13 Yanvar 2026 13:41
160
DÜNYA
A- A+
Fransada fermerlərin 350-yə yaxın traktoru böyük etiraz aksiyası üçün Parisə daxil olub  

Fransada fermerlərin 350-yə yaxın traktoru böyük etiraz aksiyası üçün Parisə daxil olub  

Fransada fermerlərin narazılığı yenidən paytaxta daşınıb. Polis prefekturasının məlumatına görə, yanvarın 13-də səhər saat 8 radələrində Fransanın Kənd təsərrüfatı həmkarlar ittifaqı – FNSEA (Fédération nationale des syndicats d'exploitants agricoles) və Gənc Fermerlər (Jeunes Agriculteurs) təşkilatlarına məxsus təxminən 350 traktor Parisə daxil olub. Bu genişmiqyaslı səfərbərlik Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında nəzərdə tutulan azad ticarət sazişinə etiraz məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, traktorlar paytaxta “Porte Dauphine” qapısından daxil olub və çevik polis qüvvələrinin (CRS) müşayiəti ilə paytaxtın əsas prospektləri, eləcə də Yelisey çölləri boyunca hərəkət etməlidirlər. Aksiya iştirakçılarının yekun toplanma nöqtəsi isə Orse səkisinin qarşısı kimi müəyyən edilib. Traktorlardan birinin üzərində asılmış plakatda “Fermer olmadan ölkə olmaz” şüarı diqqət çəkir.

Təşkilatçıların məqsədi səhər saatlarında Yelisey sarayı ilə Milli Assambleya arasında yerləşən Konkord meydanında toplaşmaqdır. FNSEA həmkarlar ittifaqı tərəfindən rəsmi qaydada bəyan edilmiş etiraz marşrutunun Paris polis prefekti tərəfindən təsdiqləndiyi bildirilib. Prefektura nümayiş təşkilatçılarının təhlükəsizlik qaydalarına əməl edəcəyinə dair öhdəlik də götürdüklərini vurğulayıb.

Paraqvayda imzalanması planlaşdırılan MERCOSUR sazişinə bir neçə gün qalmış fermerlər aksiyalarını gücləndiriblər. Xüsusilə Fransanın ən böyük ticarət limanı olan Havrda (Seine-Maritime) yük maşınlarının yoxlanılması və filtrasiya tədbirləri həyata keçirilib. Bayonn (Pireney-Atlantik) və La Roşel (Charente-Maritime) limanlarında da oxşar blokadalar təşkil olunub. Fermerlər bu sazişin Avropa və Fransa kənd təsərrüfatı üçün ədalətsiz rəqabət yaradacağını, istehsal standartlarına cavab verməyən daha ucuz idxal məhsullarının bazara daxil olacağını düşünürlər. Hökumət isə gərginliyi azaltmaq üçün dialoqu davam etdirdiyini bildirir.

Bu gün hökumət sözçüsü Mod Brejon TF1 kanalında çıxışı zamanı “danışıqlar və müzakirələr davam edir” deyib. Onun sözlərinə görə, indiyə qədər təklif olunan tədbirlər son paket deyil. Mümkün yeni açıqlamalar arasında fermerlərin gəlirləri, su resurslarının idarə olunması və iqlim dəyişikliyinə uyğunlaşma kimi mövzular yer ala bilər. Brejon qeyd edib ki, bu siyahı tam deyil və hökumət fermerlərin narahatlıqlarına cavab vermək üçün əlavə addımlar ata bilər.

Parisə daxil olan yüzlərlə traktor isə göstərir ki, MERCOSUR sazişi ətrafında mübahisə hələ uzun müddət Fransa siyasi və ictimai gündəminin mərkəzində qalacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İrandan Gürcüstana külli miqdarda narkotik vasitə aparılmasının qarşısı alınıb  

17:26
13 Yanvar

Cənubi Koreyanın sabiq Prezidenti üçün edam cəzası tələb olunur  

17:23
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB    

17:22
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB  

17:18
13 Yanvar

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib  

17:09
13 Yanvar

Ağdərənin Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq YENİLƏNİB  

16:33
13 Yanvar

Dövlətin su təminatı məsələsinə həssas yanaşması təsadüfi deyil- ŞƏRH  

16:30
13 Yanvar

Ötən il 70 min hektara yaxın ərazi minalardan təmizlənib  

16:29
13 Yanvar

Cevdet Yılmaz: İqtisadi artım strukturu Türkiyəni dünyanın bir çox ölkəsindən müsbət mənada fərqləndirir  

16:28
13 Yanvar

Mütəxəssis: Bakıda və Azərbaycanın bölgələrində yağıntının miqdarının artacağı və küləyin güclənəcəyi gözlənilir  

16:28
13 Yanvar

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə təlim proqramı təşkil olunub  

16:07
13 Yanvar

Türkiyəli ekspert: Yaşıl enerji dəhlizləri Azərbaycanı və Türkiyəni Avropa ilə birləşdirən strateji güc xəttinə çevirir  

15:41
13 Yanvar

Azərbaycan Vyanada “Türk həftəsi”nin açılışında təmsil olunub  

15:32
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB  

15:28
13 Yanvar

Azərbaycanın «yaşıl» enerji gündəliyi qlobal səviyyədə təqdir olunur  

15:24
13 Yanvar

“ADEX 2026”: Müdafiə sənayesində yeni məhsul və texnologiyalar Bakıda sərgilənəcək  

15:13
13 Yanvar

“Əmək və Məşğulluq” altsistemində “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib

15:11
13 Yanvar

Türkiyənin nəqliyyat naziri: Zəngəzur dəhlizi 2030-cu ilədək istismara buraxıla bilər  

15:02
13 Yanvar

Ukrayna Prezidenti: Kiyev vilayətində yüz minlərlə ailənin elektrik enerjisi təchizatı kəsilib

14:51
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunda “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib YENİLƏNİB  

14:39
13 Yanvar

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları fevralın 24-dək qəbul edilə bilər  

14:19
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!