02 Sentyabr 2026 10:20
2978
Oxucu məktubları
A- A+
Əraziyə baxış keçirilmiş, müvafiq tapşırıqlar verilmişdir

Əraziyə baxış keçirilmiş, müvafiq tapşırıqlar verilmişdir


"Azərbaycan" qəzetinin 2026-cı il 6 avqust tarixli sayında dərc edilmiş "İnanc yerlərinə hörmətlə yanaşılmalıdır" sərlövhəli oxucu məktubunda Beşbarmaq piri ərazisində sanitar-təmizlik vəziyyəti, qanunsuz küçə ticarəti və digər xoşagəlməz hallarla bağlı qaldırılmış məsələyə Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən baxılmışdır.

Müraciətdə qeyd olunan məsələlərlə bağlı aidiyyəti qurumlarla birgə əraziyə baxış keçirilmiş, ərazidə təmizlik işlərinin aparılması, ticarət fəaliyyətinin nizamlanması və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılmışdır.

Qeyd edirik ki, Beşbarmaq dağı ərazisi Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2020-ci il tarixli sərəncamı ilə "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilmişdir. Qoruq ərazisi xüsusi mühafizə rejiminə tabedir və "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən belə ərazilərdə təbii, tarixi və mədəni irsin qorunmasına xüsusi diqqət yetirilir.

Eyni zamanda bildiririk ki, "Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun idarə olunması Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilir.  Qoruğun xüsusi rejiminin və daxili fəaliyyət qaydalarının təmin edilməsi həmin qoruğun idarəetmə səlahiyyətlərinə aid olduğundan, müraciətdə qaldırılan məsələlərin tam həlli rayon icra hakimiyyətinin səlahiyyətləri ilə məhdudlaşmır. Bununla yanaşı, aidiyyəti qurumlarla birgə məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcək.


Ruhiyyə HACIYEVA,

Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini, ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 99 dollara satılır

10:02
11 Noyabr

İsrail Qəzzaya əlavə humanitar yardımın çatdırılmasına icazə verib

09:42
11 Noyabr

Almaniyada Çin dronlarının hərbi obyektlərdə istifadəsi qadağan edilib

09:32
11 Noyabr

“Bild”: Suriyalı qaçqınların Almaniyadan deportasiyası 3,5 il çəkə bilər

09:21
11 Noyabr

Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib

09:13
11 Noyabr

NYT: ABŞ doqquz ayda Venesuela neftindən 12 milyard dollardan çox gəlir əldə edib  

09:01
11 Noyabr

Ərdoğan: Türkmənistanın TDT “Ailə məclisinə” üzv olacağına ümid edirik

23:40
10 Noyabr

Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib

22:38
10 Noyabr

Media: ABŞ Əbu-Dabidə Ukraynanın sərhədlərinin yenidən çəkilməsini təklif edib

21:21
10 Noyabr

Çempionlar Liqası: "Turan" voleybol komandası qrup mərhələsinə yüksəlib  

20:28
10 Noyabr

COP31-də Azərbaycanda aşağıkarbonlu hidrogen sektorunun inkişaf perspektivlərindən danışılıb  

19:53
10 Noyabr

Zelenski Əbu-Dabidə keçirilən üçtərəfli görüşün ilkin nəticəsindən danışıb

19:37
10 Noyabr

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

19:21
10 Noyabr

Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk  

19:19
10 Noyabr

COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksəksəviyyəli dəyirmi masa keçirilib  

18:30
10 Noyabr

Əbu-Dabidə üçtərəfli danışıqların ilkin mərhələsi başa çatıb

18:27
10 Noyabr

KTMT-də Ermənistanın səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxılacaq  

16:57
10 Noyabr

10 noyabr bəyanatı Azərbaycanın hərbi qələbəsinin siyasi-diplomatik müstəvidə təsdiqi oldu

16:07
10 Noyabr

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb

15:58
10 Noyabr

Avropa Komissiyası Əbu-Dabi üzrə danışıqlara dair mövqeyini açıqlayıb

14:53
10 Noyabr

Türkiyənin Vitse-prezidenti COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

14:50
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!