13 Noyabr 2025 09:05
316
İQTİSADİYYAT
A- A+
"Əsrin müqaviləsi" çərçivəsində hasilatın başlanmasından 28 il keçir

"Əsrin müqaviləsi" çərçivəsində hasilatın başlanmasından 28 il keçir


"Çıraq" AÇG-də həmçinin növbəti işlər üçün möhkəm platforma oldu


28 il əvvəl noyabr ayında "Çıraq" platformasından ilk neft alındı. Bununla da çətin sınaqlardan keçmiş möhtəşəm bir layihənin - "Əsrin müqaviləsi"nin gerçəkliyə çevrildiyi təsdiq olundu. Bu, müəllifi Ümummilli Lider Heydər Əliyev olan yeni neft strategiyasının ilk böyük qələbəsi idi.

"Çıraq"ın neft verməsi sıradan bir qurğudan hasilata başlanması anlamından böyük məna daşıyırdı. "Çıraq" "Əsrin müqaviləsi"nin birinci platforması idi. Odur ki, ilkin neft təkcə platformadan quyuların qazılıb karbohidrogenlərin çıxarılması deyildi. Bundan əvvəl vacib olan genişmiqyaslı işlər görülmüşdü. Belə ki, həmin işlər köhnə "Çıraq-1" platformasının əsaslı təmirini, əslində, təzədən tikilməsini, Xəzərin sahilində Səngəçal və Qara dənizin sahilində Supsa terminallarının yaradılmasını, hasil olunan nefti quruya çıxarmaq üçün sualtı boru xətlərinin çəkilməsini əhatə etmişdi. 

1997-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyev Xəzərin Azərbaycan sektorunda quraşdırılmış "Çıraq" platformasına gəldi. Burada "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi tərəfdaşları nümayəndələrinin, xarici ölkələrdən gəlmiş nüfuzlu qonaqların iştirakı ilə təntənəli tədbir keçirildi. Bu, sıradan bir tədbir deyildi. Çünki həmin gün təkçə neft sənayemizin deyil, ümumiyyətlə, ölkəmizin tarixinə önəmli bir səhifə yazılırdı.

Məlumdur ki, neft-qaz hasilatı ilə məşğul olan istənilən ölkədə hər bir karbohidrogen yatağından hasilatın başlanması iqtisadi cəhətdən böyük əhəmiyyət daşıyır və mühüm hadisə sayılır. Azərbaycan üçün isə "Çıraq"dan ilkin neftin çıxarılması daha böyük məna kəsb edirdi. Bu, həmin vaxt iqtisadi durumu çox zəif olan ölkəmizin dirçəlişinə və böyük gələcəyinə hesablanmış "Əsrin müqaviləsi"nin birinci nefti idi.

"Əsrin müqaviləsi" imzalanandan cəmi üç il sonra həmin saziş çərçivəsində hasilata başlanması dünyada misli görünməmiş nailiyyət, neftin çıxarılması və nəqli üçün belə geniş infrastrukturun yaradılması əsl rekord oldu. 

Xatırladaq ki, "Çıraq" platforması Xəzərdə, Bakı şəhərindən 120 kilometr şərqdə yerləşir. Onun dayaqları suyun 120 metr dərinliyində qərar tutub. Platformanın qurğularından quyuların qazılmasına 1997-ci ilin avqustunda başlanıb. Həmin ilin noyabrından, yəni ilk neftin əldə olunmasından bəri "Çıraq" təmir və profilaktika üçün ayrılmış qısa fasilələri çıxmaqla, ahəngdar işləyir. 

"Çıraq"dan neft 24 düymlük sualtı kəmərlə Səngəçal terminalına nəql edilir. Bu xəttin uzunluğu 154 kilometrdir. Terminalda neft tərkibində gələn sudan təmizlənib çənlərə vurulur, sonra ixrac marşrutu ilə yola salınır. Yataqdan çıxarılan səmt qazı uzunluğu 50 kilometr olan 16 düymlük sualtı kəmərlə Neft Daşlarındakı kompressor stansiyasına ötürülür.

AÇG-də yeni daha böyük və daha müasir platformalar istismara verilənədək, yəni 2005-ci ilədək "Çıraq" bu yataqlar blokunda yeganə hasilat və ixrac mənbəyi idi. Başqa sözlə, "Çıraq" neft platforması olmaqla yanaşı, həm də böyük uğurlar üçün platforma - özül yaratdı. Belə ki, ondan sonra Xəzərdə, AÇG müqavilə sahəsində daha səkkiz platforma quraşdırıldı. Onlardan dördü "Azəri" yatağında, ikisi "Dərinsulu Günəşli"də, biri "Qərbi Çıraq"da yerləşir. Keçən ildən Xəzərdə "Çıraq"la qonşuluqda məskən salan isə"Azəri Mərkəzi Şərqi" (ACE) platformasıdır. Qeyd edək ki, AÇG layihəsində iştirak payları belədir: BP (30,37 faiz), SOCAR (31,65 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), "EksonMobil" (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGCVideş (2,92 faiz). 

Onu da vurğulayaq ki, "Çıraq" ilkin olaraq 7 illik istismar üçün planlaşdırılmışdı. Lakin peşəkar işçi heyətinin əla iş icrası, yüksək ixtisas bilikləri, texnoloji bacarıqları və qətiyyəti sayəsində bu qurğu hələ də AÇG layihəsinin yeni platformaları ilə yanaşı, əməyin təhlükəsizliyi üzrə beynəlxalq standartlara uyğun, həmçinin yüksək əməliyyat səmərəliliyi ilə istismardadır. AÇG-nin operatoru olan BP şirkətinin məlumatına görə, bu ilin əvvəlindən "Çıraq"dan gündə orta hesabla 21 min barel neft hasil olunub.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!