08 Fevral 2025 19:31
562
Mədəniyyət
A- A+
Fərhad Bədəlbəyli: Bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcəyik  

Fərhad Bədəlbəyli: Bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcəyik  


Adətən biz Qəbələdə Beynəlxalq Musiqi Festivalını yay aylarında təşkil edirdik. Ancaq bizə belə bir təklif gəldi ki, maraqlı qış festivalı keçirək. Çünki son illər ölkəmizdə qış turizmi sürətlə inkişaf edir. Qəbələyə istər Bakıdan, bölgələrdən, istərsə də xaricdən çox sayda qonaq gəlir. Festivalla bağlı dünyaşöhrətli müğənnimiz Yusif Eyvazova müraciət etdik və o da İtaliyadan, İspaniyadan öz dostlarını, məşhur ifaçıları dəvət etdi. Festivalın açılışında onların iştirakı ilə çox maraqlı konsert proqramını izlədik.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qəbələ “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli söyləyib.

Bu kimi festivalların keçirilməsinin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan festivalın bədii rəhbəri deyib: “Xarici dövlətlərdən təşrif buyuran qonaqlar, festival iştirakçıları ölkəmizin mədəniyyəti, incəsənəti ilə birbaşa tanış olurlar. Musiqinin gücü o qədər qüdrətli və sərhədsizdir ki, bu festivalda dünyanın müxtəlif ölkələrindən gələn məşhur solistlər və ansamblların ifası ilə biz mənəvi yaxınlığımızı hiss edirik. Festivalın əsas məqsədi də məhz bundan ibarətdir.

Ona görə də mən, ilk növbədə, Heydər Əliyev Fonduna, onun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyevaya çox böyük təşəkkürümü bildirirəm. Fond həmişə bizi dəstəkləyir. On beş il ərzində keçirilən bütün festivallar məhz Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Bu dəfə də dəstəklədilər, təşkilati məsələlərdə bizə çox böyük kömək göstərdilər. Eyni zamanda, festivalı dəstəklədiyinə görə rəhbəri olduğum Bakı Musiqi Akademiyasının kollektivinə və “Gilan”a da təşəkkürümüzü bildiririk. Çox şadam ki, bizim tələbələrimiz də festivalda fəal iştirak edirlər. Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin ifaçılarının yarısı bizim tələbələrdir”.

Builki festivalın da əlamətdar hadisə ilə yadda qalacağını vurğulayan Fərhad Bədəlbəyli deyib: “Bu il dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyidir. Sentyabrda bu yubileyi təntənə ilə qeyd edəcəyik. Məhz ona görə də festivalımız ölməz bəstəkarın “Koroğlu” operasından “Uvertüra” ilə başlandı. Çox şadam ki, növbəti konsertlərdə məşhur bəstəkarımız Qara Qarayevin, həmçinin Avropa bəstəkarlarının əsərləri ifa olunacaq. Əminəm ki, festivalımız bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq

15:04
22 Mart

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb

14:57
22 Mart

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib

13:59
22 Mart

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

13:47
22 Mart

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

11:51
22 Mart

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib 

10:53
22 Mart

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

09:31
22 Mart

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

00:51
22 Mart

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

22:51
21 Mart

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

22:38
21 Mart

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür

22:23
21 Mart

Özbəkistan Prezidenti: İkitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir

22:11
21 Mart

İran Prezidenti: Ümid edirəm ki, yeni il ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək, xalqlarımızın rifah və firavanlığına xidmət edəcək

22:01
21 Mart

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

21:54
21 Mart

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

21:49
21 Mart

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

21:46
21 Mart

ABŞ altıncı nəsil döyüş təyyarəsinin istehsalına başlayır

21:27
21 Mart

Lionel Messi "Barselona"ya qayıda bilər

20:49
21 Mart

Si Cinpin: Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir  

19:59
21 Mart

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

19:53
21 Mart

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uşaqlar üçün Novruz şənlikləri keçirir  

18:45
21 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!