16 İyul 2025 08:10
813
SİYASƏT
A- A+
Ermənistan yeni reallıqları anlamağa başlayıb 

Ermənistan yeni reallıqları anlamağa başlayıb 


Əbu-Dabidə Ermənistanla aparılan danışıqlarda Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik addımı hələ də dünya mətbuatının gündəmindədir. Beynəlxalq siyasi analitiklər bu görüşü dəyərləndirərək bildirirlər ki, Prezident İlham Əliyev Azərbaycanı Cənubi Qafqazın aparıcı dövlətinə çevirməklə yanaşı, siyasi xətti ilə özünün də müdrik dövlət və siyasi xadim olduğunu nümayiş etdirdi. CGTN (China Global Television Network Turk) kanalının siyasi şərhçisi Yakub Aslan AZƏRTAC-a eksklüziv açıqlamasında deyib ki, Vətən müharibəsində Azərbaycanın Zəfər qazanması təkcə Cənubi Qafqazda deyil, qlobal səviyyədə yeni reallıqlar yaradıb. Bunlar region dövlətləri üçün iqtisadi inkişaf, qlobal aktorlar üçün isə geosiyasi imkanlardan ibarət olan reallıqlardır.

"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri politoloq Zaur İbrahimli qeyd edib: "Qlobal güclərin qarşıdurmasının, silahlı münaqişələrin tüğyan etdiyi bir vaxtda Prezident İlham Əliyev praqmatik xarici siyasət kursu ilə Azərbaycanı dinamik inkişaf edən dövlətə çevirib. Şimal və Cənub sərhədlərimizdə baş verən qanlı toqquşmaların Azərbaycana sirayət etməsinə imkan verilməyib. Ölkəmizin ictimai-siyasi sabitlik və mərhələli iqtisadi inkişaf xətti ilə irəliləməsi qlobal güclərin diqqətini çəkir və Azərbaycanın siyasi nüfuzu artır. Müasir dövrümüzdə dünya dövlətləri sabit qaydada iqtisadi inkişafa meyil edən ölkələrlə əməkdaşlığa can atırlar. Bu baxımdan Əbu-Dabi görüşündə Zəngəzur dəhlizi məsələsinin müzakirəsi heç də təsadüfi xarakter daşımır. Bu dəhlizin açılmasına bir vaxtlar qarşı çıxan Ermənistanın Baş naziri Nikol Paşinyan artıq regiondakı yeni reallıqları dərk etməyə və uyğun siyasət aparmağa başlayıb. Rəsmi İrəvan da anlamağa başlayıb ki, Zəngəzur dəhlizi yalnız yük daşımaq və gəlir əldə etmək üçün deyil, eyni zamanda region dövlətləri üçün siyasi zəmanətdir. Çindən Avropaya və əks istiqamətdə yüklərin 5 faizi Zəngəzur dəhlizi vasitəsilə daşınarsa, o zaman region dövlətləri ildə təxminən 1,5 milyard dollar gəlir əldə etmiş olar. Dəhliz fəaliyyətə başladıqdan sonra Çinlə Avropa İttifaqı bu regionda sabitliyin hökm sürməsində maraqlı olacaq və siyasi zəmanəti təmin edəcək. Prezident İlham Əliyev qlobal siyasətin incə məqamlarına yaxından bələd olduğu üçün Zəngəzur dəhlizinin açılmasını təkid edir və bu, böyük dövlətlər tərəfindən dəstəklənir.

