17 Aprel 2025 08:55
632
Mədəniyyət
A- A+
Görkəmli ictimai xadimin ömrü nəsillərə nümunədir

Görkəmli ictimai xadimin ömrü nəsillərə nümunədir


Elə şəxsiyyətlər var ki, adları qoca tarixin özünə "çıraq tutur", əsrimizin uzun yollarını işıqlandırır, bir müddət unudulmuş, təhrifə məruz qalmış, yaxası polemikanın əlinə verilmiş, çək-çevirə düşmüş məsələlər, nəhayət, bu işıqda öz yerini tapır. Onların adları həqiqi qəhrəmanlığın rəmzi kimi ehtiramla yad edilir. 

Azərbaycan xalqının XX əsr qəhrəmanlıq tarixində xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin mühüm yeri var. O, 1886-cı ildə Qərbi Azərbaycanda - Vedibasar mahalının Vedi kəndində anadan olub. Haqqın, ədalətin tərəfdarı olan Abbasqulu bəy gənc yaşlarından ermənilərin haqsızlığının, yalançılığının, vəhşiliyinin, nankorluğunun şahidi olub və ömrünün sonuna qədər onlara qarşı mübarizə aparıb.

Rusiya imperiyasının çökməsi nəticəsində müstəqil Azərbaycan və Gürcüstan cümhuriyyətləri yaradıldıqda erməni daşnakları da dövlət qurmaq fikrinə düşdülər. Buna isə qonşu dövlətlərin ərazisi hesabına nail olmaq istəyirdilər. Onlar Göyçə, Zəngəzur, Dərələyəz, Loru-Pəmbək və digər qədim türk torpaqlarında qətllər törətməyə, yerli türk-müsəlman əhalisini məhv etməyə və onları öz torpaqlarından qovub çıxarmağa başladılar. Xalqın mərd oğulları erməni hücumlarının, nizami daşnak ordusunun həmlələrinin qarşısını almaq üçün özünümüdafiə dəstələri düzəldərək, mübarizə aparırdılar. Belə özünümüdafiə dəstələrindən birinə - Vedibasar özünümüdafiə dəstəsinə Abbasqulu bəy başçılıq edirdi. 

Vedibasar, Dərələyəz, İrəvan mahallarında öz igidliyi ilə seçilən Abbasqulu bəy daşnak hücumlarının qarşısını məharətlə almış, onları dəfələrlə ağır itkiyə məruz qoymuşdu. Silah gücü ilə Abbasqulu bəyə bata bilməyən daşnaklar onu ələ almaq, şirnikləndirmək metodlarına da əl atmışlar. Öz vətəninə, millətinə sadiq olan Abbasqulu bəy bütün iyrənc təklifləri rədd etmişdir. Abbasqulu bəy başqa Şadlinskilər kimi təhsil ala bilməmişdir. Atası Xanbaba vaxtsız vəfat etmişdi. Əmisi Teymur bəyin də elə imkanı olmamışdır ki, qardaşı oğlu Abbasquluya istənilən təhsili verə bilsin. Anası isə çox çətinliklə ailəyə başçılıq edirdi. Zor-bəla ilə ailəni saxlayan ana oğlunu 1894-cü ildə Vedidə rus-tatar məktəbinə qəbul etdirir. Ailə qəhri Abbasquluya geniş təhsil almağa imkan vermir. 15 yaşlı Abbasqulu məktəbi tərk etməyə məcbur olur. Çünki bu məktəbi qurtaran uşaqlar ya seminariyaya, ya da gimnaziyaya daxil olmalı idilər. Həmin məktəblərdə təhsil almağa imkanı çatmayan Abbasqulu məktəbdən aralanıb atadanqalma torpaq sahəsini əkib-becərməklə məşğul olur.

Abbasqulu bəyin gəncliyi inqilablar, müharibələr dövrünə təsadüf edir. 1914-cü ildə Birinci Dünya müharibəsi başlanır. İmperialist müharibəsi Qafqaz cəbhəsində (Zaqafqaziya) böyük miqyasda yayılır. Qars, Ərdahan və Ağrı ətrafında gedən döyüşlər İrəvan mahalına, Vedibasar, Zəngibasar əhalisinə, o cümlədən bütün Arazbarı boyunda yaşayan camaat üçün ağır işgəncə idi. 1917-ci ilin fevralında çar mütləqiyyəti devrilir. Üsyan Rusiyanın ucqarlarını da bürüyür. 28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik "Qırmızı tabor" dəstəsi ilə Naxçıvana gəlir. Buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşir. 

