16 Sentyabr 2023 01:26
2420
Nazirlər Kabineti
A- A+
“Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi Qaydası"nın təsdiq edilməsi və “Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 avqust tarixli 310 nömrəli Qərarının ləğv edilməsi haqqında

“Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi Qaydası"nın təsdiq edilməsi və “Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 avqust tarixli 310 nömrəli Qərarının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

№ 326

"Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 yanvar tarixli 2008 nömrəli Fərmanının 2.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. "Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi Qaydası"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 avqust tarixli 310 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve-ricilik Toplusu, 2016, № 8, maddə 1447; 2017, № 8, maddə 1630; 2018, № 10, maddə 2157) ləğv edilsin. 

 

Əli ƏsƏdov,

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri,  14 sentyabr  2023-cü il

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 sentyabr tarixli
326 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən
zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi

QAYDASI

 

1. Ümumi müddəalar

1.1. "Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi Qaydası" (bundan sonra - Qayda) "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 5.8-ci maddəsinə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2002-ci il 20 dekabr tarixli 1452 nömrəli, 2006-cı il 14 oktyabr tarixli 1718 nömrəli və 2015-ci il 20 iyul tarixli 2231 nömrəli qətnamələrinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslərin və qurumların (bundan sonra - fiziki şəxslər və qurumlar) dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydasını müəyyən edir.

 

2. Dondurulmuş aktivlərdən istifadənin əsasları

 

2.1. Fiziki şəxslər və qurumlar tərəfindən dondurulmuş aktivlərdən istifadəyə dair icazə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (bundan sonra - Dövlət Təhlükəsizliyi Xidməti) tərəfindən verilir.

2.2. Dövlət Təhlükəsizliyi Xidməti ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra         7 (yeddi) iş günü müddətində, beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra bu Qaydanın  3.3-cü və 3.4-cü bəndlərində qeyd olunan müddətdə gözlənilməz xərclərə və aşağıdakı zəruri xərclərə ehtiyacın ödənilməsini təmin etmək məqsədilə dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul edir:

2.2.1. vergi və rüsumlar;

2.2.2. sığorta ödənişləri (həyatın yığım sığortası istisna olmaqla);

2.2.3. kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri, mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri);

2.2.4. maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları;

2.2.5. qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər;

2.2.6. peşəkar fəaliyyət ilə əlaqədar üzvlük haqları və hüquqi xidmətlərin göstərilməsi xərclərinin ödənilməsi üçün zəruri olan ödənişlər;

2.2.7. dondurulmuş əmlakın saxlanılması üçün ödənişlər.

2.3. Fiziki şəxslərin və qurumların yazılı müraciətlərində bu Qaydanın 3.3.1-ci və 3.3.3-3.3.11-ci yarımbəndlərində qeyd olunan məlumatlar nəzərdə tutulmalıdır.

2.4. Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən 1 (bir) iş günü müddətində fiziki şəxsləri və ya qurumları müraciətin qəbul edilməsi və bu Qaydada nəzərdə tutulan prosedur barədə məlumatlandırmalıdır.

 

3. Dondurulmuş aktivlərdən istifadəyə dair icazənin verilməsi qaydası

 

3.1. Dondurulmuş aktivlərdən istifadəyə dair icazə  istifadə olunacaq vəsaitin terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsinə yönəldilməsi riski tam aradan qaldırıldıqdan sonra verilir.

3.2. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının terrorçuluğun və terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə yaradılmış Sanksiya Komitələri tərəfindən müəyyən edilmiş meyarlar əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müraciəti ilə beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi məqsədilə dondurulmuş aktivlərindən istifadəyə dair Dövlət Təhlükəsizliyi Xidmətinin qərarı müvafiq Komitənin rəyi nəzərə alınmaqla qəbul edilir.

