24 İyul 2025 08:50
634
SİYASƏT
A- A+
Ermənilərin tarixi isə saxtakarlıqdan o yana keçmir

Ermənilərin tarixi isə saxtakarlıqdan o yana keçmir


Yaşlı və orta nəslin yadında olar: 1968-ci ildə erməni tarixçiləri saxtakarlıqla Erebuni (guya qədim İrəvan) şəhərinin guya 2750 il öncə salındığını sübuta yetirməyə cəhd göstərdilər, təntənəli yubileylər keçirdilər. Halbuki onlar əski erməni əlifbası ilə şəhərin salınma tarixini yazaraq onu şüşə qabın içərisində torpağa basdırmışdılar. Lakin həmin şüşə qabın II Yekaterina zamanında Rusiyada istehsal edildiyi təsdiqləndikdən sonra ifşa olundular. Bununla da erməni tarixçilərinin İrəvan şəhərinin əski türk şəhəri olması faktını danmaq cəhdləri bir daha puça çıxdı. 

Ermənilər tarix boyu yalan uydurmağı, utanmadan, çəkinmədən onu bütün dünyaya yaymağı çox yaxşı bacarıblar. Yalanları ayaq tutub yeridikcə iştahları və həyasızlıqları da artıb. Uydurma erməni dövləti harada olub? Erməni alimləri həmin dövlətin sərhədlərini niyə cıza bilmirlər?! Niyə onlar erməni xalqının tarixi barədə uzun-uzadı yazır, amma erməni dövlətinin tarixi məsələsindən yan keçirlər?! Ona görə ki, dövlətin tarixindən yazarkən mütləq şəkildə gərək onun sərhədlərini göstərəsən. Ermənilər bunu edə bilmirlər. Hara qələm tuşlayırlarsa, o yerlərin əzəli sahibləri onlara dirsək göstərir. 

Bax, elə bu səbəbdən də onlar tarix boyu erməni dövlətinin deyil, daha çox erməni xalqının tarixi barədə mifik dastanlar uydurub yaymaqla məşğul olublar. Başqa sözlə, köçüb gəldikləri ərazilərdə özlərinə yer edəndən sonra arasında və ya qonşuluğunda yaşadıqları xalqların dəyərlərini öz adlarına çıxmaqla saxta erməni tarixi formalaşdırmağa çalışıblar. Adi bir misal. Böyük folklorşünas alim Vəli Xuluflunun 1927-ci ildə çap etdirdiyi “Koroğlu” dastanı əldən-ələ gəzərək qonşu sovet respublikalarında da böyük əks-əda doğurur. Bunu görən ermənilərin folklorçu-ədəbiyyatşünasları özlərinə xalq qəhrəmanı axtarmağa-yaratmağa başlayırlar. Həmin  dövrdə  İrəvanda folklorşünasların toplantısı keçirilir. “Koroğlu”nun səsini-sorağını eşidən erməni “folklorşünas alim” Kanonyan Vəli Xulufluya yaxınlaşıb klassik erməni hiyləgərliyi ilə müraciət edir ki, nə deyirsən edim, epos müzakirə edilərkən  onu erməni eposu kimi təqdim et. Cavab təbii ki, “yox” olur. Bu yoxdan sonra  erməni “alim”i məqsədinə çatmaq üçün hətta iki dəfə Bakıya gəlir. Bu barədə  mətbuatda geniş açıqlama verən araşdırmaçı-müəllif  Həsən Həsənov “Tarix erməni satqınlığı və saxtakarlığına dair faktlarla zəngindir” məqaləsində yazır ki, birinci dəfə xahişi nəticəsiz qalan Kanonyanın ikinci dəfə professor Vəli Xulufludan xahişi və təklifi ciddi olur: “Sizdə “Koroğlu” dastanlarının  bütün variantları və tarixi haqqında geniş məlumat var. Ermənilər üçün də qəhrəmanlıq rəmzi “Koroğlu” dastanları yaradılmalıdır. Azərbaycanda hakimiyyət ermənilərdədir, bu dastanı yaratmaqda kömək elə, əks-təqdirdə... sizə xətər yetişər”. Erməni qorxaqlığına yaxşı bələd olan V.Xuluflu isə bu dəfə daha açıq və sərt şəkildə Kanonyana deyir ki, tarixçi-alim Veliçko kitabında yazır: “Təmiz qanlı ermənilər dovşandan da qorxurlar”. Bundan əlavə şair A.S.Puşkin qoca  dağlının dilindən: ”Tı trus, tı rab, tı armenin” (sən qorxaqsan, sən qulsan, sən ermənisən - red)  Belə qorxaq xalq Koroğlu yetişdirə bilərmi? Az da olsa milli qəhrəmanınız varsa - məsələn, Sasunlu Davud - o da təmiz qanlı erməni deyildir.

