01 Dekabr 2023 13:53
293
İDMAN
A- A+

FIDE reytinqi: Rauf Məmmədov irəliləyib, Teymur Rəcəbov geriləyib

 

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 2723 xalla 9 pillə geriləyərək 26-cı sırada qərarlaşıb. Onunla eyni xalı bölüşən Teymur Rəcəbov (2723) 14-cü yeri 27-yə dəyişib.

2651 xalı olan Rauf Məmmədov 9 pilləlik sıçrayışla 90-cı yerə yüksəlib. Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2641) 53-cü sıradan 98-ə enib. Rauf Hüseynov isə reytinq cədvəlini tərk edib.

Siyahıya norveçli Maqnus Karlsen (2830) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2794), üçüncü sırada isə onun həmyerlisi Hikaru Nakamura (2788) yer alıb.

Qadın şahmatçılar arasında ən yaxşı göstəriciyə malik Günay Məmmədzadə (2449) 2 pillə irəliləyərək 27-ci yerə yüksəlib. Ülviyyə Fətəliyeva (2384) 67-ci, Gövhər Abdullayeva (2374) 77-ci, Xanım Balacayeva 98-ci və Gülnar Məmmədova (hər ikisi 2350) isə 99-cu yerləri tutublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video