06 Aprel 2022 00:31
1449
SİYASƏT
A- A+
Erməni şovinistlərinin məkrli niyyətinin qarşısına çəkilən sədd - Qars müqaviləsi

Erməni şovinistlərinin məkrli niyyətinin qarşısına çəkilən sədd - Qars müqaviləsi

 

Tarix boyu erməni daşnakları qədər özlərinin uydurdurduqları xülyaya inanan olmayıb. Ötən əsrdə qəddar ermənilər boş, mənasız “böyük Ermənistan” xəyalları ucbatından Türkiyəni və Azərbaycanı münaqişəyə cəlb ediblər. Bu yalanı “reallaşdırmaq” üçün hər cür qəddar əməllər, terrorlar, müharibələr törədiblər.

1920-ci il sentyabrın 24-də türk ordusu erməni daşnaklarının hücumlarının qarşısını almaq üçün onlarla müharibə aparmalı olub. Noyabrın 18-də daşnakları məğlubiyyətə uğradıb. Dekabrın 2-də Ermənistanla Türkiyə arasında Gümrü müqaviləsi imzalanıb. Müqavilənin 12-ci maddəsinə Türkiyə hökuməti Şərur, Naxçıvan, Şahtaxtı və Culfa yolu ilə tranzit işlərinin sərbəstliyinin təminatını öz üzərinə götürüb. Gümrü müqaviləsinə əsasən, Dəvəli və Arazdəyəndən başqa, indiki Naxçıvanın sərhədləri demək olar ki, müəyyənləşdirilib. Təəssüf ki, tarixən türk torpaqları olan Uluxanlı, Qəmərli, eləcə də həmin dövrədək Naxçıvanı erməni hücumlarından qoruyan Böyük Vedi və ətrafındakı bir çox kənd ermənilərə verilib. Nəticədə Dəvəli Naxçıvanın şimal-qərb sərhədi olub.

Daşnakların Ermənistan-Türkiyə müharibəsində məğlub olmaları Türkiyənin regionda hərbi və siyasi nüfuzunu daha da yüksəldib. Eyni zamanda sovet Rusiyasının Ermənistanı sovetləşdirməyə məcbur etməsini tezləşdirib.

Məğlubiyyətlərinə rəğmən Ermənistanın şovinist rəhbərliyi boş, mənasız yalanlarından əl çəkməyib. Bütün vasitələrdən istifadə edərək bu dəfə də Naxçıvanı Azərbaycandan qoparmağa cəhd göstərib. Erməni silahlıları 1918-1920-ci illərdə Naxçıvanda qırğınlar törətsələr də, məqsədlərinə çata, əhalinin gözünün odunu ala bilməmişdilər. 1920-ci il oktyabrın 28-də sovet Rusiyası ilə Ermənistan əlbir olaraq Azərbaycanın rəyini nəzərə almadan öz aralarında müqavilə bağlayıblar. Bu müqaviləyə əsasən, Zəngəzur və Naxçıvan Ermənistana verilib.

1920-ci il noyabrın 29-da Ermənistanda bolşevik hakimiyyəti qurulub. Azərbaycan Hərbi İnqilab Komitəsi bu münasibətlə həmin il dekabrın 1-də bəyanatla çıxış edib. Guya “iki sovet respublikası arasında ərazi mübahisələrinin” həllinə yönəldilmiş, əslində, Azərbaycanın milli mənafeyinə zidd olan bəyanat sovet Rusiyasının diktəsi ilə hazırlanıb.

Naxçıvan və Zəngəzurun müsəlman əhalisi Azərbaycan Hərbi İnqilab Komitəsinin bəyanatını böyük narazılıqla qarşılayıb. Bəyanat Türkiyə nümayəndələrinin də etirazına səbəb olub. Vəziyyət gərginləşib. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycan SSR-in RSFSR-də fövqəladə nümayəndəsi olan Behbud ağa Naxçıvanda yerləşən türk nümayəndələri ilə birlikdə Naxçıvanın Ermənistan tərəfindən nəzarətə götürülməsinin qarşısını almaq üçün fəaliyyətə başlayıb.

