14 May 2024 08:00
1874
SİYASƏT
A- A+
Bütün dünya bilsin!

Bütün dünya bilsin!

 

Cənubi Qafqazın ən güclü dövləti ilə hamı hesablaşmalıdır

 

Birinci Qarabağ müharibəsi bizim ən ağrılı yerimizdir!
İyirmi min şəhid versək də, torpaqlarımızı qoruyub saxlaya bilmədik!
Özümüzdən qat-qat zəif düşmənə məğlub olduq!

Torpaqlarımızın iyirmi faizi otuz il işğalda qaldı.
* Ona görə məğlub olduq ki, xalq özünün həqiqi rəhbərindən ayrı düşmüşdü...
* Ona görə məğlub olduq ki, o dövrdə Azərbaycana maymaqlar, qorxaqlar, səriştəsizlər, xəyanətkarlar və şəxsi maraqlarını hər şeydən uca tutanlar başçılıq edirdilər...
* Həm də ona görə məğlub olduq ki, ermənilərə güclü dövlətlər arxa duraraq hər cür kömək göstərirdilər...
Faktlara diqqət yetirək:
ABŞ işğalçıya deyil, işğala məruz qalan Azərbaycana yardımı qadağan edən "907-ci düzəliş"i qəbul etdi.
Yeltsin Rusiyası Ermənistana bir milyard dollar həcmindən çox pulsuz silah-sursat verdi, 366-cı motoatıcı alay Xocalı faciəsinin törədilməsinin iştirakçısı oldu.
Erməni diasporunun əlində alətə çevrilən Fransa isə bu gün də ermənidən artıq erməniliklə məşğuldur.

