20 Noyabr 2026 14:23
147
CƏMİYYƏT
A- A+
Emin Hüseynov: Ağdam şəhərində 3 mindən çox sakin yaşayır

Emin Hüseynov: Ağdam şəhərində 3 mindən çox sakin yaşayır


Bu gün tarixi bir gündür. Ağdam şəhərində işğaldan azad olunduqdan sonra ilk dəfə Şəhər Günü keçirilir. Bu gün artıq böyük qürur hissi ilə deyə bilərik ki, şəhərdə 3 mindən çox əhali yaşayır. Bu sayın növbəti aylarda sürətlə artacağı gözlənilir. Ümumilikdə, hazırda rayonda 8300 nəfər yaşayır. Bir il bundan əvvəl bu rəqəm 500-ü keçmirdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda jurnalistlərə müsahibəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, artıq rayonda üç kənd bərpa olunub və insanlar orada firavan yaşayırlar. Daha iki kənd isə bərpa olunma prosesindədir və işlər bitmək üzrədir. Gələn ilin ilk aylarında həmin kəndlərdə işlər yekunlaşdırılacaq və köç başlayacaq. Ağdam şəhərinin özündə isə növbəti ilin birinci yarısında əhalinin sayının 10 min nəfər artması proqnozlaşdırılır.

Emin Hüseynov qeyd edib ki, Ağdam Şəhəri Gününün qeyd olunmasını böyük səbirsizliklə gözləyirdilər və bu tədbirə uzun müddətdir hazırlaşırdılar. Onun sözlərinə görə, bu tarix hamı üçün çox əlamətdardır. Prezidentin tapşırığı ilə Ağdam Şəhəri Günü xüsusi təntənə ilə qeyd olunur. Tədbirdə müxtəlif dövlət qurumları və təşkilatlar, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, Atıcılıq Federasiyası və Mədəniyyət Nazirliyi iştirak edir. Tədbirə təkcə şəhər sakinləri deyil, çoxsaylı qonaqlar da qatılıblar. Bu, bir daha xalqımızın 30 il həsrətində qaldığı, işğaldan azad olunmuş doğma Ağdamın bu gözəl gününü səbirsizliklə gözlədiyinin göstəricisidir.

“Bu günü bizə yaşatdığı üçün Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhu qarşısında baş əyirik. Onlar bizim ölməz qəhrəmanlarımızdır. Qazilərimizə cansağlığı arzulayırıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında igid, rəşadətli ordumuza bu günü bizə yaşatdıqları üçün təşəkkür edirik. Bütün ağdamlıları və Azərbaycan xalqını bu gözəl gün münasibətilə təbrik edirəm”, – deyə Emin Hüseynov bildirib.

Qeyd edək ki, Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də geri qaytarılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi gün - noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev ideyaları ilə başlayan böyük siyasi yol

14:24
20 Noyabr

Emin Hüseynov: Ağdam şəhərində 3 mindən çox sakin yaşayır

14:23
20 Noyabr

Güləş millimiz Gürcüstanda çempion olub

14:21
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb YENİLƏNƏCƏK

14:15
20 Noyabr

Kiyevə raket hücumu nəticəsində üç nəfər həlak olub, 15 nəfər yaralanıb  

14:01
20 Noyabr

“Instagram” hekayələrini redaktə etmək olacaq  

13:57
20 Noyabr

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

13:51
20 Noyabr

Maliyyə Nazirliyində rəqəmsallaşma sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən danışılıb  

13:28
20 Noyabr

Sabah ölkə ərazisində hava şəraiti necə olacaq?

13:23
20 Noyabr

“Koroğlu” stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq  

13:05
20 Noyabr

Uşaqlara qarşı zorakılığın qarşısını almaq üçün 230-dan çox yeni öhdəlik müəyyənləşib  

12:55
20 Noyabr

Alimlər “itmiş 1 milyard il"i araşdırırlar

12:52
20 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub YENİLƏNİB  

12:50
20 Noyabr

MDB ölkələrinin parlament sədrləri Qurbanqulu Berdiməhəmmədovla görüşüblər

12:49
20 Noyabr

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ekspert görüşü keçirilib

12:47
20 Noyabr

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

12:46
20 Noyabr

Ağdam işğaldan azad olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoyub  

12:20
20 Noyabr

Lənkəranda iri fermer təsərrüfatlarına növbəti baxış keçirilib  

12:13
20 Noyabr

YAP Azərbaycanın daha da inkişafına və güclənməsinə həmişə öz layiqli töhfələrini verəcək

12:09
20 Noyabr

Ağdam sakini: Azad Ağdamda illərdir görmədiyimiz insanlarla görüşmək böyük sevinc və qürurdur  

12:07
20 Noyabr

Aqrar inkişaf yeni dövlət proqramı çərçivəsində Neftçalada görülən işlər müzakirə olunub  

12:01
20 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!