12 May 2024 08:00
1910
SİYASƏT
A- A+
"İlham Əliyevin cəsarətli baxışına çox gözəl bələdəm"

"İlham Əliyevin cəsarətli baxışına çox gözəl bələdəm"

 

Bolqarıstan Prezidenti Rumen Radev: "O, Azərbaycanı dinamik şəkildə inkişaf etdirmək əzmindədir"

 

Son illərdə Mərkəzi və Şərqi Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Eləcə də bir çox Qərb ölkələri Avropanın enerji təminatında getdikcə daha mühüm rol oynayan Azərbaycanla əməkdaşlıqlarını daha da dərinləşdirməkdə maraqlıdırlar. Bu ölkələrdən biri də Bolqarıstandır.  
İki dost ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Mayın 8-də Bolqarıstan Prezidenti Rumen Radevin ölkəmizə səfəri, Prezident İlham Əliyevlə aparılan danışıqlar, imzalanan sənədlər, dövlət başçılarının bəyanatları isə onu deməyə əsas verdi ki, strateji tərəfdaşlıq getdikcə daha da güclənir. 

 

32 illik uğurlu diplomatik münasibətlər

 

Azərbaycan və Bolqarıstan arasında əlaqələrin zəngin tarixi var. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 5-də qurulub. 1999-cu ilin dekabrında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 16 aprel 2004-cü ildə Prezident İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncam imzalayıb. 2005-ci ildə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb.
Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. İki ölkə arasında 65 sənəd imzalanıb. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir.
İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Prezident İlham Əliyevin 2015-ci ildə paytaxt Sofiyaya rəsmi səfəri zamanı imzalanmış "Strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamə ilə münasibətlər keyfiyyətcə daha yeni səciyyə qazanıb. Bu mühüm sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, xarici işlər nazirlərinin sədrliyi ilə Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. 

 

153 milyon dollara çatan qarşılıqlı ticarət dövriyyəsi

 

Bu ilin birinci rübündə Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı ticarət dövriyyəsi təxminən 4 dəfə artaraq 153 milyon dollara çatıb.
Bolqarıstan və Azərbaycan Avropa İttifaqının ümumi dəyəri 2,1 milyon avro olan iki tvininq layihəsində birgə iştirak edib ki, bu da Azərbaycanın müxtəlif istiqamətlərdə əməkdaşlığa və tərəfdaşlığa sadiqliyini nümayiş etdirir.
Azərbaycanın Bolqarıstana ixracı da 4 dəfədən çox artaraq 146 milyon dollar təşkil edib. Dövlətlərimiz arasındakı əməkdaşlıq ənənəvi olaraq ticarət və investisiya fəaliyyətlərindən kənara çıxır. Hazırda Azərbaycanda 15 Bolqarıstan şirkəti fəaliyyət göstərir.
Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcək. Səfər çərçivəsində imzalanan 4 sənəd qarşılıqlı hörmət və etimada əsaslanaraq siyasi, iqtisadi, enerji, mədəni və digər sahələri əhatə edən əlaqələrin sürətlə inkişaf edəcəyini söyləməyə əsas verir. 

 

Azərbaycanın Bolqarıstana qaz təchizatı artır

 

Dövlət başçılarının görüşü zamanı İlham Əliyev vurğlayıb ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Azərbaycanın Bolqarıstana qaz təchizatı artır. Bu il də artım müşahidə ediləcək. 
Mətbuata bəyanatında isə İlham Əliyev iki ölkə arasında enerji ixracından danışaraq qeyd edib ki, keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr olub. Bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı dost ölkəyə ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir: "Yəni bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir".
Prezident həmçinin vurğulayıb ki, Bolqarıstan eyni zamanda qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq. 