Əslində, artıq tarixə qovuşmuş ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti münaqişəni sülh yolu ilə çözmək imitasiyası yaratmaqla danışıqları sonsuzadək uzatmaq, Azərbaycan ərazilərinin işğalını əbədiyyətə çevirmək niyyəti güdürdü.
Bütün bunların qarşılığında o dövr Azərbaycana başçılıq edənlər:
* Ə.Vəzirov "ermənilər qayıdır, muştuluğumu verin" - deyərək fərli iş görmüş adamlar kimi xalqdan hədiyyə gözləyirdi.
* A.Mütəllibov qırmızı imperiyanın çökdüyünü görməyirmiş kimi SSRİ-nin saxlanılması üçün ölkə ərazisində referendum keçirirdi.
* AXC-Müsavat cütlüyünün iqtidarı isə əsl lətifəyə bənzəyirdi...
* Ə.Elçibəy "Yakutiyaya bayraq sancırdı"...
* Daxili işlər naziri İsgəndər Həmidov Azərbaycanda olmayan "atom bombası" ilə qonşu dövlətlərə hədə-qorxu gəlirdi...
* Ağıllarını itirmiş "bəylər" rus kəşfiyyatına xidmət edən ortabab riyaziyyat müəllimi Rəhim Qazıyevi müdafiə naziri postuna oturtmuşdular...
* İqtidarda yüksək postlar tutan Ə.Kərimli, İ.Qəmbər, P.Hüseynov və digərləri rüşvət və korrupsiyaya elə qurşanmışdılar ki, 1993-cü ilin 25 mayında özlərinin keçirdikləri müşavirədə prezident Ə.Elçibəy onlara baxanda "rusların atasına rəhmət" oxumalı oldu!
Ölkəyə naşıların və səriştəsizlərin rəhbərliyi nəticəsində başsız, yiyəsiz, arxasız, köməksiz qalan Azərbaycan xalqı ev-eşiyindən, ata-baba yurdundan, şəhid gedən doğmalarının məzarlarından ayrı düşərək, hər şeyini itirərək otuz il əzab, məşəqqət dolu, yoxsul, evsiz, işsiz və şəraitsiz qaçqın ömrünə "məhkum" edildi.
Nə yaxşı ki başı daşdan-daşa dəyən xalq sonradan ən düzgün və müdrik qərarını verdi - Ulu Öndər Heydər Əliyevi yenidən ölkə rəhbərliyinə qaytardı.
***
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri saysız-hesabsızdır!
Onlardan yalnız bir neçəsini qısa şəkildə xatırlatmaq istərdik.
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV:
* Müharibədə atəşkəsə nail oldu, qanunsuz silahlı dəstələri ləğv etdi, iki dəfə dövlət çevrilişi cəhdinin qarşısını aldı, ölkədəki anarxiya və qanunsuzluqlara son qoydu, Azərbaycanı bir dövlət kimi məhvolmadan qurtardı!
* Azərbaycanın müstəqil daxili və xarici siyasət xəttini müəyyən etdi!
* Dövlətin gələcək tərəqqisinə xidmət edən "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu!
* Ölkəni daim tərəqqiyə aparan, xalqın məhəbbətlə "Heydər Əliyev siyasi kursu" adlandırdığı inkişaf istiqamətlərini müəyyənləşdirdi!
* Ən layiqli siyasi varisini hazırlayaraq Azərbaycanın gələcək taleyini qüdrətli əllərə tapşırmaqla əbədiyyətə qovuşdu!
Beləliklə, Azərbaycan tarixinin İlham Əliyev erası başladı!
***
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü bütün işlər göz qabağında olduğundan biz yalnız 44 günlük Zəfər müharibəsinin yaratdığı reallıqlardan danışacağıq!
* Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi əməliyyatlara başlamazdan öncə yeni gənclər nəsli tərbiyə etdi, onların iştirakı ilə xüsusi təyinatlılar, komando dəstələri hazırlatdı, ordunu ən müasir silahlarla silahlandırdı, ən yeni strategiya və taktika tətbiq etdi!
* Azərbaycan xalqının indiyədək görünməmiş milli birliyinə nail oldu!
* Düşməni və onun arxasında duranları yaxşı tanıdığından üç cəbhədə - hərb meydanında, diplomatiya sahəsində və informasiya müharibəsində döyüşərək hər üçündə qələbə çaldı!
* Bütün təsir, təzyiq və hədə-qorxu cəhdlərinə əhəmiyyət verməyərək düşmən Ermənistan öz qoşunlarının ərazilərimizdən çıxarılma qrafikini elan etməyənədək hərbi əməliyyatları dayandırmadı!
* Ermənistan ordusunu məhv edərək Rusiyanın zəmanəti ilə düşməni üçtərəfli Bəyanatı - kapitulyasiya aktını imzalamağa vadar etdi!
* Bütün bunlardan sonra Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini və Konstitusiya əsaslarını təmin edərək yeni reallıqlar yaratdı!
Düşməni diz çökdürən, onun havadarlarını və müdafiəçilərini də məğlubiyyətə uğradan, güclü orduya sahib, tarixinin ən qüdrətli Azərbaycanını yaradan Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün yeni reallıqlardan çıxış edərək qalib dövlətin Müzəffər rəhbəri kimi davranır, qoyduğu şərtlərə hamının əməl etməsinə nail olur!
***
Sözünün sahibi olan cənab İlham Əliyev Qarabağı yenidən qurmaqla cənnətə çevirəcəyi barədəki vədinə də şərəflə əməl etməkdədir!
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində yenidən Qarabağ iqtisadi rayonuna səfər edən, yeni obyektlərin qırmızı lentini kəsərək təzələrinin bünövrəsini qoyan, 32 illik həsrətdən sonra Şuşaya geriyə qaytarılan şuşalılarla görüş keçirən, ənənəvi "Xarıbülbül" festivalında fərəhlə iştirak edən Müzəffər Ali Baş Komandan İlham Əliyev mühüm açıqlamalar və mesajlar da verdi.
Əslində, bunlar qalib dövlətin qalib rəhbərinin konkret ünvanlara açıq mətnlə xəbərdarlıqları idi!
Bir qədər geriyə qayıdaraq xatırladırıq ki, ortada üçtərəfli Bəyanatın - kapitulyasiya aktının olmasına baxmayaraq, Ermənistan köhnə oyunlarını oynamaq, ənənəvi "biclik"lərini işə salmaq, vasitəçi adı ilə havadarlarını sülh danışıqlarına qataraq ATƏT-in keçmiş Minsk qrupunun riyakar və ikiüzlü, ikili standartlara əsaslanan "danışıqlar prosesi"nin yenidən tətbiqinə can atırdı.
Azərbaycan bir qədər səbir etdikdən sonra qətiyyətli mövqeyinin - "vasitəçilərsiz danışıqlar" formatının tətbiqinə nail oldu!
Artıq ilkin nəticələr göz qabağındadır.
Prezident İlham Əliyevdən sitatlar gətirməklə fikrimizi davam etdiririk.
***
Qoy bütün dünya bilsin!
Azərbaycan Cənubi Qafqazın ən güclü və imkanlı dövləti, burada söz sahibidir!

Bölgədə marağı olanlar və buraya gəlmək istəyənlər onunla hökmən hesablaşmalıdırlar!
Azərbaycan qarşılıqlı maraqların təmin olunduğu əməkdaşlığa daim açıqdır!
Onunla hədə dilində danışmaq mənasız və ağılsızlıqdır!
Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev heç bir təhdid cəhdindən qorxan, milli maraqlardan geri duran deyil!
İndiyədək bütün dediklərinə əməl edib!
İstək və prinsiplərini, nə edəcəyini  daim qabaqcadan, açıq və aydın şəkildə bəyan edir!

