyev yüksəkixtisaslı iqtisadçı və tibb kadrlarının hazırlanmasındakı xidmətlərinə görə 1982-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

O, “Şəxsi istehlakın iqtisadiyyatı və problemləri”, “Aqrar iqtisadiyyatının aktual problemləri”, “Kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi problemləri”, “Səhiyyədə iqtisadiyyat, planlaşdırma, idarəetmə, maliyyələşdirmə və əməyin elmi təşkili”, “ASK-nın aqrar bölməsində elmi-texniki tərəqqini sürətləndirmə problemləri” və sair sanballı monoqrafiyaların müəllifidir.

Yalnız bazar iqtisadiyyatına keçid şəraitində A.Əliyevin 80 elmi əsəri çap olunmuşdur. O, “Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu”, “İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur”, “Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri”, “Səhiyyənin iqtisadiyyatı”, “Azərbaycanda əhalinin səviyyəsinin yüksəldilməsinin aktual problemləri”, “Naxçıvan Muxtar Respublikası: nailiyyətlər, problemlər” I və II cild, “Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti”, “Bələdiyyələr. Metodik kömək”, “Dünya iqtisadiyyatı: müasir dövrün problemləri”, “Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri” və sair sanballı kitablar yazmışdır.

Professor A.Əliyev zəhmətlə dolu ibrətamiz həyat yolu keçmiş, həyatını bütövlükdə xalqımızın və vətənimizin tərəqqisinə həsr etmişdir. O, ATU-nun və respublikanın ictimai həyatında yaxından iştirak etmişdir.

Bütün həyatı boyu saflıq, əməksevərlik və insansevərlik mücəssiməsi olan Aqil Əliyevin əziz xatirəsi onu istəyənlərin qəlbində daim yaşayacaqdır.

 

Qoşqar ƏLİYEV,

ATU-nun İctimai fənlər kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!