 

Enerji sahəsində əməkdaşlıq daha da dərinləşir

 

Azərbaycan Prezidenti "yaşıl enerji" ixracı məsələsinə də toxunub: "Bu gün biz bir layihəni də müzakirə etdik, o da "yaşıl enerji" kabelidir. Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda "yaşıl enerji" təchizatçısı kimi özünü göstərəcək". 
Bolqarıstan Prezidenti Rumen Radev isə qeyd edib ki, iki ölkə arasındakı əlaqələr, liderlərin yüksək səviyyədə olan siyasi dialoqu təkcə ölkələrimizin deyil, Qafqazın və Qara dəniz hövzəsinin iqtisadi firavanlığını təmin edir, həmçinin Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və bu ölkənin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır.
2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiya şəhərində Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə edilməsi mərasimini xatırlayaraq bildirib ki, bu proseslə "Cənub qaz dəhlizi" Mərkəzi və Şərqi Avropaya birləşib. 
Bundan sonra İlham Əliyev bir daha Bolqarıstana səfər edib və orada yeni "Həmrəylik halqası" adlanan Memorandum imzalanıb. Bu layihəyə əsasən, Azərbaycan qazının Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyaya ixracı nəzərdə tutulur: "Bu da bütün regionun təhlükəsizliyi üçün vacib bir məsələdir. Biz eyni zamanda Sofiyada SOCAR-ın ofisinin birlikdə açılışını etdik. Bu da onun göstəricisi idi ki, biz enerji sahəsində əməkdaşlığı dərinləşdirmək əzmindəyik".
Prezident İlham Əliyevi artıq yeddi ildən çoxdur ki, tanıdığını söyləyən Rumen Radev vurğulayıb ki, Azərbaycanın dövlət başçısının cəsarətli baxışına şahiddir, ona çox gözəl bələddir: "İlham Əliyev Azərbaycanı dinamik şəkildə inkişaf etdirmək əzmindədir. "Yaşıl enerji" layihələri bunun bariz nümunəsidir. Bununla yanaşı, onun fəal diplomatiyası da imkan verdi ki, bu gün biz beynəlxalq səviyyədə sülh və təhlükəsizlik, sabitlik haqqında danışaq. Ona görə mənə heç də təəccüblü gəlmədi ki, Azərbaycan COP29 kimi olduqca mötəbər bir tədbirə ev sahibi seçildi. Biz Bolqarıstan olaraq o zaman Azərbaycanın namizədliyini qəti şəkildə dəstəklədik. Biz də öz növbəmizdə institusional və ekspert səviyyəsində COP29-a dəstək verməyə hazırıq".
Göründüyü kimi, Bolqarıstan Azərbaycanla hərtərəfli əməkdaşlığa böyük önəm verir. İki ölkənin təşəbbüsü ilə reallaşan enerji layihələri Avropanın enerji təchizatında mühüm rol oynayır. Prezident Rumen Radevin bu səfəri zamanı imzalanan "Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə" ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə və dərinləşdirilməsinə vacib töhfə verəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub  

22:25
01 Dekabr

Azərbaycan derbisi: "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəlib  

22:22
01 Dekabr

Hakan Fidan ilə Antoni Blinken beynəlxalq vəziyyəti müzakirə ediblər  

22:20
01 Dekabr

Zelenski Avropa İttifaqı Şurasının yeni prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib  

19:41
01 Dekabr

Fərid Qayıbov: “Üzgüçülük hamı üçün” yarışında müxtəlif yaşda olan insanlara rast gəlmək sevindirici məqamdır

16:19
01 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

16:07
01 Dekabr

İrakli Kobaxidze: ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır  

16:03
01 Dekabr

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib

15:52
01 Dekabr

Misli Premyer Liqasında Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

15:29
01 Dekabr

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib  

14:47
01 Dekabr

Bakı Təşəbbüs Qrupu BMT-də Afrika əsilli xalqların hüquqlarının müdafiəsinə dair tədbirdə təmsil olunacaq  

14:09
01 Dekabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:59
01 Dekabr

Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında Azərbaycanın xarici siyasətindən danışılıb  

13:37
01 Dekabr

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Verner İohannisə  

11:47
01 Dekabr

Prezident İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib VİDEO  

11:39
01 Dekabr

Alimlər inanılmaz həcmdə məlumatların almazda saxlamağın yolunu tapıblar

10:49
01 Dekabr

İranın XİN başçısı Türkiyəyə səfər edəcək

10:08
01 Dekabr

Dünyanı bürüyən mərəz 

08:50
01 Dekabr

Dənizkənarı Milli Park - milli mədəniyyətimizin ən qiymətli parçasından biri

08:45
01 Dekabr

SES ən sərfəli alternativ enerji mənbəyidir

08:40
01 Dekabr

Gəncədə keçirilən əmək yarmarkasında 300-ə yaxın vakansiya təqdim olunub

08:35
01 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!