05 Fevral 2026 08:50
633
İQTİSADİYYAT
A- A+
Ətraf mühitə ətraf kimi baxmayaq

Ətraf mühitə ətraf kimi baxmayaq


Hər canlı, hər ağac, hər kol təbiətin vuran nəbzidir


Bu gün ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması bəşəriyyətin qarşısında duran ən vacib məsələlərdəndir. Sürətli sənayeləşmə, urbanizasiya və təbii ehtiyatlardan səmərəsiz istifadə Azərbaycanda ekoloji problemlərin yaranmasına səbəb olub. Xüsusilə hava, su və torpaq çirklənməsi, biomüxtəlifliyin azalması, eləcə də iqlim dəyişikliklərinin təsirləri ölkənin ekoloji vəziyyətinə ciddi təsir göstərir.  

Ona görə də  mövcud ekoloji problemlərin araşdırılması, onların yaranma səbəblərinin müəyyənləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycanda sənaye müəssisələrinin fəaliyyəti, nəqliyyat vasitələrinin sayının artması, məişət tullantılarının düzgün idarə olunmaması və təbii ehtiyatlardan səmərəsiz istifadə ekoloji tarazlığı pozan faktorlar sırasındadır. Sirr deyil ki, neft-qaz sənayesinin uzun illər ərzində ətraf mühitə göstərdiyi mənfi təsirlər bəzi regionlarda torpaq və su ehtiyatlarının çirklənməsinə gətirib çıxarıb.

 Ekoloji vəziyyətin real mənzərəsini müəyyənləşdirmək məqsədilə müvafiq dövlət qurumları tərəfindən mütəmadi olaraq monitorinq və müayinələr həyata keçirilir. Bu işlər sənaye müəssisələrinin, istehsal sahələrinin və digər təsərrüfat obyektlərinin ətraf mühitə təsirini qiymətləndirməyə, mövcud nöqsanları aşkar etməyə və ekoloji qanunvericiliyin tətbiqini yoxlamağa xidmət edir. Aparılan araşdırmalar göstərir ki, bir sıra müəssisələrdə ekoloji normalara tam əməl olunmur və bu hal su hövzələrinin, atmosfer havasının və torpaq ehtiyatlarının çirklənməsi ilə nəticələnir. Bu mənada  Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan müayinələrin nəticələri ölkədə ekoloji problemlərin miqyasını daha aydın şəkildə ortaya qoyur. Araşdırmaların nəticələrinə əsasən, su hövzələrinin çirkləndirilməsi halları tədqiq olunan müəssisələrin 54,3 faizində qeydə alınıb. Atmosfer havasının çirkləndirilməsi ilə bağlı pozuntular müayinəyə cəlb olunmuş müəssisələrin 53 faizində aşkar edilib. Torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə aparılan yoxlamalar zamanı  isə müəssisələrin 26,3 faizində tullantıların normadan artıq olduğu müəyyənləşdirilib.

 Bu rəqəmlər  ölkədə ekoloji normaların bir sıra müəssisələr tərəfindən kifayət qədər ciddi şəkildə yerinə yetirilmədiyini sübut edir. Xüsusilə su hövzələri və atmosfer havasının çirklənməsi üzrə yüksək faizlərin qeydə alınması ətraf mühit və insan sağlamlığı üçün ciddi risklər yaradır. Torpaq ehtiyatlarının zibillənməsi isə kənd təsərrüfatının davamlı inkişafına və ekosistemlərin qorunmasına mənfi təsir göstərir. Bu səbəbdən ekoloji nəzarətin gücləndirilməsi, pozuntuya yol verən müəssisələrə qarşı daha sərt tədbirlərin görülməsi və qabaqlayıcı mexanizmlərin tətbiqi mühüm əhəmiyyət daşıyır.  Təbii mühafizə qanunvericiliyinin pozulması rəsmi statistikada belə  göstərilib: ötən il inzibati məsuliyyətə cəlb olunmuş 1319 nəfər  vəzifəli şəxs və  sıravi vətəndaşa  1614 manat məbləğində  inzibati cərimə sanksiyası tətbiq edilib.  

