17 Oktyabr 2025 09:24
840
SİYASƏT
A- A+
Füzulinin azad edilməsi Azərbaycanın Vətən müharibəsində qazandığı strateji uğurlardan biridir  

Füzulinin azad edilməsi Azərbaycanın Vətən müharibəsində qazandığı strateji uğurlardan biridir  

Beş il əvvəl 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanan Azərbaycan nəinki müvəqqəti işğal olunmuş ərazilərinin böyük hissəsini geri qaytardı, həm də gələcəyə haqqı olduğunu sübut etdi. Bu tarixi zəfərin ən parlaq nümunələrindən biri də Füzulidir. 

Ümumiyyətlə qeyd etmək lazımdır ki, qazanılan qələbə təkcə hərbi deyil, həm də mənəvi zəfər – yeni dövrün simvolu idi. Bu tarixi nailiyyət  uzun, düşünülmüş və mərhələli siyasətin nəticəsidir. Prezident İlham Əliyev ordunu  gücləndirdi, iqtisadi əsaslar qurdu, diplomatiyanı inkişaf etdirdi, Azərbaycanın öz müqəddəratını müstəqil şəkildə təyin etməyə qadir olan müasir və inamlı dövlət imicini formalaşdırdı. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev   bu şərəfli və məsuliyyətli  vəzifəni  qətiyyətlə həyata keçirdi.  İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi qəhrəmanlıq və xalqımızın birliyi sayəsində 30 ilə yaxın  işğal altında olan ərazilər, o cümlədən Füzuli şəhəri düşmən tapdağından azad edildi.  

Bu gün, 17 oktyabr, Füzuli şəhərinin işğaldan azad edildiyi gündür. 1993-cü ilin siyasi və hərbi xaosu nəticəsində düşmən tapdağı altına düşən Füzuli rayonu, təkcə füsunkar təbiəti ilə deyil, qədim tariximizin, mədəniyyətimizin izi olan abidələri ilə də məşhur idi. Lakin düşmən bu gözəllikləri də viran qoydu, talan etdi. Amma 30 ilə yaxın davam edən erməni işğalı 44 günlük Vətən müharibəsi ilə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Azərbaycan Ordusunun qətiyyətli iradəsi ilə qazanılan bu qələbə, Füzuli kimi strateji əhəmiyyətli torpaqları düşmən tapdağından azad etdi. Hər gününü qələbə ilə tarixə yazan, qəhrəmanlıq dastanı yaradan ordumuz, 2020-ci il oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini və nəhayət, Füzuli şəhərini azad etdi. Bu zəfər təkcə Füzulinin deyil, bütöv Azərbaycanın zəfəri oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə sağlıq versin! Onların qəhrəmanlığı bizim qəlbimizdə əbədi yaşayacaq!  

     Torpaqlarımızın 20 faizinin 30 ilə yaxın davam edən işğalına, Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının 4 qətnaməsinə məhəl qoyulmamasına və digər cinayətlərə görə Ermənistanı heç vaxt qınamayıblar, heç bir sanksiya tətbiq etməyiblər. Hətta Vətən müharibəsi zamanı döyüş əməliyyatlarından xeyli uzaqda yerləşən şəhər və kəndlərimiz raket atəşlərinə tutuldu, dinc insanlar, o cümlədən qadın və uşaqlar həlak oldu, yaralandı. Ancaq yenə də dünya susdu, insan hüquq və azadlıqlarından danışan beynəlxalq təşkilatlar susdular. 17 oktyabr 2020-ci il tarixində Ermənistanın dinc sakinlərə qarşı törətdiyi amansız hücum, insanlıq adına ləkə olan bir hərbi cinayət idi. Bu hücum, Ermənistanın Cenevrə Konvensiyasını və beynəlxalq hüququ açıq şəkildə pozaraq, azərbaycanlıların iradəsini qırmaq cəhdinin sonuncu nümunəsi idi. Lakin düşmənin bu məkrli planı bir daha sübut etdi ki, Ermənistanın cinayətkar rəhbərliyi müharibə meydanında deyil, yalnız günahsız insanların qanını tökməklə  gücünü göstərir. Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qaldı. Raket zərbələri nəticəsində 26 dinc sakin həlak oldu, 175 nəfər yaralandı, evlər və mülki obyektlər dağıldı. Lakin bu itkilər xalqımızın ruhunu sarsıda bilmədi. Azərbaycan xalqı bu çətin anlarda daha da birləşdi, yüksək vətənpərvərlik, qətiyyət və mübarizə əzmi nümayiş etdirərək, ordumuza dəstəyini əsirgəmədi. Terror qurbanlarının ruhu həmişə bizim ürəklərimizdə yaşayacaq! Biz heç vaxt düşmənin hərbi cinayətlərinə cavab olaraq eyni yolla getmədik, biz müharibəni ləyaqətlə, döyüş meydanında apardıq və ədalətli qələbəmizi təmin etdik. Gəncəyə atılan hər bir raket Ermənistanın məğlubiyyətini, mənəvi iflasını simvolizə edirdi. Ermənistanın bu vəhşiliklərinə göz yuman beynəlxalq ictimaiyyət bu cinayətlərə görə Ermənistanı məsuliyyətə cəlb etməlidir. Qəddarlıq və zorakılığa səssiz qalmaq ədalətin susdurulması deməkdir. Azərbaycan öz tarixi vəzifəsini yerinə yetirdi. Dünyanın heç bir dövləti hələlik hərbi-siyasi vasitələrlə beynəlxalq hüququn təntənəli qələbəsinə nail olmaq qabiliyyəti ilə öyünə bilməz. Qələbəmizdən cəmi 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli rayonuna səfər ediblər. Həmin gün dövlətimizin başçısı şanlı Azərbaycan bayrağını Füzuli şəhərində dalğalandırdı. 

