25 Sentyabr 2023 20:50
460
SİYASƏT
A- A+
Ermənistan üçün seçim: Ya sülh və “Qafqaz evi”, ya da “dəmir yumruq”

Ermənistan üçün seçim: Ya sülh və “Qafqaz evi”, ya da “dəmir yumruq”

 

Azərbaycan erməni separatizminə son qoydu və bununla ərazi bütövlüyünü təmin etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində iki vacib məqama toxunub. Birincisi, Prezident İlham Əliyev separatizmə son qoyan antiterror əməliyyatından sonra Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün zəmin yaradıldığını bildirib. İkincisi, dövlətimizin başçısı lokal xarakterli antiterror tədbirlərindən sonra bölgədə yaranmış yeni reallıqlar fonunda “Qafqaz evi” ideyasının gerçəkləşməsi zərurətini vurğulayıb.

Azərbaycan Prezidenti “Qafqaz evi” ideyasını 44 günlük müharibədən sonra bir neçə dəfə səsləndirib. O, iki il əvvəl “CNN-Türk” telekanalına müsahibəsində Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmasına hazır olduğunu bildirmişdi. Gürcüstan bu ideyanı dəstəkləyərkən, Ermənistan yenə “ənənəvi” siyasətinə sadiq qaldı, sülh və əməkdaşlıq əvəzinə təxribatları davam etdirdi. Ermənistan keçmişdə də “Qafqaz evi” ideyasının reallaşmasını əngəlləyərək qonşularına qarşı ərazi iddialarını üstün tutmuşdu. Ermənistanın qazancı nə oldu? On minlərlə insan həlak oldu, xalqımıza qarşı Xocalı və digər qətliamlar törədildi və sonda məğlub oldular. Prezident İlham Əliyev 44 günlük müharibədən sonra Ermənistana həm sülh sazişini imzalamağı, həm də Cənubi Qafqazın 3 ölkəsinin bölgədə sülh və əməkdaşlıq quruculuğuna başlamasını bir neçə dəfə təklif edib. İrəvandan hələ ki, cavab yoxdur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

A.Əliyev qeyd edib: “Prezident İlham Əliyev “CNN-Türk” telekanalına müsahibəsindən bir il sonra “Qafqaz evi” təklifini yenə təkrarlayıb. Ötən il oktyabr ayının 24-də Prezident İlham Əliyev qonşu Gürcüstana işgüzar səfəri zamanı “Qafqaz evi” ideyası fikrinə bu sözlərlə qayıdıb: “Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaqdır. Tiflisdə Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaması haqqında fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz buna hazırıq”. Dövlətimizin başçısı bu açıqlaması ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından Azərbaycan-Gürcüstan-Ermənistan, yəni, üçtərəfli formatda vahid müzakirə platformasının yaradılmasının vacibliyini qeyd etmiş oldu. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidentinin təklifini dəstəkləyib.

Bölgə əməkdaşlığı ilə bağlı başqa təklif də var: 3+ 3 (Azərbaycan, Gürcüstan, Ermənistan) - (Türkiyə, Rusiya, İran). Azərbaycan bu ideyanı da dəstəkləyir, sadəcə, Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri olmadığına, o cümlədən İrandakı dairələrin Azərbaycanın müstəqil siyasəti və Zəngəzur dəhlizi əleyhinə açıqlamalarına son vermədiklərinə görə 3+3 formatını indiki şərtlər altında həyata keçirmək çətindir. Prezidentin irəli sürdüyü “Qafqaz evi” ideyasını reallaşdırmaq isə mümkündür, sadəcə bunun üçün Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması vacibdir. Xalqa müraciətində “Azərbaycanın və Ermənistanın öz aralarında olan məsələləri tənzimləyəcəyi gün uzaqda deyil, sülh müqaviləsi imzalanacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar”, - deyən Prezident İlham Əliyev faktiki bölgə ölkələrinin “yol xəritəsi” üzərində çalışmalara başlamasının zərurətini xatırladıb.

Əlbəttə, Cənubi Qafqaz mürəkkəb bölgədir, müharibələr, ərazi iddiaları, itkilər – bunlar hamısı yaxın tarixdə baş verib və unudulmayacaq. Buna baxmayaraq, bölgədə əmin-amanlığın bərpası, sülhün təsisi əməkdaşlıqdan keçir. Bunu Ermənistanda anlamalıdırlar, ancaq hələ ki, İrəvan küçələrində və meydanlarda yenə separatizmə dəstək və ərazi iddiaları çağırışları eşidilir. Azərbaycan ərazisində separatizm bitdi, kökü kəsildi, bir daha baş qaldırılmasına imkan verilməyəcək, bunu anlamaları lazımdır. Azərbaycanın güclü ordusu və modern hərbi texnikası var, hərbi xərcləri artır, Qarabağın tamamı nəzarətimiz altındadır – bu reallıqdır. Dövlətimizin başçısının Ermənistana 5 prinsip əsasında təklif etdiyi sülh sazişi və “Qafqaz evi” ideyası Ermənistanın yeganə xilas yoludur. Ermənistandakı militarist qüvvələr reallığı qəbul etmək əvəzinə yenə təxribat yolunu seçəcəklərsə, Prezidentin dediyi kimi, qarşılarında “Dəmir yumruğu” görəcəklər. Seçim Ermənistanındır: Ya “Qafqaz evi”, ya da “Dəmir yumruq”...

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!