22 İyun 2025 09:07
772
CƏMİYYƏT
A- A+
Ərçivanlıların xahişi: qəsəbədə Qarabağ şəhidlərinin Xatirə Kompleksi yaradılsın

Ərçivanlıların xahişi: qəsəbədə Qarabağ şəhidlərinin Xatirə Kompleksi yaradılsın


Astaranın Ərçivan qəsəbəsində son illər xeyli işlər görülmüşdür. Qəsəbənin daxilindəki bir neçə məhəllənin yolları asfaltlaşdırılmış, elektrik xətləri yenilənmiş, sürətli internet şəbəkəsi yaradılmış, suötürücü kanallar lildən  təmizlənmiş, magistral yolboyu küçə işıqları təmir olunmuş, əkin sahələri genişləndirilmişdir. 

Ən mühüm məsələlərdən biri də Ərçivan qəsəbəsi və ümumilikdə rayon üçün böyük əhəmiyyət kəsb edən 26 kilometrlik Çayoba-Astara magistral avtomobil yolunun əsaslı təmir olunaraq asfaltlaşdırılmasıdır. Yolun istismar müddəti başa çatdığından avtomobillərin hərəkəti çətinləşmiş, yol üstündəki suötürücü borular köhnəlmişdi. Güclü yağışlar zamanı sel suları qalxaraq avtomobil yolunu örtür, fərdi təsərrüfatlara və ətraf ərazilərə ziyan vurur, fəsadlar yaradırdı. Avtomobil yolunun əsaslı təmiri ilə bu problemlərin hamısı artıq aradan qaldırılıb.

Qəsəbənin sakinləri zəhmətkeş, torpağa bağlı insanlardır. Bu hesaba əkinəyararlı torpaq sahələrinin istismarı ildən-ilə artır. Bu da rayonda ərzaq bolluğu yaratmaqla yanaşı, sakinlərin ailə büdcəsinə əhəmiyyətli təsir göstərir.

Bu günlər rayon rəhbərliyi qəsəbədə səyyar qəbul-görüş keçirmişdir. Sakinlər əsaslı təmir edilmiş magistral avtomobil yolunun kənarı boyunca yol çiyinlərinin bərabərləşdirilməsinə, bəzi yerlərdə sıradan çıxmış səkilərin bərpa edilməsinə, avtobus dayanacaqlarının qoyulmasına, piyada zolağının çəkilməsinə, şəhid Sadiq Bağırzadə və Sadiq Zeynalovun adını daşıyan küçələrin qalan hissəsinin asfaltlaşdırılmasına, habelə qəsəbədə Qarabağ Şəhidlərinin Xatirə Kompleksinin yaradılmasına, qəsəbədən keçən çayların məcrasının qazılaraq təmizlənməsinə, yeni çəkilmiş internet xətti və dirəklərinin nizama salınmasına, Şuvi kəndinə gedən elektrik xəttində ayırıcı açarın qoyulmasına kömək göstərilməsini xahiş etmişlər.

RİH-in başçısı Qəzənfər Ağayev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar vermişdir. 


Seyran CAVADOV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məzuniyyət vaxtı üçün əməkhaqqı necə hesablanır?

12:40
16 Mart

Təxliyə prosesi davam edir: Bu gün 4 Azərbaycan vətəndaşı İrandan təxliyə olunub  

12:39
16 Mart

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

12:31
16 Mart

Ziyafət Əsgərov: Qazaxıstanda referendum beynəlxalq öhdəliklərə uyğun keçirilib

12:30
16 Mart

Azərbaycanda vergiödəyicilərinin sayı 5 faizədək artıb

12:08
16 Mart

Ramil Həsən: Konstitusiya dəyişiklikləri Qazaxıstanın inkişafına mühüm töhfə verəcək  

12:07
16 Mart

Son iki gündə 127 cinayətin açılması təmin edilib 

11:51
16 Mart

Media: Hörmüz boğazı uzun müddət bağlı qalarsa neftin bir bareli 215 dollara kimi bahalaşa bilər

11:50
16 Mart

Beynəlxalq Enerji Agentliyi üzv ölkələrin istifadə edəcəyi strateji neft ehtiyatlarının təfərrüatlarını açıqlayıb

11:38
16 Mart

Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir  

11:34
16 Mart

Azərbaycan internet sürətini artıraraq qlobal reytinqdə mövqeyini yaxşılaşdırıb

11:02
16 Mart

WUF13 ilə bağlı hazırlıq işləri davam etdirilir

11:00
16 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:59
16 Mart

Qazaxıstanda referendumun ilkin nəticələri açıqlanıb

10:55
16 Mart

Yalçın Rəfiyev: Azərbaycan Avrasiya regionunda qlobal diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilir  

10:54
16 Mart

Martın bütün sosial ödənişləri başa çatdırılıb

10:28
16 Mart

Səudiyyə Ərəbistanı və BƏƏ liderləri Körfəz ölkələrinin İranın hücumlarına qarşı bütün imkanları səfərbər edəcəklərini bildiriblər  

10:28
16 Mart

Dünya birjalarında neft bahalaşıb

10:26
16 Mart

Azərbaycanlı pilot Formula 4 testlərini uğurla başa vurub

10:02
16 Mart

Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

10:00
16 Mart

Joan Laporta 3-cü dəfə "Barselona"nın prezidenti seçilib  

09:47
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!