16 Aprel 2023 01:33
2743
İQTİSADİYYAT
A- A+
Füzulidə quruculuq  işləri sürətlənir

Füzulidə quruculuq  işləri sürətlənir

 

İşğaldan azad olunmuş rayonlarda bərpa-quruculuq işləri gündən-günə sürətini artırır ki, bu da səbəbsiz deyil. Vaxtilə yurd-yuvalarından didərgin düşmüş  insanlar geriyə dönməyi, doğma torpaqlarında məskunlaşmağı həsrətlə gözləyirlər. İşlərin gedişi göstərir ki, o gün tezliklə gələcək.
Xəbər verildiyi kimi, bu günlər Füzuli Beynəlxalq Hava Limanının inzibati binasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi qrupunun iclası keçirilib. İclasda xüsusi vurğulanıb ki,  Füzulidəki  Mərkəzi Parkın layihələndirilməsi və "ağıllı kənd" konsepsiyası ilə bərpa olunan Dövlətyarlı kəndində aparılan tikinti-quruculuq işlərini daha da sürətləndirmək lazımdır.  Müzakirə olunan məsələlərdən biri də daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi ilə yanaşı, yaşayış məntəqələrinin elektrik enerjisi və su ilə fasiləsiz təminatı olub.  
O da qeyd olunub ki,  ötən müddət ərzində işğaldan azad edilmiş bütün ərazilər kimi, Füzuli rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Qısa müddət ərzində ən yüksək beynəlxalq standartlara cavab verən hava limanı inşa edilərək istismara verilib, Zəfər yolunun çəkilişi yekunlaşıb, Füzuli yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi tikilib. Həmçinin Özbəkistan tərəfindən inşa edilən tam orta məktəb binasının, Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Yaradıcılıq İnkişaf Mərkəzinin, Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi yaşayış məhəlləsinin və s. obyektlərin tikintisi sürətlə davam edir. Bütövlükdə tikiləcək evlərə 21593, o cümlədən Füzuli şəhərinə 8009 nəfər əhalinin köçürülməsi planlaşdırılır.
"İşğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsinə dair" Tədbirlər Planı, müvəqqəti yerləşdirilən kamplar, "Böyük Bəhmənli-Şuşa" və "Azad Qaraqoyunlu-Ağdam" magistral qaz kəmərlərinin layihələndirilməsi, Füzuli rayonunda su anbarlarının və sutəmizləyici qurğuların layihələndirilməsi və tikilməsinin vəziyyəti, həmçinin Mədəniyyət Nazirliyinin Qələbə və Memorial parklarının layihələndirilməsi vəziyyəti barədə  də söhbət edilib.
Yığıncaqda "Köndələnçay" su anbarının yenidən qurulması və digər məsələlər də müzakirə edilib. Məlumdur ki, Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində  3 su anbarı var - Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay. Milyonlarla kubmetr su tutumu olan bu anbarlardan  işğal müddətində Azərbaycan tərəfi istifadə edə bilməyib. Təkcə Aşağı Köndələnçay anbarının su tutumu 62 min hektar ərazini suvarmağa imkan verib. Amma erməni işğalçıları 30 il orada ekoloji terror törədiblər. Təsərrüfatın suya ehtiyacı olduğu müddətlərdə suyun qarşısını kəsiblər.  Suya gərək olmayan mövsümlərdə isə anbardan suyu buraxaraq ciddi ziyan törətməkdən həzz alıblar. Ötən il Prezident İlham Əliyev Köndələnçay su anbarında olarkən bu məsələlərə diqqət çəkərək demişdi: "Bu su anbarı Ulu Öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilmişdir. Bunun əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişafı idi və minlərlə hektar torpaq bu anbar vasitəsilə suvarılırdı. Biz Vətən müharibəsindən sonra həm Suqovuşan su anbarını nəzarətə götürdük, həm də Köndələnçay su anbarı bizim əlimizdədir. Artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verildi. Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanmışdır". 
Hər üç anbarı işlək əziyyətə gətirmək üçün hazırda tədbirlər görülür. Artıq anbarların suyu boşaldılıb, bəndlərdə, suburaxıcı qurğularda, selötürücü  kanallarda təmir işləri həyata keçirilir. Anbarların bərpası başa çatdıqdan sonra sudan Füzuli rayonunun həm işğaldan azad edilmiş, həm də işğal olunmamış kəndlərinin  sakinləri istifadə edəcəklər. 
Bu ərazidə Quruçay da var. Bahardan savayı, ilin digər fəsillərində demək olar ki, çay quruyur. Baharda isə çaya sel gəlir, daşqın baş verir. Selin qarşısını almaq üçün digər üç anbarla birlikə onun da üzərində  qoruyucu bənd  tikilir, sipərlər yenilənir, suaşıran beton üzlüyə alınır və su təmizləyici qurğu  betonlanır. Çayda su anbara gedəcək səviyyədən çox olarsa, bunun üçün əlavə suburaxıcı da quraşdırılır ki, onun vasitəsilə əlavə su çayın məcrasına ötürüləcək.
Həm Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay su anbarlarında, həm  də Quruçayda görülən təmir-bərpa işlərinin bu ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulub.

Züleyxa ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!