09 Avqust 2025 17:54
612
DÜNYA
A- A+
Fransada Həmkarlar İttifaqları Əlcəzair əleyhinə artan nifrət nitqlərini pisləyib  

Fransada Həmkarlar İttifaqları Əlcəzair əleyhinə artan nifrət nitqlərini pisləyib  


Parisin Sen-Sen-Deni departamentində yerləşən “La Bergère” parkında əlcəzairli inqilabçı və feminist Danyel Camila Amran-Minnin adını daşıyan binanın yandırılmasından sonra, bir sıra fransız həmkarlar ittifaqları bu cinayətdə sağçı ekstremizmin məsuliyyət daşıdığını bildiriblər.

AZƏRTAC xəbər verir ki, hadisə Əlcəzairin müstəqillik günündə keçirilən rəsmi mərasimdən və binanın Danyel Camila Amran-Minnin adı ilə rəsmi olaraq adlandırılmasından bir neçə həftə sonra baş verib. Departament rəsmiləri bu addımı Fransa ilə Əlcəzair xalqları arasında tarixi bağların rəmzi kimi qiymətləndiriblər. Lakin bu təşəbbüs Fransanın müstəmləkəçi keçmişinə nostalji ilə yanaşan ifrat sağçı çevrələrdə sərt tənqidə səbəb olub. Həmin binaya tezliklə irqçi şüarlar yazılıb, ardınca avqustun 4-də gecə yandırılıb. “Libération” qəzetinə görə, yanğın binanın ön hissəsində, Amran-Minnin adının yazıldığı və əvvəllər qara boya ilə qaralanmış hissədə başlayıb.

Ümumi Əmək Konfederasiyası (CGT) və “Union Syndicale Solidaires” kimi böyük həmkarlar ittifaqlarını birləşdirən “Visa 93” adlı kollektiv yayımladığı bəyanatda ifadə azadlığını və insan haqlarını təhdid edən bu cinayət aktını kəskin şəkildə qınayıb. “Bu ev bir aydır ki, Əlcəzair Milli Azadlıq Cəbhəsinin (FLN) döyüşçüsü və feminist Amran-Minnin adını daşıyır və həmin gündən bəri Fransa Əlcəzairinin nostalgiyasını yaşadan qrupların hədəfinə çevrilib”, - deyə bəyanatda bildirilir.

Həmkarlar ittifaqları qeyd edirlər ki, bu hücum təkcə bir akt deyil, əksinə, artmaqda olan irqçilik və islamofobiyanın bir hissəsidir. “Bu ağır hadisələr təəccüblü deyil. Çünki cəmiyyətdə irqçi və islamofob fikirlər artıq açıq şəkildə ifadə edilir və bu da nifrət cinayətlərinə zəmin yaradır”, - deyə bəyanatda vurğulanıb.

“Visa 93” və tərəfdaş həmkarlar ittifaqları hökuməti və ictimaiyyəti müstəmləkə nostalgiyasına, irqçiliyə və nifrət cinayətlərinə qarşı sərt tədbirlər görməyə çağırıblar.

“Visa 93” həmkarlar ittifaqları birliyi Fransada Əlcəzairə qarşı artan nifrət ritorikasına görə Fransa daxili işlər naziri Bruno Rötayonun məsuliyyət daşıdığını hesab edir. "Bir neçə aydır siyasi səhnənin bir hissəsində, hətta dövlətin yüksək səviyyəsində belə, başqa xalqları və mədəniyyətləri düşmən kimi təqdim edən çıxışlar bir-birini əvəz edir" - deyə həmkarlar ittifaqları birliyi bəyanatında qeyd olunur.

“Visa 93” xüsusilə Bruno Rötayonun Əlcəzairə qarşı sərt və ayrı-seçkilik dolu mövqeyini tənqid edib.

Həmkarlar ittifaqları birliyi əlavə edib ki, bu cür təxribatçı ritorika, Əlcəzairin müstəqillik uğrunda apardığı mübarizəni qeyri-legitim və ya hətta terrorçu mübarizə kimi göstərməyə xidmət edir və “Ordre Nouveau” (OAS) kimi ifrat sağçı təşkilatların tərəfdarlarına yeni enerji verir. “Belə bir siyasi mühitdə Əlcəzair vətəndaşları və Əlcəzair mənşəli fransızlar getdikcə daha çox hədəfə alınır”, – deyə “Visa 93” xəbərdarlıq edir.

“Visa 93” Fransa hökumətini və ictimaiyyətini, irqçiliyə, müstəmləkəçi nostalgiyaya və islamofobiyaya qarşı daha qətiyyətli və prinsipial mövqe tutmağa çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!