Fəallığımızı artırırıq
Gənclər hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı təbəqədir. Onlarla düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci elm, təhsil, idman, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir.
Gənclər cəmiyyət həyatının bütün sahələrində fəallıq göstərir, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artması, siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işinə əhəmiyyətli töhfələr verirlər. Ona görə də dövlətin gənclər siyasəti bu gün çox önəmlidir. Sevindirici haldır ki, gənclik Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsləri ilə reallaşan bütün layihələrin icrasında xüsusilə fərqlənir.
Təhsil aldığım Bakı Dövlət Universitetinin tələbələri də dövlət gənclər siyasətindən bəhrələnərək özlərinin potensialını artırır, ictimai fəallıq göstərirlər. Universitetimizin tələbə-gənclərdən ibarət könüllü dəstələri koronavirus bəlasının ölkəmizdə yayılmağa başlamamışdan öncə də respublikamızda, xüsusən paytaxt Bakıda keçirilən bütün tədbirlərdə yaxından iştirak edib.
Dövlət rəhbərimizin ölkə gəncliyi ilə bağlı arzularının reallaşmasında, irəli sürdüyü davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. Onun irəli sürdüyü layihələr, Heydər Əliyev Fondunun bu layihələrin icrası istiqamətində gördüyü işlər cəmiyyətin ümumi potensialını səfərbər edir. Gənc nəslə öz bilik və bacarıqlarını nümayiş etdirməkdən ötrü bərabər imkanlar yaradır. Mehriban xanım Əliyevanın elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü fəaliyyəti biz gənclər üçün parlaq vətənpərvərlik nümunəsidir.
Azərbaycan gəncliyi bu siyasəti dəstəkləyir, ölkəmizin xoşbəxt gələcəyini, yeni qüdrətli mərhələlərə yüksəlməsini bu strateji inkişaf kursunda görür. Gənclər bu gün məsul vəzifələrə irəli çəkilir, onlara yüksək etimad göstərilir. Ən əsası odur ki, tapşırılan işlərin icrasında xüsusi fəallıq göstərirlər.
Gənclərin simasında idarəetmə sistemi zamanın çağırışlarına uyğun dəyişir, ölkə həyatına mütərəqqi meyillər daxil olur. Azərbaycan gəncliyi öz bilik və bacarıqları ilə ölkəmizdə aparılan inkişaf proseslərinə töhfə verir. Gənclərin könüllü xidmət sahələri daha da genişlənir.
Dövlət başçısı gənclərlə çoxsaylı görüşlər keçirir, bilikli olmaq üçün yaxşı oxumağın zəruriliyini qeyd edir. İstəyir ki, öz sahələrində peşəkar olsunlar və fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərsinlər. Doğrudan da, bu gün gənclər ən yüksək meyarlara cavab verirlər - bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda onlar xoşagəlməz hallara qarşı mübarizədə də öndədirlər.
Azərbaycan Prezidenti dünyanı çənginə almış, pandemiyaya çevrilərək ölkələri iflic halına salan, insanların sağlamlığına qənim kəsilən, iqtisadiyyata ağır zərbə vuran koronavirusla bağlı görülən tədbirlərə və əldə edilən son nəticələrə diqqət ayırarkən də gənclərin bu sahədə fəallığını xüsusi vurğulayıb. Səhiyyə sisteminin qısa müddət ərzində yenidən qurulmasını, burada xüsusilə TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı onu da bildirib ki, bu sahədə xidmət göstərənlərin əksəriyyəti gənclərdir. Bu nailiyyətlərdə gənc mütəxəssislərin, o cümlədən peşəkarlıqları və vətənpərvərlikləri ilə seçilən könüllülərin əməyi çox böyükdür.
Səriyyə HƏSƏNOVA,
BDU-nun Beynəlxalq Münasibətlər fakültəsinin tələbəsi, könüllü
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu
29 Aprel
Geomaqnit sahəsi qeyri-stabil olacaq
29 Aprel
“Google Play Market”də yeni funksiya istifadəyə verilir
29 Aprel
Çağrı mərkəzlərində süni zəka dövrü başlayır
29 Aprel
Jerar Depardye Parisdə saxlanılıb
29 Aprel
Azərbaycanlı mütəxəssis Avropa Gimnastikasının İtaliyadakı tədbirində iştirak edib
29 Aprel
Ukraynalı deputat: Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi qəbuledilm...
29 Aprel
BMTİP ilə bərpa olunan enerjidən istifadə etməklə mərkəzləşdirilmiş istilik təchizatının qurulması m...
29 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
29 Aprel
Baş prokuror TİHEK-in rəhbəri ilə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!