05 İyun 2025 08:50
502
DÜNYA
A- A+
Fransada müsəlmanlara qarşı növbəti təxribat baş verib

Fransada müsəlmanlara qarşı növbəti təxribat baş verib


Fransada son illər islamofobiya  və irqçiliyin miqyası artmaqdadır. Bu ölkə Avropada bir növ islamofobiya "flaqman"ına çevrilib. Müstəqil tədqiqatçı və publisist Roland Ejen Laffitt bildirir ki, Fransada islamın siyasi bir anlayış olduğunu aşılamağa çalışırlar.

"Bu gün Fransada islamofobiya dövlət siyasətinə çevrilib. Əgər Fransada bir şəxs polis tərəfindən saxlanılıbsa və o, ərəbəsillidirsə, bu şəxs böyük çətinliklərlə üzləşir. Əgər işə müraciət edərkən, işəgötürən sizin ərəb soyadınızın olduğunu görsə, şansınız digər müraciət edənlərdən 7 dəfə azdır", - deyə tədqiqatçı vurğulayıb.

Qərbi Azərbaycan İcmasının (DAK) Fransa və Qərbi Avropa üzrə nümayəndəsi, Fransada Qərbi Azərbaycanlıların İrsini Qoruma İctimai Birliyinin sədri Zaur Sadıqbəyli Fransada azərbaycanlılara qarşı qərəzli münasibətin olduğunu deyir: "Fransada son vaxtlar bir çox müsəlman məktəbləri bağlanıb, imamlar işdən qovulub, kitabxanalardan islam dini ilə bağlı kitablar müsadirə olunub. Biz azərbaycanlılar da Ermənistan tərəfindən oxşar irqçi davranışa məruz qalmışıq. Ermənistanda Azərbaycan dilli məktəblər bağlanıb, oradan qovulanlar isə Azərbaycanda təhsil almağa məcbur edilib".

Fransanın Rona departamentinin Məscidlər Şurası xəbər verir ki, iyunun 3-də Lion yaxınlığındakı Villeurbanne şəhərindəki məsciddən Quran nüsxəsi oğurlanaraq yandırılıb. Məscidə gələn şəxs üzünü gizlədərək namaz zalına daxil olub və orada müsəlmanların müqəddəs kitabı olan Quranın nüsxələrindən birini götürüb. Daha sonra o, kitabı yandırıb və girişdə qoyaraq  gözdən itib. Qeyd edək ki, Lionda və şəhərin ətrafında 100 min erməni yaşayır.

Şura hadisəni müsəlmanlara nifrət aktı adlandırıb. Açıqlamada bunun tək bir hadisə olmadığı, Fransada müsəlmanlara qarşı silsilə hücumların tərkib hissəsi olduğu vurğulanıb. Müsəlman icmasının nümayəndələri islamofobiyanın güclənməsindən rahatsız olduqlarını bildiriblər. 

Polis faktla bağlı araşdırmalara başlayıb. Son məlumata görə, Fransada Quranı yandırmaqda şübhəli bilinən şəxs həbs olunub. Prokurorluq şübhəlinin "əqli cəhətdən qeyri-sabit" olduğunu qeyd edib. Lakin "ruhi xəstə"nin hücum obyekti kimi niyə kilsəni, Tövrat və İncili deyil, məhz məscidi və Quranı hədəf alması izah olunmur.

Bu hadisədən cəmi bir neçə gün əvvəl Fransada baş vermiş digər bir qanlı olay - tunislinin öldürülməsi  qəzəb dalğasına səbəb olmuşdur. Fransızəsilli şübhəlinin tunisli qonşusunu güllələdiyi, digər türkəsilli qonşusunu isə yaraladığı və nifrətlə dolu irqçi videolar yaydığı iddia edilir. Kot d'Azur bölgəsinin daxili hissəsində törədilən bu cinayətdən iki gün sonra Fransanın terrorizm işləri üzrə prokurorluğu işə qarışıb.

Prokurorluq irqi nifrət zəminində törədilən qətldə şübhəli bilinən şəxslə bağlı istintaqa başlayıb. Daxili işlər naziri Brüno Retayyo "X" sosial şəbəkəsində "İrqçilik ciddi şəkildə cəzalandırılmalıdır" deyə yazıb. Onun sözlərinə görə, şübhəlinin videoları irqçilik motivinin olmasını tam təsdiqləyir.

Xatırladaq ki, aprelin sonunda Fransada daha bir səs-küylü qətl hadisəsi baş vermişdi. Malidən olan bir kişi Fransanın cənubundakı məsciddə bıçaqlı hücum nəticəsində həlak olmuşdu. Cinayətkar ona 50-dən çox bıçaq zərbəsi vurmuş, törətdiyi cinayəti mobil telefonu ilə çəkmiş və islamofobik ifadələr işlətmişdir.


Rizvan CƏFƏROV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!