Ermənistan yenə hiyləyə əl atıb. 1920-ci il 28 dekabr bəyanatı ilə Naxçıvanı müstəqil sovet respublikası kimi tanıdığını bəyan edib. Bəzi siyasi səbəbləri, Naxçıvanın müsəlman əhalisinin iradəsini, Türkiyənin təkliflərini və Azərbaycan bolşevik rəhbərlərinin bir sıra üzvlərinin mövqeyini nəzərə alan Rusiya tərəfi də Naxçıvanın öz müqəddəratını həll etmək hüququnu tanımalı olub. Naxçıvanın muxtariyyət məsələsi Zəngəzur mahalının Ermənistana verilməsi ilə labüdləşib.

Moskvada Türkiyə nümayəndə heyəti ilə 1921-ci il fevralın 26-da danışıqlara başlanılıb. Martın 16-da “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi imzalanıb. Müqavilənin 3-cü maddəsinə görə, Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu qəbul olunub.

Rusiya nümayəndəsinin iştirakı ilə Türkiyə ilə üç Cənubi Qafqaz respublikası arasında Qars şəhərində 1921-ci il sentyabrın 26-da konfrans  keçirilməsi barədə razılığa gəlinib. AK (b)P MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə Behbud ağa Azərbaycan SSR-dən konfransa nümayəndə seçilib. Azərbaycan  Kommunist Partiyasının rəhbərliyində olan S.Danielyan, L.Mirzoyan, A.Mikoyan S.Orconikidze ilə birlikdə hələ 1921-ci ilin iyununda Naxçıvanın Azərbaycanın tərkibində qalmasına çalışan Behbud ağanın bu məsələdən kənarlaşdırılmasına səy göstəriblər. Bu məkrli niyyəti Nəriman Nərimanov boşa çıxarıb.

Naxçıvanın mənafeyini Qars konfransında müdafiə etmək üçün Naxçıvan SSR Xalq Komissarları Soveti də Tağı Səfiyevi ora göndərib.

Qars konfransı 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-dək keçirilib. Konfransın açılışında Kazım Qarabəkir paşa, Yakov Qanetski və Askanaz Mravyan çıxış ediblər. Çox gərgin keçən müzakirələrdə xeyli mülahizə və təkliflər dinlənilib. Türkiyə nümayəndələrinin təklifi üç Cənubi Qafqaz respublikası ilə ayrı-ayrılıqda müqavilə bağlamaq olub. RSFSR-in nümayəndəsi Y.Qanetski israr edib ki, bir ümumi müqavilə imzalansın. Onun çıxışı, əslində, Azərbaycan və Ermənistan respublikalarını xarici siyasətdən uzaqlaşdırıb Rusiyaya birləşdirmək, gələcəkdə vahid dövlət yaratmaq məqsədi daşıyıb. Bu niyyətlə hələ 1920-ci il sentyabrın 30-da RSFSR bu istiqamətdə Azərbaycan SSR ilə “hərbi və maliyyə-iqtisadi ittifaq” haqqında müqavilə bağlayıb.

Beləliklə, 1921-ci il oktyabrın 13-də sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə və üç Cənubi Qafqaz respublikası arasında Qarsda müqavilə imzalanıb. 20 maddə və 3 əlavədən ibarət olan müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə uyğundur.

Müqavilənin 5-ci maddəsində yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və ona muxtariyyət verilməsi məsələsi təsbit olunub. Qars müqaviləsinin bu maddəsində Moskva müqaviləsindən fərqli olaraq, Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyənləşdirilib. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olub. Həmin maddədə qeyd olunub: “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet Respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.

Qars müqaviləsi müddətsiz bağlanıb. Müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qars müqaviləsi 1922-ci ilin mart-iyun aylarında müqaviləni imzalayan ölkələrin qanunverici orqanlarında təsdiqlənib. Həmin il sentyabrın 11-dən isə qüvvəyə minib.

1920-ci il dekabrın 28-də Naxçıvanın müstəqilliyini tanıyan, Qars müqaviləsi ilə Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsinə imza atan Ermənistan sonralar da Naxçıvan iddialarından əl çəkməyib. Ancaq Qars müqaviləsi erməni şovinistlərinin məkrli niyyətinin qarşısına çəkilmiş ən böyük sədlərdən biri olub.

 

Z.FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı "dəyərlərin tənəzzülü" prosesində boğulur

08:25
20 Dekabr

İmzalar içində imza olmağın qüruru

08:20
20 Dekabr

Ermənistanda kilsə-hakimiyyət qarşıdurması gərginləşir

08:15
20 Dekabr

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında

08:10
20 Dekabr

Parlament amnistiya aktını qəbul etdi

08:05
20 Dekabr

Müstəqillik tariximizin ən böyük amnistiyası

08:00
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!