Abbasqulu bəy Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq etmişdir. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, Naxçıvanda sovet hakimiyyətini qurmuş, burada ingilis-daşnak işğalına son qoymuşlar. O, bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilmişdir. 1921-ci ilin fevralından aprelin əvvəllərinə kimi İrəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərmişdi. Daşnaklarla döyüşlərdə göstərdikləri şücaətə görə, Şadlinski başda olmaqla, "Qırmızı Tabor"un 19 nəfər üzvü "Qırmızı bayraq" ordeni ilə təltif olunmuşdur.

1921-ci ilin yayında Şadlinskinin döyüşçüləri Dərələyəz və Zəngəzurda daşnak quldurlarının darmadağın edilməsində qəhrəmanlıq göstərmişdilər. Ermənistanda və Zəngəzurda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış, sərhədlərinin qorunmasına rəhbərlik etmişdir.

Abbasqulu bəy Şadlinskinin mübarizə yolu bütünlüklə türk-müsəlman qırğını törədən və türk-müsəlman qanını axıtmaqdan zövq alan qəddar düşmənimiz haylara qarşı döyüşməkdən ibarətdir. Cəmi 44 illik ömrünün böyük hissəsini doğma yurdunun müdafiəsinə, qorunmasına, inkişafına, soydaşlarının xoşbəxtliyi, azadlığı və firavan yaşaması uğrunda mübarizəyə həsr etmiş, sonunda bu yolda öz canını fəda edərək şəhid olmuşdur.

Abbasqulu bəy Şadlinskinin həyat yolu nəsillərə nümunədir. Onun irsinin öyrənilməsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunun daim yüksək tutulması üçün 1986-cı ilin oktyabr ayında İliç (indiki Şərur) rayonunda "Qırmızı Tabor" beynəlmiləl partizan dəstəsinin "Şöhrət muzeyi" yaradılmışdı. Muzey özlüyündə əfsanəvi sərkərdə Abbasqulu bəy Şadlinskinin və onun döyüş yoldaşlarının, həmçinin taborda döyüşmüş 80 nəfər sədərəkli döyüşçünün həyat və mübarizə fəaliyyətini əks etdirir. Salonların biri "Danzik müdafiə cəbhəsi" adlanır. Burada Danzik kəndində aparılan döyüş əməliyyatlarına aid maraqlı materiallar toplanmışdır. Həmin müdafiə cəbhəsini təmsil edən Əli Həsən oğlu Əliyev, İbrahim Fərzəliyev, Həsən Şahverdioğlu, Əfruz, Miryusif Seyidov, Bəhmən Məmmədov, Hüseyn Vəkilov və digərlərinin döyüşlərdəki fəaliyyəti muzeyə gələnlərin böyük marağına səbəb olur.  

Muzeydə A.Şadlinskinin büstü və portreti də diqqəti çəkən nümunələrdəndir. Qəhrəman sərkərdənin büstünü Naxçıvanın Əməkdar mədəniyyət işçisi Hüseynqulu Əliyev və Azər Əliyarov hazırlamışdılar. "Şöhrət muzeyi" gənclərin hərbi vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyətə malik ideoloji təbliğat məktəbidir. Çünki gənclər öz vətənlərini və qəhrəmanlarını tanıdığı qədər sevir. Nə qədər öz qəhrəmanını çox tanıyarsa, bir o qədər də onun ömür yolunu özünə nümunə seçər və bu yolda vətən fədaisi olmağa çalışar!

Abbasqulu bəyin fəaliyyəti, Başgüneypəyə özünümüdafiə dəstəsinin döyüş yolu bütün türk dünyasında təbliğ olunası qəhrəmanlıq salnaməsidir. Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəziləri müəyyən dövrdən sonra yaddaşlardan silinir, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə də, nəsillər bir-birini əvəz etsə də, daim qəlbimizdə yaşayacaq insanlar var ki, onlardan biri də Abbasqulu bəy Şadlinskidir.


Mirhaşim CALALOV,

Mərkəzi Neftçilər Xəstəxanasının Hemodializ şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, Vətən müharibəsi iştirakçısı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!