10 Yanvar 2024 09:20
7500
İQTİSADİYYAT
A- A+
Əməkdaşlıq genişlənir

Əməkdaşlıq genişlənir

 

Azərbaycan və BƏƏ arasındakı "yaşıl enerji" tərəfdaşlığı qısa müddətdə real nəticə verib

 

30 il əvvəl imzalanan "Əsrin müqaviləsi" ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu, dövlətin zəmanəti ilə sərmayələrin qorunduğunu, sazişlərin  hər bir müddəasına sözsüz əməl edildiyini göstərdi. Odur ki, sonrakı neft və qaz layihələri əməkdaşlıq və tərəfdaşlıq  əlaqələrimizi daha da genişləndirdi.  3500 kilometrlik "Cənub qaz dəhlizi" Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş  olduğunu bir daha təsdiqlədi. Bunu dünyanın bir çox görkəmli siyasətçisi də vurğulayıb.
İndi ölkəmiz "yaşıl iqtisadiyyat"a keçid edir və  öz növbəsində bu sahə  Prezident İlham Əliyevin yaratdığı əməkdaşlıq və tərəfdaşlıq  platformasını  daha da  genişləndirir və möhkəmləndirir. Bərpaolunan enerji sahəsində  uğurlu əməkdaşlıq qurduğumuz ilk ölkələrdən biri Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ).Təsadüfi deyil ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul olunub.
Qeyd edək ki, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri dərin köklərə və dostluğa əsaslanır.  İki ölkə arasında münasibətlərin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoqların aparılması iqtisadi sahələrdə, o cümlədən enerji  sektorunda əlaqələrin inkişafına təkan verib. Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Prezident İlham Əliyevin 2023-cü ilin sonlarında BƏƏ-nin evsahibliyi etdiyi Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət edilməsi və bu tədbirdə yüksək səviyyədə iştirakı  ikitərəfli əlaqələrin  bariz nümunəsi  oldu.
Bu il yanvarın 8-də isə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycana səfər etdi. Yanvarın 9-da  Prezident İlham Əliyevin  Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə geniş tərkibdə görüşü keçirildi. Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak etdilər.
Səfər çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi  bir daha sübut etdi ki, ölkələrimiz arasında  əlaqələr bir çox istiqamət üzrə uğurla davam edir. Belə  ki, "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu", "ADA Universiteti ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalandı. "Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu"nun, "Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi"nin, "Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi"nin, eləcə də "ADNOC və SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi"nin  imzalanması  enerji sahəsində  uğurla başlanmış birgə işlərin gələcəkdə daha çox bəhrə gətirəcəyindən xəbər verir.
Xatırladaq ki, keçən il  oktyabrın 26-da işə salınan 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası  bu əməkdaşlığın böyük uğurudur. Stansiya BƏƏ-nin "Masdar" şirkəti ilə birgə tikilib. 2006-cı ildə BƏƏ-də yaradılan "Masdar" həmin vaxtdan bəri zəngin təcrübə toplayıb, dünyada günəş və külək enerjisinin inkişafına on milyardlarla dollardan çox sərmayə yönəldərək onlarca layihənin iştirakçısı olub. "Masdar" daim təmiz texnologiya innovasiyalarını artırmağa, Yaxın Şərqdə, eləcə də dünyada bərpaolunan enerji sektorunun inkişafina mühüm töhfələr verməyə səy göstərir. Azərbaycan şirkətin çalışdığı 40-dan çox ölkədən biridir və burada inşa edilən "Qaradağ" Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı ilk günəş-elektrik stansiyasıdır.
Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. Obyektin şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Stansiya 110 mindən çox evi elektrik enerjisi ilə təmin edəcək.
Təsadüfi deyil ki, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir Bakıda, "Qaradağ" stansiyasının açılış mərasimindəki çıxışında demişdir: "Masdar"ın heç bir layihəsini görməmişəm ki, dörd nazir və Birləşmiş Ərəb Əmirliklərinin ən yüksəksəviyyəli nümayəndə heyətinin üzvləri eyni vaxtda iştirak etsin. Bu, həqiqətən də böyük bir ehtiramın, hörmətin və Sizin ölkənizlə əməkdaşlığımızın nümunəsidir. Cənab Prezident, mən Sizin çox nəcib, xoş sözlərinizi çox yaxşı xatırlayıram. Elə bu ilin əvvəlində Əbu-Dabidə Dayanıqlılıq Həftəsində çıxışınızı yaxşı xatırlayıram. Siz dediniz ki, Azərbaycanın bərpaolunan enerji mənbələrini uzun illər bundan əvvəl inkişaf etdirmək qərarı təkcə enerji təhlükəsizliyi ilə bağlı deyildi. Bu, cəsarətli və düşünülmüş qərar idi, hətta mən deyərdim, strateji bir addım idi. Bu, yeni sənaye sahələrini inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, "yaşıl iqtisadi artım" üçün strateji addım idi... Bu layihə ölkələrimiz arasında yaxın münasibətlərin inkişafında və möhkəmlənməsində mühüm mərhələdir". 
Qeyd edək ki, keçən ay Bakıda Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında imzalanmış sənəd əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradılmışdır. İmzalanan ikinci sənəd isə informasiya-kommunikasiya sektoruna aid olmuşdur. 
Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə yanvarın 9-da keçirilən geniş tərkibdə görüşdə bunları bir daha xatırlatmışdır. Prezidentimiz  bu səfərin Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığı möhkəmləndirəcəyinə əminliyini bildirmişdir. 
Ali  qonaq  da "İki ölkənin və iki xalqın rifahı və çiçəklənməsi naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq" fikrini ifadə etmişdir.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!