Ermənistana isə heç kəs silah və casus tədarükü ilə yardıma cəhd göstərməsin!
Mənasızdır!
Bütün bədxah niyyətlər günlər deyil, saatlar ərzində "dəmir yumruq"la puça çıxarılacaqdır!

Ermənistan isə indiyədək olanlardan nəticə çıxara bilmirsə, revanşistlər meydanda atılıb-düşməklə nəyisə dəyişəcəklərini güman edirlərsə, "forpost dövlət"lərinin gələcəyini ciddi təhlükə qarşısında qoyurlar!
İlham Əliyev Ermənistanla münasibətlərin dinc məcrada, birbaşa sülh danışıqları yolu ilə aparılmasının, sülh müqaviləsinin tezliklə imzalanmasının vacibliyini göstərdi və Azərbaycanın müharibə istəmədiyini bəyan etdi.
Lakin bir şərtlə: ədalətli tələblərimiz yerinə yetirilməlidir!

Əks halda...
Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiklərinin bir qisminə yenidən diqqət çəkirik:
* "Bu gün düşmən bizim qarşımızda acizdir. Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax belə də olmalıdır. Bundan sonra belə də olacaq".
* "Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu bizim növbəti zəfərimizdir".

* "Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik. Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir".
* "İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq?"
***
Ermənilər və onların havadarları otuz il sülhə gəlmədilər, ədaləti, beynəlxalq hüququ, BMT qətnamələrini veclərinə almadılar.
Azərbaycan dözdü, gözlədi, gücləndi, ordu yaratdı və 44 gündə otuzillik işğala son qoydu!
Heç bir dövlət, heç bir güc, heç bir təsir və təzyiq cəhdi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyət və iradəsinə zərrəcə təsir göstərə bilmədi!
Özləri deyib, özləri eşitdilər.

Cənab İlham Əliyev isə bütün dediklərini və xəbərdarlıqlarını yerinə yetirdi.
İlham Əliyev Şuşadakı çıxışında növbəti xəbərdarlıqlarını da etdi:
* "Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar, peşman olacaqlar".
* "Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər, əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil".
* "Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır".
* "Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik".
* "Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm".

Bəli, Azərbaycan həmişə sülhə sadiq olub, münaqişənin dinc yolla həllinə çalışıb!
Düşmən gücə arxalanaraq düz yola gəlməyəndə isə "dəmir yumruq"la başını əzib!

Yenə sülh tərəfdarıyıq!
Ancaq gözləməyə vaxtımız yoxdur!
Köhnə oyunlar bitib!
Cənubi Qafqazın ən güclü dövləti ilə hamı hesablaşmalıdır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-da seçki məntəqələri əməkdaşları təhdidlərlə üzləşiblər

09:33
05 Noyabr

Almaniya Ukraynaya əlavə 200 milyon avro yardım ayıracaq  

09:31
05 Noyabr

İqlim dəyişikliyi sağlamlığımızı da təhdid edir

09:00
05 Noyabr

Tramp, yoxsa Harris?!

08:55
05 Noyabr

Döyüş meydanında sona çatan 30 illik ömür yolu

08:50
05 Noyabr

Vüsala yetməyən ömür

08:45
05 Noyabr

"Biz çox şadıq ki, COP29 Azərbaycanda keçirilir"

08:40
05 Noyabr

“Yaşıl paytaxt”ın yeni abadlıq ünvanı

08:35
05 Noyabr

Prezident islahatlarının daha bir uğurlu nümunəsi

08:30
05 Noyabr

Heydər MƏMMƏDOV: "Ali hüquq təhsili alan gənclərin əksəriyyəti prokurorluq əməkdaşı olmaq istəyir"

08:25
05 Noyabr

"Ali təhsildə elmi fəaliyyətin və tədrisin təşkili: cari vəziyyət və yeni çağırışlar" və "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət"mövzularında tədbirlər keçirilib

08:20
05 Noyabr

Düşmən bütün cəbhələrdə itkilər verərək geri çəkilib

08:15
05 Noyabr

Əsrlərə bərabər 44 gündə yazılan möhtəşəm Zəfər

08:10
05 Noyabr

İlham Əliyevin Zəfər salnaməsi

08:05
05 Noyabr

Milli gücün təntənəsi

08:00
05 Noyabr

Zəfərin reallıqları - polad iradə, güclü dövlətçilik, etibarlı təhlükəsizlik sistemi

02:00
05 Noyabr

C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

00:55
05 Noyabr

Y.A.Ömərovun Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilməsi haqqında

00:55
05 Noyabr

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2130 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

00:54
05 Noyabr

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:53
05 Noyabr

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri - Sumqayıt Yaşayış Kompleksində və Ləkəran Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan

00:51
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!