22 Noyabr 2025 09:00
819
Mədəniyyət
A- A+
Gecikmiş bəraət yalnız təsəllidir

Gecikmiş bəraət yalnız təsəllidir


1920-ci ildən başlayan və 1937-ci ildə milli fəlakət səviyyəsinə çatan repressiyaların qurbanları arasında sayılıb-seçilən onlarca ziyalımız da olmuşdur. Keçmiş sovet rejimi sanki cəmiyyəti qaranlıqda saxlamaq üçün ziyalıları uydurma cinayət işləri ilə ya uzaq Sibir çöllərinə sürgünə göndərmiş, ya da ən ağır cəzaya məhkum edərək güllələmişdi. Ölümlərindən uzun illər keçəndən sonra isə elə həmin rejimin məhkəməsi onlara bəraət vermişdir. Amma bu bəraət heç nəyi geri qaytarmır...

Nə qədər ağrılı-acılı olsa da, arxiv materialları ilə tanış olarkən repressiya illərində ziyalılarımıza qarşı böyük amansızlıq, qəddarlıq edildiyinin şahidi oluruq. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində misilsiz xidmətlər göstərmiş bir çox ziyalımız heç bir günahları olmadan müxtəlif illərdə repressiya qurbanlarına çevrilmişlər, qəddar sovet rejiminin ölüm maşınından keçmişlər.

Amansız repressiya qurbanlarından biri də şair, publisist və dövlət xadimi Böyükağa Mirqasım oğlu Talıblıdır. Sadə bir həyat yaşamış Böyükağa Talıblı dövrünün tanınmış ziyalılarından biri olmuşdur. O, 1897-ci ildə, xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramında, martın 21-də Salyan rayonunun Cavad qəzasında dünyaya göz açmışdı. 1909-cu ildən 1915-ci ilə kimi dövrünün tanınmış təhsil ocaqlarından biri sayılan Bakı Realnı Məktəbində oxumuşdur. 

1915-ci ildə təhsilini uğurla başa vurduqdan sonra Petroqrad vilayət komissarlığında müsəlman işləri üzrə təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Bir il sonra, 1916-cı ildə həmin vilayətdə azərbaycanca buraxılan "Hürriyyət" qəzeti redaksiyasının əməkdaşı kimi fəaliyyətə başlamışdır. O, 1915-1920-ci illərdə həmçinin Krım cəbhəsində əks-inqilabi qüvvələrə qarşı mübarizə aparmış, eyni zamanda "Melitopolskiye izvestiya" qəzeti ilə sıx əməkdaşlıq etmişdir.

Böyükağa Talıblı ədəbi fəaliyyətə çox gənc yaşlarından, hələ 1911-ci ildə Bakı Realnı Məktəbinin üçüncü sinfində oxuyarkən başlamışdır. Onun ilk hekayəsinin adı da çox maraqlıdır: "Yaxşı məsləhət hər şeydən yaxşıdır". Böyükağa Talıblının ilk hekayəsi 1912-ci ildə "Orucov qardaşları" mətbəəsində kitabça şəklində çap olunmuşdur. Bundan sonra müntəzəm olaraq dövri mətbuatda bir-birindən maraqlı məqalə və hekayələrlə çıxış etmişdir. Elə ilk qələm nümunələri ilə oxucuların və dövrünün tənqidçilərinin diqqətini özünə çəkmişdi. O, 1916-cı ildə dramaturgiya sahəsində də qələmini sınamışdır. "Keyf içində" adlı pyes də yazmışdır. Bu pyes böyük maraqla qarşılanmışdır. 

Bakıda işlədiyi dövrdə Böyükağa Talıblı Azərbaycan Ədəbiyyatı Cəmiyyətinin sədri kimi milli mədəniyyətimizin inkişafı istiqamətində mühüm işlər görüb. O, bədii əsərlər yazmaqla bərabər, tərcümə işinə də böyük önəm verib. Cəmiyyətdə ictimai xadim kimi tanınan B.Talıblı Tiflisdə N.Nərimanov adına klubun nəzdində "Ədəbiyyat dərnəyi"ni yaratmış və onun ətrafına istedadlı gəncləri toplamışdır. Bu ədəbi dərnək Tiflis Azərbaycan Proletar Yazıçıları bölməsinin yaradılmasında böyük rol oynamışdır.  

