14 Aprel 2026 08:10
168
SİYASƏT
A- A+
Etimad quruculuğu dayanıqlı sülhün təminatıdır

Etimad quruculuğu dayanıqlı sülhün təminatıdır


Qarşılıqlı səfərlər və intensiv təmaslar barış mühitinin formalaşmasına xidmət edir


Azərbaycan və Ermənistan arasında Vaşinqton sammiti ilə bünövrəsi möhkəmlənən ikitərəfli sülh gündəliyi vətəndaş cəmiyyətlərinin aktiv iştirakı ilə daha da zənginləşir. Bu kontekstdə "Sülh körpüsü" təşəbbüsü çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti "dəyirmi masa" keçirilib. Aprelin 10-dan 12-dək Qəbələdə təşkil edilən görüşdə iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi məsələləri müzakirə olunub.

Erməni nümayəndə heyəti Azərbaycana pasport nəzarəti prosedurlarından keçərək quru sərhədi vasitəsilə, delimitasiya və demarkasiya edilmiş sahədən daxil olub. Təşəbbüsün koordinatoru, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov keçidlərin quru sərhədinin demarkasiya və delimitasiya olunmuş hissəsindən reallaşmasının simvolik məna daşıdığını deyib. F.Məmmədov bildirib ki, dialoq çərçivəsində dörd müzakirə sessiyası keçirilib, onlardan ilk iki sessiya geosiyasi və politoloji xarakter daşıyıb. Üçüncü və dördüncü sessiyalarda isə vətəndaş cəmiyyətlərinin gələcək fəaliyyəti müzakirə olunub. 

Ermənistan nümayəndəsi Areq Koçinyan dördüncü görüşün keçirilməsinin böyük nəticəsi olduğunu söyləyib. Onun sözlərinə görə, "Sülh körpüsü" təşəbbüsünün iki əsas məqsədi var: "Birincisi, Ermənistan və Azərbaycanda 30 ildən çox davam edən münaqişədən sonra cəmiyyətləri sülhə hazırlamaqdır. Bu, çox vacibdir. İkincisi isə bu platforma ekspertlərə dövlət səviyyəsində aparılan danışıqlarda hələ müzakirə olunmayan yeni ideyalar və suallar irəli sürmək imkanı verir, tərəflərin bu ideyalara reaksiyasını yoxlamağa şərait yaradır. Bəzən bu məsələlər rəsmi danışıqlara da daxil edilir". 

Vətəndaş cəmiyyətləri nümayəndələrinin Qəbələdə keçirdiyi görüş siyasi və humanitar baxımdan mühüm mesajlar verir. Vurğulandığı kimi, görüşün diqqətçəkən məqamı erməni nümayəndə heyətinin Azərbaycana gəliş formasıdır. QHT nümayəndələri üçüncü ölkə vasitəsilə deyil, birbaşa quru sərhədindən Azərbaycana keçiblər. Keçidin məhz delimitasiya və demarkasiya edilmiş sahədən baş tutması dövlət sərhədinin hüquqi-fiziki müstəvidə tanınmasının praktiki təsdiqidir. Bu həm də prosesin beynəlxalq hüquq çərçivəsində tənzimləndiyinin göstəricisidir. 

Bu cür təmasların intensiv hal alması göstərir ki, sülh prosesi, sadəcə, masadakı sənədlərdən ibarət deyil, həm də vətəndaş cəmiyyəti səviyyəsində müzakirə edilən canlı prosesə çevrilməkdədir. Rəsmi səviyyədə hələlik müzakirə edilməyən bəzi həssas məsələlərin ilkin mərhələdə ekspertlər səviyyəsində sınaqdan keçirilməsi dövlət diplomatiyasına töhfədir.

Dialoq çərçivəsində QHT nümayəndələri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə də görüşüblər. Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb. Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyi vurğulanıb. Eyni zamanda iki ölkə arasında ticarət münasibətlərinin yaranması və Azərbaycan ərazisindən Ermənistana məhsulların tranzit keçidinin təmin olunduğu qeyd edilib. Prezidentin köməkçisi bəyan edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqlar ikitərəfli xarakter daşıdığı kimi, vətəndaş cəmiyyətləri arasındakı bu mübadilələrin və etimad quruculuğu tədbirlərinin də ikitərəfli xarakter daşıması vacibdir. 

Hikmət Hacıyevin prosesdə iştirakı dialoqa rəsmi dövlət dəstəyinin və sülhə verilən yüksək əhəmiyyətin göstəricisidir. Önəmli məqamlardan biri iqtisadi münasibətlərin real müstəviyə keçməsidir. İki ölkə arasında ticarət əlaqələrinin yaranması sülhün qarşılıqlı iqtisadi mənfəət üzərində qurulduğunun əyani sübutudur. Bununla paralel Azərbaycan ərazisindən Ermənistana məhsulların tranzitinin təmin olunması regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi yolunda əhəmiyyətli addımdır. Bu, gələcəkdə daha böyük regional layihələrin, nəqliyyat dəhlizlərinin təməli sayıla bilər. 