Rəsmi arxiv sənədlərindən, ədəbiyyat, tarix, kino, teatr, musiqi sahələrindən, hətta, adi geyimlərimizdən tutmuş  mətbəximizin təamlarına kimi ermənilərin öz adlarına çıxması və belə yalanlarla yaxından tanış olmaq mümkündür. Bunu onlar təkcə biz azərbaycanlılara və türklərə qarşı etməyiblər. Elə qonşularımız olan gürcülər də erməni riyakarlığından az əziyyət çəkməyiblər. Görün, tanınmış gürcü yazıçısı və ictimai xadimi İlya Çavçavadze hələ 100 il öncə erməniləri necə xarakterizə edib: “Ermənilər sözlə və qələmlə bütün dünyaya and içirlər ki, guya, Qafqaz sıra dağlarının o biri tərəfindən Dəclə və Fərat çaylarının başlanğıcına qədər, demək olar ki, Qara dənizdən Xəzər dənizənədək qədimdən Ermənistan deyilən yer olub”. Gürcü müəllifi daha sonra yazır: “Bizi Yer üzündən tamamilə silib atmaq üçün onlar adımızı biabır edir, bizi milli heysiyyətdən məhrum etməklə kifayətlənməyərək, bütün tariximizi də, salnaməmizi də, tarixi qalıqlarımızı və abidələrimizi, bizə məxsus hər şeyi müxtəlif fırıldaqlar yolu ilə özlərinin adına çıxırlar. Amma nə olsun? Nə artıra biliblər?! Məşhur atalar məsəlində deyildiyi kimi, “İtdən çox çarıq oğurlayan yoxdur, amma ayağı hələ də yalındır”. Ermənilərin oğru, qarayaxan, hiyləgər, riyakar, satqın və etibarsız toplum olduğu artıq hər kəsə bəllidir”.

Məlum və danılmaz həqiqətdir ki, ermənilər Qarabağa 1828-ci ildən sonra Türkmənçay sülh müqaviləsinin şərtlərinə uyğun olaraq köçürülüblər. Ona görə də Qarabağ ərazisində 1828-ci ildən əvvələ aid heç bir erməni izi olmayıb. Bəli, ermənilər özləri də çox yaxşı bilirlər ki, Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb. Bu saxta dövlət Rusiya imperiyası dağılandan sonra 1918-ci ildə yaradılıb, paytaxt elan etmək üçün şəhər tapılmayanda isə əzəli Azərbaycan şəhəri olan İrəvan onlara “peşkəş” edilib. Təkcə buna görə əbədi olaraq Azərbaycan xalqına minnətdar olmaq əvəzinə, görün bu həyasız toplum özünə yer etdikdən sonra daha nələr etdi?! Azərbaycana, Türkiyəyə, qonşu Gürcüstana ərazi iddiaları irəli sürdü. İnsan da özününkü olmayana axı necə iddia edə bilər?!

Azərbaycanlıların Qərbi Azərbaycandan ilk deportasiya dövrü 1905-1920-ci illəri əhatə edir. O zaman milli zəmində baş verən qanlı hadisələr nəticəsində həmin ərazidə mövcud olmuş 1000-ə yaxın Azərbaycan kəndi xəritədən tamamilə silinmişdir. Daha sonra sovet hökuməti tərəfindən 1948-1953-cü illər ərzində hiyləgər erməni millətçilərinin təhriki nəticəsində 150 mindən artıq azərbaycanlı dədə-baba yurdundan deportasiya olunmuşdur. 1988-ci ildə baş vermiş son deportasiya hadisəsi isə əvvəlkindən fərqli amillərlə səciyyələnir. Bu deportasiya milli zəmində, Qərbi Azərbaycanda yaşayan 300 minədək həmvətənimizin öz doğma yurdlarından zorla qovulması ilə tarixə düşüb. Bu proses zamanı soydaşlarımız ağır məşəqqətlərə məruz qalıblar. Ata-baba yurdlarından zorla qovulmaları, onların fiziki və mənəvi əzablara düçar edilməsi təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə bəşəri dəyərlərə qarşı törədilmiş cinayət idi.

Minilliklər boyu formalaşmış maddi-mədəni irsimiz Qərbi Azərbaycandakı soydaşlarımızın izlərini silmək üçün məqsədyönlü şəkildə aparılan siyasət nəticəsində məhv edilib. Tarixi abidələr dağıdılıb, toponimlər dəyişdirilib, qəbiristanlıqlar yerlə yeksan olunub, mədəniyyət nümunələrimiz saxtalaşdırılaraq ermənilərə aid edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar növbəti hədəfləri dəf etmək üçün böyük imkanlar açmışdır. Sevindirici haldır ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilmişdır. Azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq müstəviyə  çıxarılmışdır. Dövlət başçısı Qərbi Azərbaycanın tarixi ərazimiz olduğunu nüfuzlu beynəlxalq kürsülərdən dəfələrlə bəyan etmişdir.

Bəli, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atır. İcma rəhbərliyi və üzvləri fəaliyyət dairələrini və əlaqələrini daha da genişləndirir, ölkəmizin müxtəlif bölgələrində məskunlaşmış qərbi azərbaycanlılarla əlaqələr qurur, şəhər, rayon, qəsəbə və kəndlərdə, eləcə də xarici ölkələrdə ofisini yaradır, nümayəndəlik açır, sərgilər, festivallar, milli maddi-mədəni irsimizi təbliğ edən görüşlər təşkil edir.  Bu qəbildən olan görüşlər sırasında şəhər və rayonlarda  “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” kitabın (müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur) təqdimat mərsimləri diqqətçəkəndir. Tariximizi sənədlərlə, faktlarla, mədəniyyət nümunələri ilə sübut edən bu dəyərli kitabda Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılması genişliyi ilə ictimaiyyətə çatdırılır. Qeyd edək ki, bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma - “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyası nəşr edilir. Azərbaycan, ingilis və rus dillərində nəfis tərtibatla çap edilən nəşrin 5 hesabatdan ibarət olması nəzərdə tutulur.

Görünən odur ki, ermənilərin tarixi saxtalaşdırma cəhdləri və  uydurmaları istər beynəlxalq aləmdə, istərsə də Cənubi Qafqazda məhvə məhkumdur.


Rəhman SALMANLI, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!