Sadalanan faktlar təbii mühafizə qanunvericiliyinin pozulmasının hələ də aktual problem olaraq qaldığını açıq şəkildə göstərir. İnzibati məsuliyyətə alınan şəxslərin bu qədər çox olması ekoloji qaydalara əməl edilməsində ciddi nöqsanların mövcudluğunu nümayiş etdirir. Tətbiq edilən cərimələr bir tərəfdən hüquqi mexanizmlərin işə salındığını təsdiqləsə də, digər tərəfdən qabaqlayıcı tədbirlərin və ekoloji maarifləndirmə işlərinin gücləndirilməsinin gərəkli  olduğunu ortaya qoyur. 

Qeyd edək ki, ətraf mühitin qorunması, təbii resurslardan səmərəli istifadə və çirklənmənin qarşısının alınması flora və faunanın qorunmasına xidmət edir. Bu da təbii  mühitin sağlamlığının təmin edilməsində və ekoloji tarazlığın qorunmasında mühüm rol oynayır. Bitki və heyvan növlərinin mühafizəsi, onların təbii yaşayış yerlərinin qorunması, nəsli kəsilməkdə olan növlərin mühafizəsi bioloji müxtəlifliyin saxlanmasına və insan həyatının davamlı inkişafına xidmət edir. Azərbaycanda bir çox nadir və qorunan  heyvan növü mövcuddur ki, təbii yaşayış mühitinin pozulması həmin canlılar üçün ciddi təhlükə yaradır. Bu baxımdan milli parkların və mühafizə edilən təbiət ərazilərinin yaradılması, həmçinin mövcud olanların qorunması böyük əhəmiyyət kəsb edir. Vətəndaşların və müəssisələrin məsuliyyətli davranışı, qanunvericiliyin gücləndirilməsi və ekoloji maarifləndirmə işlərinin aparılması da flora və faunanın qorunmasında əsas amillərdəndir.

Ötən ilin rəsmi statistik göstəriciləri Azərbaycanda ekoloji vəziyyətin və flora-faunanın qorunması sahəsindəki vəziyyəti daha dəqiq ortaya qoyur. Prezident İlham Əliyevin 14 iyul 2025-ci il tarixli sərəncamına əsasən, Qax, Samux və Yevlax rayonları ərazisində yerləşən Axar-Baxar və İlisu milli parklarının yaradılması təbiətə göstərilən diqqətin bariz nümunəsidir. 2026-cı ilin əvvəlinə ölkədə flora və faunanın qorunub saxlanması, eləcə də təkrar istehsalı məqsədilə ümumi sahəsi 103,3 min hektar olan 9 dövlət təbiət qoruğu, sahəsi 459,2 min hektar olan 12 milli park və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,6 faizini təşkil edir.

Təbiət yalnız ətraf mühit deyil, həm də canlıların evi, həyat mənbəyidir. Hər bir bitki və heyvan növü ekosistemin tarazlığını qorumaqda mühüm rol oynayır. Azərbaycanda nadir və mühafizə edilən növlərin mövcudluğu, onların təbii yaşayış mühitlərinin qorunması və xüsusi ərazilərin yaradılması təbiətin həyatını davam etdirmək üçün atılan vacib addımlardır. Dövlət səviyyəsində görülən tədbirlər və ekoloji proqramlar göstərir ki, flora və faunanın qorunması yalnız qanunla yox, həm də gələcək nəsillərə sağlam bir dünyanı miras qoymaq məqsədilə prioritet sahəyə çevrilib.

Amma bir gerçəklik də var ki, ətraf mühitin mühafizəsi yalnız dövlət qurumlarının deyil, cəmiyyətin bütün təbəqələrinin birgə məsuliyyətini tələb edir. Ekoloji problemlərin həlli üçün hər bir vətəndaşın təbiətə qarşı məsuliyyətli münasibət göstərməsi və davamlı inkişaf prinsiplərinə əməl etməsi vacib şərtdir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!