Görüşdə sülh prosesinin və vətəndaş cəmiyyəti dialoqunun ikitərəfli formatda aparılmasının vurğulanması da mühümdür. İkitərəfli dialoq kənar vasitəçilərin maraqlarından uzaq, birbaşa və daha səmimi müzakirə mühitinin yaradılmasına xidmət edir. Vasitəçisiz təşkil edilən görüşlər tərəflərdə əlavə məsuliyyət yaradır, daha geniş təmaslara təkan verir. Həm də etimad quruculuğu tərəflərin daxili iradəsi ilə həyata keçirildikdə daha dayanıqlı olur. 

Prezidentin köməkçisi nümayəndələrlə görüşdə Ermənistanın daxili siyasi mühitində revanşist qüvvələrin mövcudluğuna və müharibə çağırışlarının regionda sabitliyə təhdid yaratmasına da diqqət çəkib: "Bu çağırışlar regionu yenidən qeyri-sabitliyə sürükləmək riski yaradır. Amma Ermənistan cəmiyyətinin özünün sülhə can atdığını görmək bizə ümid verir ki, prosesi pozmağa çalışan qüvvələr sonda uğursuzluğa düçar olacaq".

Sülh prosesinin yekun mərhələsində barışı təhdid edən addımlarla bağlı ciddi xəbərdarlığın edilməsi çox vacibdir. Ermənistan daxilində sülhə qarşı çıxan revanşist qüvvələrin fəaliyyətini genişləndirməsi, xüsusən parlament seçkisi öncəsi təbliğatın miqyasının böyüməsi regionda sabitlik üçün əsas maneədir. Buna baxmayaraq, rəsmi İrəvanın və Ermənistan cəmiyyətinin sülhə meyilli olması prosesin uğuruna dair müsbət gözləntiləri artırır. Ən azından ümid edilir ki, erməni toplumu onları fəlakətə düçar etmiş revanşistlərə yenidən siyasi dəstək verməyəcək. 

Azərbaycan sülhə sadiqdir və prosesi geri dönməz etmək istəyir. Məhz Prezidentin köməkçisinin erməni nümayəndə heyətinin bütün suallarını birbaşa cavablandırması "açıq qapı" diplomatiyasının nümunəsidir. Bu, Bakının sülh prosesindəki şəffaflığını və hər hansı qaranlıq məqamın qalmaması üçün dialoqa hazır olduğunu nümayiş etdirir. 

Ümumən, bu cür səfərlər cəmiyyətlərin bir-birini tanıması və qəbul etməsi prosesinə xidmət edir. Təmasların davamlı və fasiləsiz xarakter alması sülh quruculuğu prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər. İki qonşu ölkənin və xalqın sülh şəraitində yaşaması zəruri olduğu kimi, düşmənçiliyin əbədi davam etməyəcəyi faktı da qəbul edilməlidir. Əlbəttə, 30 ildən uzun müddətdə müharibə şəraitində yaşayan xalqların aldığı mənəvi-psixoloji zərbələrin və onların yaratdığı yaraların sağalması zaman və səbir tələb edir. Bu prosesin irəli aparılmasında vətəndaş cəmiyyəti institutlarının rolu kifayət qədər əhəmiyyətlidir. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

Xəzərdə baş verən zəlzələ təhlükəli deyil

09:30
14 Aprel

Yeni həyat bəxş edənlər

09:25
14 Aprel

Masallıda daha 350 zeytun ağacı əkilib

09:23
14 Aprel

ABŞ və İran danışıqların ikinci mərhələsini apara bilər

09:22
14 Aprel

İran beş ərəb ölkəsindən dəymiş ziyana görə kompensasiya tələb edir

09:21
14 Aprel

Neftçala daha təmiz olur

09:20
14 Aprel

Biləsuvarda qanvermə aksiyası keçirilib

09:15
14 Aprel

Sumqayıtda təşkil olunan tədbirdə uşaq hüquqlarından söhbət açılıb

09:13
14 Aprel

3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlmişdir

09:10
14 Aprel

BMT: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur  

09:06
14 Aprel

Lənkəran - əsrlərə sirdaş müasir şəhər

09:05
14 Aprel

Ağ göl, Qırmızı göl, bir də Sarı göl...

09:00
14 Aprel

Naxçıvanda həyata keçirilən strateji enerji siyasəti

08:55
14 Aprel

Mülki aviasiyamız üçün yeni təlim mərkəzi, "PAŞAHoldinq" ilə DİF arasında memorandum və bahalaşmaqda davam edən neft

08:50
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!