1920-ci ildə Böyükağa Talıblı Azərbaycana qayıtmışdır. Bacarığı və təcrübəsi nəzərə alınaraq fəhlə-kəndli müfəttişliyi komissarının müavini vəzifəsinə təyin edilmişdir. Bir müddətdən sonra isə Xalq Təsərrüfatı Şurasının sədri olmuşdur. Bu dövrdə "Kommunist" və "Azərbaycan füqərası" qəzetlərini redaktə etmiş, həmçinin Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universitetində) mühazirələr oxumuşdur. 1921-ci il martın 30-dan 1921-ci il aprelin 15-dək "Kommunist" qəzetinin ikinci rəsmi redaktoru olmuşdur. Zaqafqaziya Federasiyasının fəhlə-kəndli komissarı təyin olunduğu 1922-1923-cü illərdə Tiflisdə çıxan "Yeni fikir" qəzetini redaktə etmişdir. 

Zaman keçdikcə cəmiyyətdə böyük nüfuz qazanan Böyükağa Talıblı 1923-1932-ci illərdə Azərbaycan Xalq Ədliyyə komissarı, Mərkəzi Statistika İdarəsinin rəisi, Sovet Quruluşu və Hüquq İnstitutunun direktoru, respublika prokuroru, Bakı Plan İdarəsinin sədr müavini vəzifələrində işləmişdir. Həyat yavaş-yavaş onun üzünə gülməyə başlamışdır. 1932-1933-cü illərdə Moskvada Ali Partiya Məktəbində təhsilini də davam etdirmişdir. 1934-cü ildə AYB-nin üzvlüyünə qəbul olunmuşdur. Sonrakı illər o, Azərbaycan Kommunist Partiyası Bakı Komitəsinin və Azərbaycan Həmkarlar İttifaqı Şurası Rəyasət Heyətinin üzvü, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin, həmçinin Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilmişdir.

Əgər xalqının ziyalılarına qarşı 1937-ci ilin repressiyası başlamasaydı, şair, publisist, ictimai xadim Böyükağa Talıblı daha çox iş görəcək, bir-birindən maraqlı əsərlər yazacaqdı. Amma repressiya başqa görkəmli ziyalılarımız kimi onu da qəfil yaxaladı, gələcəyə gedən yollarını həmişəlik olaraq  üzünə qapadı. Bütün mənalı ömrünü bu quruluşa sərf etmiş, partiyanın işi uğrunda yorulmadan çalışmış bir ziyalını qurama iftira və yalanlarla illərdən bəri xidmətində dayandığı ideyalarına qarşı düşmən çıxartdılar. 

8 yanvar 1937-ci ildə 1934-1938-ci illərdə Zaqafqaziya Xalq Daxili İşlər Komissarları (XDİK) idarəsinə başçılıq etmiş Yuveliyan Sumbatov-Topuridzenin imzası ilə Böyükağa Talıblının həbsinə qərar verilir. İki gün sonra 

10 yanvar 1937-ci ildə təhlükəsizlik baş leytenantı Atakişiyev və təhlükəsizlik mayoru Gerasimovun imzası ilə Böyükağa Talıblı Azərbaycan SSR Cinayət Məcəlləsinin 72-ci maddəsi ilə həbs edilərək Azərbaycan DİK idarəsinin zirzəmisinə salınır. Böyükağa Talıblı Azərbaycan SSR Cinayət Məcəlləsinin 64,69,70,73-cü maddələri ilə təqsirli bilinərək 12 oktyabr 1937-ci ildə güllələnməyə məhkum edilir. 14 oktyabr 1937-ci ildə isə həyat yoldaşı N.Talıblı da həbs olunaraq Bakı şəhərindəki ümumi rejimli həbsxanada saxlanılır. Ürəyi xalqı üçün işıqlı ideyalarla dolu olan Böyükağa Talıblı 1938-ci ildə, ömrünün ən gözəl çağında, 41 yaşında cəza tədbirləri dövründə "xalq düşməni" kimi güllələnir. 

Böyükağa Talıblıya 20 ildən sonra bəraət verilir. Onun günahsız olduğu rəsmi şəkildə təsdiq olunur. Uzun illərdən sonra verilən bu bəraət isə heç nəyi geri qaytarmır, heç nəyi dəyişmir. Bu gecikmiş bəraət təsəllidən başqa bir şey olmur.

Böyükağa Talıblının özündən sonra əsərləri qalıb. Bu gün oxucular onun qələmindən çıxmış "Erkək Tükəzban", "Qırx zopa", "Keyf içində", "Tövbə", "Dirək" və başqa əsərlərini maraqla oxuyurlar. Xalqımız ədəbiyyatımızın, mədəniyyətimizin, mətbuatımızın inkişafında Böyükağa Talıblı kimi böyük işlər görmüş ziyalılarını heç vaxt unutmayacaq.  


Vahid MƏHƏRRƏMOV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!