3.3. Rəyin alınması üçün Dövlət Təhlükəsizliyi Xidməti müraciətin qəbul edildiyi tarixdən etibarən 1 (bir) iş günü müddətində həmin müraciəti Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələrinə göndərilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə 2 (iki) iş günü müddətində həmin müraciət əsasında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələrinə sorğu ünvanlayır. Sorğuda aşağıdakılar nəzərdə tutulmalıdır:

3.3.1. fiziki şəxsin və ya qurumun adı və ünvanı;

3.3.2. fiziki şəxsin və ya qurumun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələri tərəfindən müəyyən edilmiş siyahıda daimi istinad nömrəsi;

3.3.3. fiziki şəxsin və ya qurumun hesabı barədə məlumatlar (maliyyə institutunun adı və ünvanı, hesab nömrəsi);

3.3.4. ödənişin məqsədi, zəruri və gözlənilməz xərclərə ehtiyacın əsaslandırılması;

3.3.5. bu Qaydanın 2.2-si bəndində nəzərdə tutulmuş zəruri xərclərin növü və ya gözlənilməz xərclərin mahiyyəti;

3.3.6. ödənişlərin məbləği və sayı;

3.3.7. ödənişlərin başlandığı və bitdiyi tarix;

3.3.8. ödənişin həyata keçirilməsi forması;

3.3.9. istifadə olunacaq dondurulmuş aktiv barədə məlumat (aktivin növü, olduğu yeri, təsviri və s.);

3.3.10. vəsaiti qəbul edən tərəfin adı və ünvanı;

3.3.11. ödənişdən tutulmalar.

3.4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya Komitələrinin rəyini daxil olduqdan sonra 2 (iki) iş günü müddətində Dövlət Təhlükəsizliyi Xidmətinə göndərir. Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş halda, həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti Sanksiya  Komitələrinin mənfi rəyi olmadığı təqdirdə, həmin rəyin Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmasından sonra 1 (bir) iş günü müddətində aktivləri dondurulmuş fiziki şəxslərin və qurumların aktivlərindən istifadəyə dair qərar qəbul edir.

3.5. Dondurulmuş hesabdakı qalıq vəsait zəruri və gözlənilməz xərclərə ehtiyacları ödəmək üçün kifayət etmədiyi təqdirdə, aşağıdakı aktivlərdən istifadə olunmasına icazə verilə bilər:

3.5.1. dondurulmuş hesablara həmin hesablar üzrə ediləcək hər hansı faiz və ya digər gəlirlər;

3.5.2. hesablar dondurulan dövrədək olan müddətdə bağlanılmış əqdlər, razılaşmalar və ya öhdəliklər üzrə ödəmələr;

3.5.3. fiziki şəxslərin və qurumların xeyrinə ediləcək hər hansı digər ödənişlər.

3.6. Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydanın 2.2-ci və 3.4-cü bəndlərində nəzərdə tutulan qərar barədə müraciət edən fiziki şəxslərə və qurumlara dərhal məlumat verir.

3.7. Fiziki şəxslər və qurumlar zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadəyə dair Dövlət Təhlükəsizliyi Xidmətinin qərarından inzibati və məhkəmə qaydasında şikayət verə bilərlər.

 

4.  Dondurulmuş aktivlərdən istifadəyə dair qərarın icrası

 

4.1. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən bu Qaydanın 2.2-ci və 3.4-cü bəndlərinə uyğun olaraq dondurulmuş aktivlərdən istifadəyə dair qəbul edilmiş qərar "Hədəfli maliyyə sanksiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər (bundan sonra - subyekt) üçün məcburi qüvvəyə malikdir.

4.2. Dövlət Təhlükəsizliyi Xidməti bu Qaydanın 2.2-ci və 3.4-cü bəndlərinə uyğun olaraq dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul etdikdə, həmin qərarı dərhal Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə və subyektə göndərir.

4.3. Subyekt dərhal dondurulmuş aktivlərdən istifadəyə dair qərara uyğun olaraq, ödənişlərin aparılmasını həyata keçirir və bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə yazılı formada məlumat verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!