05 İyul 2022 00:30
769
İQTİSADİYYAT
A- A+
Gədəbəylilər səyyar görüşlərin nəticələrindən razıdırlar

Gədəbəylilər səyyar görüşlərin nəticələrindən razıdırlar

 

Prezident İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi  tapşırıqların icrası çərçivəsində Gədəbəydə həyata keçirilən tədbirlər, o cümlədən rayon rəhbərliyinin tez-tez kəndlərdə olması, əhalinin arzu və təkliflərini dinləməsi insanlar tərəfindən razılıqla qarşılanır, onlarda dövlət qurumlarına inamı daha da artırır.

Belə görüşlərdə rayon icra hakimiyyətinin məsul əməkdaşları ilə yanaşı, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərlərinin də iştirakı qaldırılan bir çox məsələlərin yerindəcə həll edilməsinə imkan verir. Bu cür problemlərsə daha çox kəndarası yolların  təmiri, kənd ərazisində yararsız elektrik dayaqlarının dəyişdirilməsi, təbii qazla təchizat, yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi, poçt şöbələrinin açılması, internet və rabitə xidmətinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı olur.

Çalburun kəndində keçirilən səyyar görüş zamanı kənd sakini, 1-ci Qarabağ müharibəsi veteranı Vidadi Hüseynov Qarıkənd-Miskinli-Çalburun avtomobil yolunun Çalburun kəndinin ərazisindən keçən hissəsində asfalt örtüyünün dağılmış hissələrinin təmirini xahiş etmişdir. Vətəndaşın müraciəti nəzarətə götürülərək 32 saylı Yol İstismar MMC-nin rəhbərliyinə müvafiq tapşırıq verilmiş, problem həllini tapmışdır. Həmin kəndin sakini Əziz İmamverdiyev isə kənd ərazisində istismara yararsız elektrik dayaqlarının əvəz olunmasını xahiş etmişdir. Rayon elektrik şəbəkəsi məsələni yerində araşdırmış və yararsız 4 dayaq dəyişdirilmişdir.

Başqa misal. Düz Rəsullu kəndinin ağsaqqalı Cahangir Rəsulov 1,7 kilometrlik kənd yolunun təmirə ehtiyacı olduğunu bildirərək kömək göstərilməsini xahiş etmişdir. Düz Rəsullu bələdiyyəsi və Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin birgə təşəbbüsü ilə həmin yol qum-çınqıl tökülərək hamarlanmış, sakinlərin rahat gediş-gəlişi təmin olunmuşdur. Pərizamanlı kəndinin sakini Səfurə Qasımova isə evinin yaxınlığından keçən magistral su xəttində yaranmış nasazlığın aradan qaldırılmasını istəmişdir. Vətəndaşın müraciəti əsasında Gədəbəy rayon Sukanal İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilmişdir. İdarənin əməkdaşları tərəfindən kənddə istismar olunan magistral su xəttinə baxış keçirilmiş, qeyd edilən magistral su xəttindəki sızma aradan qaldırılmışdır.

Məlum olduğu kimi, bu günlər Gədəbəy rayonunda yağan leysan yağışlar və dolu bir sıra fəsadlar törətmişdir. Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və aidiyyəti təşkilatların məsul şəxsləri təbii fəlakətdən ziyan görmüş Çalburun və Sarıhasanlı kəndlərində olmuş, su basmış yaşayış evlərinə baxış keçirmişlər. Sonra kənd sakinləri ilə keçirilən səyyar görüşdə onların təklifləri dinlənilmiş və müzakirələr aparıldıqdan sonra aidiyyəti üzrə məsul şəxslərə tapşırıqlar verilmişdir. Sarıhasanlı kəndində də sel sularının küçə və dalanlarda törətdiyi fəsadların aradan qaldırılması üçün tədbirlər görülmüşdür.

Ümumiyyətlə, bir neçə ay ərzində rayonun Əmiraslanlı, Şahdağ, Göyəlli, Arısu, Çanaqçı, Miskinli, Alnabat, Qaravəlilər və digər kəndlərində keçirilən görüşlərdə qaldırılan bütün məsələlər demək olar ki, öz həllini tapmışdır. Onu da qeyd edək ki, keçirilən görüşlərdə həm şəhid ailələri, həm də qazilərin qaldırdıqları məsələlərə xüsusilə yanaşılır.

 

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!