16 Sentyabr 2025 09:10
10556
Səhiyyə
A- A+
Fiziki aktivlik hər yaşda sağlamlığın açarıdır

Fiziki aktivlik hər yaşda sağlamlığın açarıdır


Sağlamlığın təməl şərti olan fiziki aktivlik təkcə bədəni formada saxlamaq üçün deyil, həm də ümumi rifahı yaxşılaşdırmaq, enerji potensialını yüksəltmək və daha sağlam həyat tərzi keçirtmək üçün vacibdir. 

Mütəmadi hərəkət zamanı qan dövranı yaxşılaşır, əzələlər güclənir və ürək daha effektiv işləməyə başlayır. Hərəkət azaldıqca bədən passivləşir, maddələr mübadiləsi yavaşlayır və müxtəlif sağlamlıq problemləri yaranır. İnsan nə qədər az hərəkət edirsə, qan dövranı bir o qədər zəifləyir və bu da yüksək qan təzyiqinə, infarkt və insult kimi problemlərə səbəb olur.

İdman etmək həm də zehni sağlamlıq üçün faydalıdır. Hərəkət zamanı orqanizmdə "xoşbəxtlik hormonu" adlanan endorfin ifraz olunur. O, gərginliyi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır. Mütəmadi idman, həmçinin beyində serotonin və dopaminin səviyyəsini artırır, bu da depressiya və təşviş pozuntularının riskini azaldır.

Fiziki aktivliyin saysız-hesabsız faydaları olsa da, düzgün tətbiq olunmadıqda zərəri də dəyə bilər. Hər kəs yaşına, bədən quruluşuna və sağlamlıq vəziyyətinə uyğun idman növünü seçməlidir. Əks halda yanlış məşqlər ürək-damar sistemi, oynaqlar və əzələlərdə ciddi fəsadlara yol aça bilər.

Mütəxəssislər hesab edirlər ki, gəzmək hər yaşda olan insanlara uyğun və təhlükəsiz məşq növüdür. O, xüsusilə oynaq problemləri olan və artıq çəkidən əziyyət çəkən insanlar üçün ideal seçimdir. Mütəmadi gəzintilər yorğunluq və zədələnmə riskini azaldır. Ürək ritmi tədricən artır, bədən oksigenlə daha yaxşı təmin olunur və qan dövranı normallaşır. Qaçmaq isə daha intensiv fəaliyyət olduğu üçün kalorilərin tez yandırılmasına kömək edir və dözümlülüyü artırır. Lakin qaçışın oynaq və sümüklərə daha çox yük saldığı nəzərə alınmalıdır.

Sidney universitetinin tədqiqatçıları bildiriblər ki, yüksək qan təzyiqi olan insanların hər gün sürətli gəzməsi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır. Araşdırma zamanı 36 minə yaxın yüksəktəzyiqli insanın məlumatları təhlil olunub. Nəticələrə görə, gündə 30 dəqiqə orta sürətlə (dəqiqədə 80 addım) yeriyənlərdə ürək-damar problemi riski 30 faiz azalır. Digər bir araşdırmaya görə, sürətli gəzintilər və fərdi şəkildə tərtib olunmuş fiziki aktivlik proqramı bağırsaq xərçəngindən əziyyət çəkən insanların ölüm riskini 30-40 faizdən çox azalda bilər. Böyük Britaniya da daxil olmaqla altı ölkədə 889 xərçəng xəstəsi arasında aparılan beşillik müşahidə göstərib ki, strukturlaşdırılmış idman proqramı xəstəliyin təkrarlanma ehtimalını əhəmiyyətli dərəcədə azaldır və sağ qalma göstəricilərini artırır. Məlum olub ki, fərdi idman proqramı tətbiq olunan xəstələrin 80 faizi beş ildən sonra tam sağalıb. Alimlər bu nəticələrin xərçəng müalicəsində fiziki aktivliyin standart tibbi yardıma inteqrasiyasına təkan verəcəyinə ümid edirlər.