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə proqram rəhbəri Vinni Van bildirib ki, Orta dəhlizin genişlənməsi üçün 7 milyard dollar sərmayə yatırılması nəzərdə tutulub. Bu sərmayə dəhlizin bəzi dəmir yolu seqmentinin Türkiyə, Özbəkistan və Qazaxıstan ərazilərindən keçən hissəsinin genişləndirilməsinə yönəldiləcək. ABŞ Dövlət katibinin keçmiş köməkçisi Con Mark Pommerşaym vurğulayıb ki, Trans-Xəzər regionu rəsmi Vaşinqtonun xarici siyasətində mühüm elementdir. ABŞ bu regionda həyata keçirilən və qlobal xarakter daşıyan infrastruktur layihələrini dəstəkləyir və sərmayə yatırmağa hazırdır. Strateji iqtisadi layihələr ticarət yollarının diversifikasiyasına və dayanıqlılığına yönəldiyi üçün ABŞ-nin onları dəstəkləməsini zərurətə çevirib.

Orta dəhlizin davamı olan Zəngəzur dəhlizi Azərbaycan ilə yanaşı, Ermənistan və İranı da Türkiyə və Avropa ilə birləşdirən bir layihədir. Təsadüfi deyil ki, parlamentdə çıxışı zamanı N.Paşinyan qeyd edib: "Bu günədək Ermənistanın tarixi böyük dövlətlər tərəfindən yazılıb. Bizə isə deyiblər ki, bu tarixi öyrənin və təbliğ edin. Artıq Ermənistan öz tarixini yazmağa başlayıb və taleyini özü müəyyən edəcək". Artıq Ermənistanın siyasi elitası uzun müddət böyük dövlətlərin diktəsi ilə siyasət yürütməyin nə qədər mənfi nəticələrə səbəb olduğunu aydın şəkildə görür. Məhz bu siyasətin nəticəsində Ermənistan həm iqtisadi gəlir, həm də siyasi zəmanət təmin edə biləcək iri beynəlxalq layihələrdən kənarda qalıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrdən kənarda qalaraq təcrid vəziyyətinə düşən Ermənistan artıq regionda kimlərinsə protektoriyası altında deyil, siyasətin subyekti olmağa can atır. Bu gün rəsmi İrəvan regionda Trans-Xəzər, "Şimal-Cənub", "Şərq-Qərb" kimi tranzit nəqliyyat layihələrindən də kənarda qalmaq istəmir. O, iqtisadi və siyasi inteqrasiyaya çalışır ki, inkişaf etsin, yeni dünya ilə ayaqlaşa bilsin.

Ötən il Vaşinqtonda keçirilən 7-ci Trans-Xəzər Forumunda çıxış edən Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin rəhbəri Uesli Hill bildirmişdi: "Biz uzun müddət Orta dəhlizin mövcudluğu barədə danışmışıq, bu gün isə bu dəhlizin inkişafını görürük. Bu inkişaf davam edərək iqtisadi-ticarət əlaqələrini yaxşılaşdıracaq, Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətləri bundan istifadə edərək gələcəyin iqtisadi tərəqqisinin əsasını yaradacaqlar. Bu dəhliz regionu beynəlxalq bazarlarla əlaqələndirəcək". Bunları nəzərə alan Ermənistanın Zəngəzur dəhlizinin açılması məsələsinə diqqət göstərməsi təsadüfi deyil. Ötən il Orta dəhlizlə 11 milyon ton yük daşınıb. Dəhlizin əsas seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya 5 milyon ton yük nəql olunub və bu rəqəmlər artmaqda davam edir.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, rəsmi İrəvanın praqmatizmə qayıtması regionda dominant olmağa çalışan böyük dövləti narahat edir. Halbuki tranzit yolların Şimaldan Rusiya ərazisindən keçməməsinin səbəbi Ukrayna ilə artıq 4-cü ildir davam edən müharibədir. Ermənistanda daxili siyasi vəziyyətin gərginləşməsinin səbəbi də Şimaldan əsən küləklərin nəticəsidir.

Beləliklə, Əbu-Dabi görüşü Azərbaycanın sülh tərəfdarı olduğunu, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ideyasının beynəlxalq aləm tərəfindən dəstəkləndiyini, Ermənistanın yeni reallıqları anladığını göstərdi. Azərbaycan növbəti dəfə böyük diplomatik qələbə qazandı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!