10 May 2024 10:35
208
SİYASƏT
A- A+

"Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik"

 

"Fransanın Ermənistandakı səfiri, azərbaycanofob Olivier Dekotini "Azadlıq" radiosunun erməni xidmətinə mayın 8-də verdiyi müsahibəsində bir daha məsuliyyətsiz və destruktiv bəyanatlar səsləndirərək, regiondakı vəziyyəti gərginləşdirməyə və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müsbət dinamikanı pozmağa çalışıb.
Azərbaycanın guya Ermənistan ərazilərini işğal atlında saxladığını və hücum niyyətində olduğunu iddia edən səfir yaxşı bilir ki, bütün bunlar Fransanın Cənubi Qafqaza soxulması, Ermənistana silah satışına haqq qazandırmaq üçün ortaya atdığı uydurmadır".
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb. 
Bəyanatda həmçinin deyilir: "Dekotininin Azərbaycanın Qarabağ bölgəsindən köçüb getmiş ermənilərin qayıdışı ilə bağlı beynəlxalq instansiyaların guya dəstəyinin olmasına dair sərsəmləməsi ilə əlaqədar olaraq, icma ilk növbədə Fransanın Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyi qınayır. Bundan əlavə, "beynəlxalq instansiyalar" təkcə islamofob, korrupsioner Avropa Parlamenti deyil. "Beynəlxalq instansiyalar" həm də bu günlərdə keçirilmiş Bancul sammitində Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıdışı barədə birmənalı qərar verən İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan 57 ölkədir.
Dekotinin Parisin məsləhətləşmə üçün geri çağırdığı və təkrar Bakıya geri göndərdiyi səfir Ann Buayonun harada olması barədə suala verdiyi cavab bütün diplomatik normalardan kənar, ucuz və cılız xarakter daşımaqla, onun şəxsən özünün və Fransanın destruktiv yanaşmasını ortaya qoyur. Faktiki olaraq, Fransa siyasiləşmiş erməni kilsəsinin və "ruhaniləri"nin hazırda Ermənistanda apardıqları dini radikalizmini, revanşizmi və antisülh fəaliyyətini dəstəkləyir. Fransız səfirin "ermənidən çox erməni" olmaq istəyi, Azərbaycanın əleyhinə yersiz "atmacaları", özünü "dövrün Taleyranı" hesab etməsi acınacaqlıdır.
Qərbi Azərbaycan İcması Fransadan destruktiv siyasətindən əl çəkməyi, regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video