Fiziki aktvliklə məşğul olmaq uşaqlıq dövründən başlanılsa, daha yaxşı olar. Valideynlər övladlarını passiv həyat tərzindən uzaq tutaraq açıq havada oynamağa, idmana təşviq etməlidirlər. 4-18 yaşlarda fiziki aktivlik əsasən oyun formasında olmalıdır. Gimnastika, velosiped sürmək və üzgüçülük kimi fəaliyyətlər uşaqların həm əylənməsinə, həm də sağlam böyüməsinə kömək edir. Eyni zamanda komanda oyunları onların ünsiyyət bacarıqlarını və birlikdə işləmə vərdişlərini inkişaf etdirir. Sümük və əzələ sistemi tam formalaşmadığı üçün uşaq və yeniyetmələrə ağır çəkili idman alətlərindən istifadə qadağan edilməlidir.

Gənclik dövründə orqanizm daha güclü olduğu üçün 18-35 yaşlarda həm güc, həm də dözümlülük məşqləri faydalıdır. Lakin ürək-damar problemi olan gənclərin yüksək intensivlikli kardio məşqlərdən uzaq durması məsləhətdir. Çəkisi artıq olanlar isə ağır gimnastikadan əvvəl mütləq yüngül yürüş və pəhriz etməlidir. 35-55 yaşlarında metabolizm tədricən yavaşlayır, oynaqlarda yüklənmə artır. Bu dövrdə ağırlıq qaldırmaq, yüksəksürətli qaçış kimi məşqlərdən çox, sürətli yerimə, üzgüçülük və yoqa faydalıdır.

Yaşlı insanlar isə idman növünü daha diqqətlə seçməlidirlər. Yaşlandıqca bədən əvvəlki kimi çevik olmur və bəzi fiziki fəaliyyətlər riskli ola bilər. Bu dövrdə əsas məqsəd hərəkətliliyi qorumaq və ürək-damar sistemini gücləndirməkdir. Buna görə də, yaşlılar üçün ən uyğun idman növləri oynaq və sümüklərə yük salmayan, lakin bədəni gücləndirən məşqlərdir. Yaşlı insanlar hərəkətsiz qaldıqca əzələlər zəifləyir, buna görə də gündəlik az da olsa, fiziki aktiv olmaq çox vacibdir. Təhlükəsiz və effektiv olduğu üçün gəzinti ən yaxşı seçimlərdən biridir. Suyun dəstəyi ilə bədən daha az yükləndiyi üçün suda edilən hərəkətlər çox faydalıdır. Su aerobikası və ya üzgüçülük bədənə əlavə yük salmadan əzələləri gücləndirir və bədən elastikliyini qoruyur. Həmçinin yüngül dartınma hərəkətləri və ya sadə gimnastika məşqləri yaşlı insanların daha sağlam və gümrah qalmasına kömək edə bilər. Yoqa və meditasiya isə həm bədənə, həm də zehnə rahatlıq verir. 

İdmanın növü qədər saatı da önəmlidir. Səhər idmanı maddələr mübadiləsini sürətləndirir və günə enerjili başlamağa kömək edir. Nəticədə insanlar gün ərzində daha aktiv və məhsuldar olurlar. Axşam saatlarında fiziki aktivliklə məşğul olmaq isə gün ərzində yığılan stresi azaltmağa kömək edir. Axşam məşq edən insanlar günün sonunda rahatlıq hiss edir və daha yaxşı yuxuya gedirlər.

Nəticə etibarilə, fiziki hərəkət sağlamlığın qorunması, həyat keyfiyyətinin yüksəldilməsi və uzunömürlülük üçün ən təsirli vasitələrdən biridir. Lakin unutmaq olmaz ki, hər şeydə olduğu kimi, burada da ölçü və düzgün yanaşma əsas şərtdir. İnsan öz yaşına, sağlamlıq vəziyyətinə və imkanlarına uyğun məşqlər seçməli, mütəxəssis məsləhətlərini nəzərə almalıdır. Yalnız bu halda idmanın faydaları maksimum olacaq, zərərləri isə minimuma enəcəkdir.


 Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!