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda davamlı sülhün bərqərar olması naminə Ermənistana sülh təklif etdi. Lakin Ermənistan Azərbaycanın uzadılmış sülh əlini rədd edərək, ərazimizdə təxribat və terror aktları törətməkdə davam etdi. Buna cavab olaraq Azərbaycan lokallaşdırılmış antiterror tədbirləri həyata keçirdi və cəmi 24 saata erməni separatçıları təslim  oldular. Bununla da Qarabağda xunta rejimi aradan qaldırıldı, separatçıların liderləri həbs olundu. Azərbaycan bütün ərazisində öz suverenliyini tam bərpa etdi. 

Avqust ayında ABŞ-də Ağ evdə ölkəmizin başçısı İlham Əliyev, Ermənistanın baş naziri və Prezident Donald Tramp tərəfindən imzalanan birgə Bəyannamə, sentyabr ayında ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı qərarın verilməsi Azərbaycan Prezidentinin siyasi iradəsinin, qətiyyətinin nəticəsidir. Onilliklər ərzində “dondurulmuş” hesab edilən Qarabağ məsələsi qətiyyətlə, strateji, milli iradə və beynəlxalq hüquq ruhunda həll olundu.

Bu gün Füzuli şəhəri günüdür. Bu əlamətdar günün təsis edilməsi Füzuli şəhərinin erməni işğalından azad edilməsinin tarixi ilə bağlıdır. Füzuli, digər işğal altında olan torpaqlarımız kimi, 30 il ərzində dağıdılıb, viran qoyulub. Lakin müharibədən sonra artıq qürurla deyə bilərik ki, Füzuli dirçəlir, həyat qayıdır. Bu gün Füzulidə və işğaldan azad edilən digər torpaqlarımızda geniş miqyaslı infrastruktur layihələri həyata keçirilir. Qısa müddətdə inşa edilən və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı Azərbaycanın gücünü, iqtisadi qüdrətini bir daha sübut edir. Bütün bu layihələr, bir məqsədə xidmət edir: torpaqların əzəli sahibləri geri dönür, Qarabağ və Şərqi Zəngəzur əvvəlki əzəmətini yenidən bərpa edir.

Azərbaycan Prezidenti  Cənubi Qafqazda  dünya dövlətləri tərəfindən qəbul edilən yeni siyasi və iqtisadi vəziyyət yaratdı. Onun  “sözümüz imzamız  qədər dəyərlidir” postulatı bu gün və gələcək üçün vacib amildir. Bu gün Azərbaycan gələcəyə inamla baxır. Qarabağ yenidən canlanır, ölkəmiz inkişaf edir.  Və bu yolun hər bir addımı Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinin, uzaqgörənliyinin və əzmkarlığının izlərini daşıyır.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor 



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq  

20:08
15 Avqust

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb  

20:06
15 Avqust

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub  

20:04
15 Avqust

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

18:13
15 Avqust

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub  

17:43
15 Avqust

Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu  

17:06
15 Avqust

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür  

16:53
15 Avqust

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir  

16:03
15 Avqust

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır 

16:01
15 Avqust

Xankəndi və Baia Mare qardaşlaşır 

15:35
15 Avqust

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır  

15:30
15 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:25
15 Avqust

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb  

15:20
15 Avqust

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər  

15:17
15 Avqust

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb  

14:38
15 Avqust

Amerikalı basketbolçu "Neftçi"də  

13:20
15 Avqust

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək  

13:18
15 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib  

13:16
15 Avqust

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib  

13:14
15 Avqust

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  

13:12
15 Avqust

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır  

13:09
15 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!