09 Fevral 2026 11:40
388
CƏMİYYƏT
A- A+
Əziz Ələkbərli: Köçəryan, Sarkisyan kimi müharibə caniləri də Azərbaycana təhvil verilməli və xalqımız qarşısında mühakimə olunmalıdırlar  

Əziz Ələkbərli: Köçəryan, Sarkisyan kimi müharibə caniləri də Azərbaycana təhvil verilməli və xalqımız qarşısında mühakimə olunmalıdırlar  


Düz 38 il bundan əvvəl Azərbaycan qonşu respublikanın xalqımıza və dövlətimizə qarşı illər boyu davam edən düşmənçiliyinin yeni dalğası ilə üz-üzə qalmışdı. Bizi heç kəs müdafiə etmədi, nəticədə torpaqlarımız işğal olundu, insanlarımız ata-baba ocağından qovuldu, cəlb olunduğumuz ədalətsiz müharibədə on minlərlə övladımız şəhid, on minlərlə vətəndaşımız əlil oldu. Nəhayət, xalqımız özündə güc tapıb, bu bataqlıqdan çıxdı, tarixin təkərlərini irəliyə aparmağı bacaran Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev kimi liderlərimiz sayəsində tarixi ədaləti bərpa etdi. Torpaqlarımız işğaldan azad olundu, suverenliyimiz tam bərpa edildi. İnsanlıq əleyhinə cinayətlər törədən bir qrup müharibə canisi isə məhkəmə qarşısına çıxarıldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləyib.

O qeyd edib ki, Prezident İlham Əliyev hələ torpaqlarımız işğal altında olanda Xocalı soyqırımını və digər ağır cinayətləri törədənlərin ədalət mühakiməsinə cəlb ediləcəyini dəfələrlə bildirmişdi. Həmişə olduğu kimi, dedi və etdi. Ərazilərimizin 30 illik işğalı dövründə ağzına su alıb duranlar, əksinə son 30 ildə bu və ya digər şəkildə işğalçıya dəstək olanlar Azərbaycanın 8 Noyabr Zəfərindən sonra əsl simalarını ortaya qoydular, bu azmış kimi, məhkəmə qarşısına çıxarılan müharibə canilərinin müdafiəsinə qalxdılar, xaricdən siyasi təzyiqlər göstərməyə başladılar. Bədbəxtlər anlamadılar ki, qarşılarında bütün riskləri göz önünə alaraq 30 il ərzində dünya güclərinin müdafiə etdiyi düşmən üzərində parlaq qələbə qazanan bir siyasi Lider və qalib Sərkərdə dayanır. Anlamadılar və sındılar, hesablaşmağa məcbur oldular.

“Qonşu dövlətin bütün hərbi, mülki və insani cinayətlərinə baxmayaraq, Azərbaycan bölgəyə dinclik, əmin-amanlıq, rifah gəlməsi naminə qarşı tərəfə sülh əlini uzatdı. Əslində, xalqımıza, dövlətimizə qarşı edilənlərin müqabilində məğlub tərəfin bizə uzatdığı əl geri çevrilməli idi, amma etmədik, özümüz əl uzatdıq. Lakin bu o demək deyil ki, müharibə cinayətkarlarını tamamilə bağışladıq, etdiklərini onlara halal elədik. Belə olsa, şəhidlərin ruhu bizi bağışlamaz, tarix bizi qınayar. İkinci Dünya müharibəsində də bütün hərbi əsirlər azad edildi, dünya dövlətləri alman xalqına qucaq açdı, Almaniyaya dirçəlməsi üçün dəstək oldu. Bununla bərabər Nürnberq məhkəməsi bütün müharibə canilərini lazımınca cəzalandırdı. Almaniya dövləti də cavabsız qalmadı, müharibənin nəticələrinin aradan qaldırılması üçün güzəştli addımlar atdı, bu gün Avropada Holokost qurbanlarına abidələr ucaldılır, geri qayıdan yəhudilərə Almaniya dövləti hər cür güzəşt tətbiq edir, şərait yaradır”,- deyə Ə. Ələkbərli vurğulayıb.

Deputat əlavə edib ki, Qarabağ münaqişəsinin ilk mərhələsində indiki Ermənistandakı ata-baba yurdlarından vəhşicəsinə qovulan Qərbi azərbaycanlılar da Ermənistan rəhbərliyindən və cəmiyyətindən belə bir hərəkət gözləyir. “Belə ki, Azərbaycanın Ermənistana uzatdığı sülh əli müqabilində Azərbaycanafob düşüncədən imtina edərək əzəli sakinlərin geriyə qayıdışına təminat istəyirik. Bu təminat bizim haqqımız, Ermənistan dövlətinin isə borcudur. Lakin təbii ki, Qərbi Azərbaycan qaçqınlarının geri qayıdışı üçün Ermənistandakı müharibə caniləri olan Köçəryan, Sarkisyan kimi cinayətkarlar mütləq Azərbaycana təhvil verilməli və Azərbaycan xalqı qarşısında mühakimə olunmalıdırlar. Ola bilər qarşı tərəf üçün bu, ilk addımda qəbuledilməzdir, amma Azərbaycan və erməni xalqlarının əbədi sülh şəraitində birgəyaşayışı üçün son dərəcə vacibdir, qaçılmazdır”, - deyə icma rəhbəri əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!