21 May 2024 00:58
2215
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 17-ci maddəsinin birinci və ikinci cümlələrində, 54-7-ci maddəsinin birinci cümləsində, 54-8-ci və 78-2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Əsasnamənin 54-2-ci maddəsində, 54-5-ci maddəsinin ikinci cümləsində, 54-6-cı və 73-1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.3. həmin Əsasnamənin 11-2-ci və 45-2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
1.4. həmin Əsasnamənin 78-3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;
1.5. həmin Əsasnamənin 54-7-ci maddəsinin birinci cümləsində və 54-8-ci maddəsində "vəzifəli şəxs" dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində:
2.1.1. "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 54-5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.1.2. həmin Əsasnamənin 54-6-cı maddəsinə uyğun olaraq, yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan vergi orqanının vəzifəli şəxsinə və onun ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi qaydasını və məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. həmin Əsasnamənin 73-1-ci maddəsinə uyğun olaraq, vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması qaydasını dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. "Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1132-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üç ay müddətində:
3.1. "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 11-2-ci maddəsinə uyğun olaraq, vergi orqanlarında staj və sınaq keçmə qaydalarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. həmin Əsasnamənin 45-2-ci maddəsinə uyğun olaraq, vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 13 fevral tarixli 106 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 89 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. ikinci abzas 2.1-ci bənd hesab edilsin və həmin bənddən ", 12-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində, ikinci hissəsinin 2-ci bəndində və üçüncü hissəsində" sözləri çıxarılsın;
4.2. üçüncü abzas 2.3-cü bənd hesab olunsun və aşağıdakı məzmunda 2.2-ci bənd əlavə edilsin:
"2.2. həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində, ikinci hissəsinin 2-ci bəndində və üçüncü hissəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi  və Dövlət Vergi Xidməti qismində İqtisadiyyat Nazirliyi (Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə münasibətdə) nəzərdə tutulur;".
5. "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 476 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2-ci hissə ləğv edilsin;
5.2. 3-cü hissə üzrə:
5.2.1. 3.1-ci bənddə "17-ci maddəsində" sözləri "17-ci maddəsinin birinci və ikinci cümlələrində" sözləri ilə, "axırıncı abzasında, 74-cü maddəsinin birinci cümləsində və     78-ci" sözləri "on birinci abzasında, 54-7-ci maddəsinin birinci cümləsində, 54-8-ci maddəsində, 78-ci maddəsinin birinci cümləsində və 78-2-ci" sözləri ilə əvəz edilsin;
5.2.2. 3.2-ci bənddə "6-cı" sözü "6-cı maddəsinin birinci cümləsində" sözləri ilə, "və 55-ci maddəsinin birinci hissəsində (birinci halda)" sözləri ", 54-2-ci maddəsində, 54-5-ci maddəsinin ikinci cümləsində, 54-6-cı maddəsində, 55-ci maddəsinin birinci hissəsində (birinci halda) və 73-1-ci maddəsində" sözləri ilə əvəz edilsin;
5.2.3. 3.3-cü bəndə "76-cı maddəsində" sözlərindən sonra ", 78-3-cü maddəsinin birinci cümləsində" sözləri əlavə edilsin, həmin bənddə "38-ci maddəsində" sözləri "38-ci maddəsinin ikinci cümləsində" sözləri ilə əvəz olunsun və həmin bənddən "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında" sözləri çıxarılsın;
5.2.4. aşağıdakı məzmunda 3.3-1-ci və 3.5-ci bəndlər əlavə edilsin:
"3.3-1. həmin Əsasnamənin 11-2-ci və 45-2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;";
"3.5. həmin Əsasnamənin 16-cı maddəsinin ikinci hissəsində, 54-7-ci maddəsinin birinci cümləsində, 54-8-ci maddəsində və 78-ci maddəsinin birinci cümləsində "vəzifəli şəxs" dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri nəzərdə tutulur.";
5.2.5. 3.4-cü bənd ləğv edilsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 297 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 8 aprel tarixli 31 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"nin 1.7.3-cü yarımbəndində "xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən" sözləri "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 5-ci bəndi ilə" sözləri ilə əvəz edilsin. 
7. "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 17-ci maddəsinə münasibətdə bu Fərmanın 1.1-ci bəndi, 5.2.1-ci və 5.2.5-ci yarımbəndləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydası ilə eyni gündə qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!