02 Mart 2022 00:21
1538
Mədəniyyət
A- A+
Fiziki məhdudiyyətlilərə dövlət qayğısı daimidir

Fiziki məhdudiyyətlilərə dövlət qayğısı daimidir

 

Onların cəmiyyətə inteqrasiyası üçün həyata keçirilən tədbirlər formaca müxtəlif, məzmunca eynidir: “siz bizlərdən birisiniz”

 

...Həyatın sınaqları müxtəlif olur. İnsan övladı dünyaya gələndən bu sınaqlardan keçir, əzmi, iradəsi, qətiyyəti ilə arzularına qovuşur və cəmiyyətin onun zehni, yaxud fiziki əməyinə entiyacını duyduqca yaşamaq, yaratmaq əzmi bir az da artır.

Anadangəlmə, yaxud sonradan aldığı hansısa fiziki, yaxud psixoloji zərbədən əlillik qazananların daha çox mənəvi dəstəyə ehtiyacları olur. Ona görə də dövlət və vətəndaş cəmiyyəti daim onların yanındadır.

Ulu Öndər Heydər Əliyev belə insanların istedadlı və bacarıqlı olduqlarını, belə qabiliyyətlilərin isə cəmiyyətə təqdim edilməsinin vacibliyini hər dəfə qeyd edirdi.

Fiziki məhdudiyyətli olsalar da, əzmini toplayaraq daim yüksəklərə, uğurlara doğru irəliləyənlər bir daha təsdiq edirlər ki, əlillik qüsur deyil. Onlar güclü özünəinam qarşısında məhdudiyyətin aradan qalxdığını bütün insanlığa bir mesaj kimi ünvanlayıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan, fiziki məhdudiyyətli istedadlıların cəmiyyətə inteqrasiyası üçün müxtəlif layihələr həyata keçirir. Belə gərəkli layihələrdən biri də bu kateqoriyadan olanların qabiliyyət və istedadlıları haqqında ensiklopedik kitab-albomun nəşridir ki, bu da seriya şəklində buraxılır. “Əlillik qüsur deyil” adlı yeni nəşrdə cəmiyyətin bir parçası olan fiziki məhdudiyyətli istedadlıların qabiliyyətləri onların əl işlərindən də görünür. Kitab-albomda verilən nümunələrin timsalında deyə bilərik ki, ən əsası, insanda iradədir: “...İnsanın qəlbindəki həyat eşqi, qurub-yaratmaq istəyinin tükənməzliyidir. Əlbəttə, əlilliyi olan şəxslər hər zaman öz əməyinin bəhrəsi, güclü iradəsi ilə uğurlar qazana bilib. Amma onların cəmiyyətə inteqrasiya olunmasında ailələrinin, yaxınlarının da zəhməti az deyil. Ən böyük dəstək isə dövlət tərəfindən göstərilən xüsusi qayğı və diqqətdir”.

Bu kateqoriyadan olan insanların həyata baxışları da fərqli olur, həvəs və istəkləri də. Əlilliyi olanların cəmiyyətin digər fərdləri ilə bərabər imkanlara malik olması haqqında ilk mühüm beynəlxalq sənəd 1975-ci ildə BMT-nin Baş Məclisində qəbul edilib.  Həmin sənəddə əlilliyi olanlarla sağlam şəxslərin mülki və siyasi hüquqları arasında heç bir fərq qoyulmaması, dövlət tərəfindən bunun təmin olunması xüsusilə qeyd edilib.

Kitab-albomda bütün bunlar, həmçinin fiziki cəhətdən qüsurlu olan istedadlıların diqqət və qayğıdan kənarda qalmaması kimi vacib məsələlər öz əksini tapıb.

Kitab-albomda qeyd edilir ki, 2019-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı şəkildə təmir və yenidənqurmadan sonra istifadəyə verilib. 2021-ci il fevralın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ölkəmizdə ən böyük reabilitasiya müəssisəsi hesab edilən, Bakının Xəzər rayonunda yerləşən Şağan Reabilitasiya Mərkəzinin də əsaslı şəkildə təmirdən sonra açılışı olub. Bütün bunlar əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpasına, onların reabilitasiya imkanlarının artırılmasına və eyni zamanda keyfiyyətli xidmətlərlə təmin olunmalarına yüksək qayğının daha bir təzahürüdür.

Dövlət başçısı bunları ümumiləşdirərək demişdir: “...Hər bir vətəndaş bizim üçün qiymətlidir. Fiziki məhdudiyyətli insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək. Əlillərin normal həyata inteqrasiyası üçün Azərbaycanda böyük işlər görülür. Bir çox hallarda bizim təcrübəmiz başqa ölkələrdə öyrənilir...”

Bu topluda diqqətçəkən məqamlardan biri də odur ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın fiziki məhdudiyyətli, Vətən müharibəsi qaziləri, eləcə də daim sosial müdafiəyə ehtiyacı olan digər həssas qrup hesab edilən - ahıl yaşlı, tənha qoca-qarılarla  keçirilən görüşlərindən bir-birindən maraqlı fotolar öz əksini tapıb.

İstedad, doğrudan da, sərhəd tanımır. İstedad və qabiliyyət ruhu, düşüncəsi sağlam, lakin fiziki qüsuru olanlar üçün sanki zülmət gecədən sabaha açılan nurlu günəşdir. İstedad belələrinin dünyaya baxışlarını dəyişir, həyata daha da bağlayır və nəyə qadir olduqlarını üzə çıxarır. Bu kitabda da məhz qabiliyyəti və bacarığı ilə cəmiyyətə inteqrasiya olunan istedadlılar toplanıb.

“DOST”un dostları”, “İncəsənət nümunələrinin kataloqu”, “Nəşrlərimiz”, “İdman sahəsində əldə edilən uğurlar” və s. bölmələrdə əlilliyi olan istedadlıların qabiliyyətlərindən soraq verən sənət əsərləri ilə yaxından tanış olmaq mümkündür. Bir sözlə, yeni nəşr fiziki məhdudiyyətlilərin cəmiyyətə inteqrasiyası baxımından böyük əhəmiyyətə malikdir.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!