20 Noyabr 2012 12:11
543
İQTİSADİYYAT
A- A+
Eynulla MƏDƏTLİ: Azərbaycanla Ukrayna arasında energetika sahəsində qarşılıqlı faydalı əməkdaşlıq uğurla davam etdirilir

Eynulla MƏDƏTLİ: Azərbaycanla Ukrayna arasında energetika sahəsində qarşılıqlı faydalı əməkdaşlıq uğurla davam etdirilir

 

Azərbaycanla Ukrayna arasında energetika sahəsində qarşılıqlı faydalı əməkdaşlıq uğurla davam etdirilir. Bu fikri Ukrayna KİV-lərinə müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Eynulla Mədətli səsləndirmişdir.

Diplomat bildirmişdir ki, hazırda yüksək səviyyədə intensiv danışıqlar aparılır, Azərbaycanın enerji kompleksi məhsullarının Ukraynaya daşınması ilə bağlı əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi üçün siyasi iradə vardır. Məsələn, Ukraynanın çox perspektivli TANAP (Transanadolu qaz kəməri) qaz kəməri layihəsində iştirakı imkanları fəal şəkildə müzakirə edilir.

E.Mədətlinin sözlərinə görə, Transanadolu çox mütərəqqi qaz kəməridir və istər Ukrayna, istərsə də Azərbaycan üçün böyük maraq kəsb edir, çünki Avropaya yol açır və buna paralel olaraq  əlavə qaz kəməri infrastrukturu inşa etmədən Ukraynaya qaz nəqlinə imkan verir. Axı, Türkiyədən  Bolqarıstana, Bolqarıstandan Rumıniyaya, Rumıniyadan Ukraynaya boru kəməri artıq  mövcuddur.

Transanadolu qaz kəmərinin bütün maraqlanan şirkətlər üçün açıq olduğunu bildirən səfir demişdir: "Layihənin 80 faizi Azərbaycana məxsusdur. Azərbaycan bu layihədəki payının 51 faizini özündə saxlayacaq, qalan 29 faizini marağı olan ölkə və şirkətlərlə bölüşəcəkdir. Ukrayna ən potensial və iri qaz istehsalçılarından biri kimi TANAP qaz kəmərinin tikintisi üzrə konsorsiumun iştirakçısı olsa, biz yalnız sevinərik, çünki Azərbaycan Ukraynanın enerji müstəqilliyində və təhlükəsizliyində maraqlıdır".

E.Mədətlinin fikrincə, Azərbaycan-Ukrayna əməkdaşlığının möhkəmlənməsi üçün böyük perspektiv vardır. Məsələn, "Sarmatiya" layihəsi çərçivəsində. Xatırladım ki, daha əvvəl Azərbaycan, Polşa, Ukrayna, Gürcüstan və Litva neft kəmərini Plotsk və Qdanska qədər çəkmək barədə razılığa gəlmişdilər və bunun üçün müştərək "Sarmatiya" müəssisəsi yaratmışdılar. Layihə üçün texniki-iqtisadi əsaslanma hazırdır və hazırda layihəyə hazırlıq işləri aparılır. Polşa və Ukrayna ərazisində müəyyən işlər görülmüşdür, lakin tikintinin davam etdirilməsi üçün maliyyə mənbələri hələlik tapılmamışdır. Hazırda Polşa və Ukrayna Avropa İttifaqı ilə birlikdə Odessa-Brodı qaz kəmərini dirçəltmək məsələlərini müzakirə edirlər.

Odessa-Brodı qaz kəmərinin Qdansk və Plotska qədər çəkilməsinin bugünkü  perspektivlərinin pis olmadığını hesab edən  E.Mədətli  demişdir: "Çünki bu layihənin bütün iştirakçıları onun başa çatdırılmasında maraqlıdır. Neft tankerlərlə Rumıniyanın Konstansa limanına, oradan isə Odessa-Brodı boru kəməri ilə Ukraynaya daşınsa, bu layihə başqa istiqamətdə də inkişaf edə bilər".   

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!